07.05.2011

İran hərbi donanması ərəb tankerini dəniz quldurlarından xilas edib


SalamNews, A.Belyayeva
Birləşmiş Ərəb Əmirliklərinə məxsus və Bəhreyndən Qırmızı dənizə yollanan tanker dəniz quldurlarının iki gəmisinin hücumuna məruz qalıb. SOS siqnalı İran Hərbi Dəniz Qüvvələrinin 14-cü donanmasının gəmiləri tərəfindən qəbul edilib. Bu barədə SalamNews"İRNA"ya istinadən xəbər verir.
İranın “Şəhid Nəqdi” gəmisi dərhal hücuma məruz qalan tankerə tərəf yollanıb. Nəticədə dəniz quldurlarınin gəmisi hadisə yerindən uzaqlaşıb. Tanker bundan sonra yoluna davam edib.
Məlumata görə, bu, martın 22-dən bu yana İran hərbi donanmasının gəmiləri tərəfindən həyata keçirilən yeddinci xilasetmə hadisəsidir.

Комментариев нет:

Отправить комментарий