15.05.2011

Qəzzafi NATO-ya meydan oxudu

«Siz məni tapa bilməzsiniz, öldürə bilməzsiniz, mən milyonların ürəyindəyəm»
Italiyanın xarici işlər naziri Franko Frattininin Müəmmər Qəzzafinin NATO hücumları nəticəsində yaralandığına dair açıqlamasına Liviya diktatoru səs yazısı ilə cavab verib. Dövlət televiziyasında nümayiş olunan səs yazısında Qəzzafi NATO-nun hücumlarını pisləyərək, koalisiya qüvvələrinə meydan oxuyub: “Sizin tapa bilməyəcəyiniz yerdəyəm. NATO-nun bombardmanı mənə toxunmayacaq, çünki milyonlarla liviyalı məni ürəyində daşıyır”.
Ağ evdə ABŞ prezidenti Barak Obama ilə görüşən NATO-nun baş katibi Anders foq Rasmussen Liviyada Qəzzafi rejiminə qarşı əməliyyatların davam edəcəyini bildirib.
Bundan başqa, Qəzzafi rejiminə qarşı savaşan üsyançıların ölkənin ikinci böyük şəhəri Benqazidə qurduğu Milli Keçid Şurasının təmsilçiləri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tom Donilonla görüşüb. Görüşdən sonra amerikalı rəsmi Milli Keçid Şurasını Liviya xalqının qanuni təmsilçisi olaraq gördüklərini söyləyib.
"Azadlıq" qəzeti

Комментариев нет:

Отправить комментарий