“Sizin sərəncamınızı öz məmurlarınız belə nəzərə almır”
Daha sonra fransalı qadın qeyd edir: “Möhtərəm prezident, 2010- cu ilin sel daşqınları və qrunt suları evimi yarasız hala salıb. Ev çiy kərpicdən olduğundan özülü tökülüb, evə ilanlar doluşur. Nəm, rütubət əlindən evə girmək olmur. Evin betonu 2 yerdən çatlayıb, içəridə də çatlar var. Təəssüf ki, sizin sel daşqınları ilə bağlı keçən il imzaladığınız məşhur sərəncamdan kasıblar deyil, varlılar faydalandı. Bu sərəncamı öz məmurlarınız belə nəzərə almır və bu məmurlar öz vəzifələrindən sui-istifadə edərək İmişlidə varlı, imkanlı adamlara evlər tikiblər, mənim kimi kasıblar kənarda qalıb”.
Məktubunda İvonna xanım dövlət başçısına onun problemlərinə diqqət göstərməsini xahiş etməklə yanaşı ömrünün sonunda Fransaya getməsinə yardımçı olmağa çağırır; “Azərbaycan xalqı qədər gözəl, mərhəmətli xalq dünyada azdır. Məhz xalqınızın bu gözəl keyfiyyətlərinə görə ömrümün 60 ilini Azərbaycanda keçirmişəm və buna çox şadam. Ömrümün sonunda vətənimə - Fransaya gedib əzizlərimin qəbrini ziyarət etmək istəyirəm”.
Azərbaycan vətəndaşı olan fransız qadın prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Məktubun məzmunu aşağıdakı kimidir:
“Mən 83 yaşlı fransız əsilli Botto Jann İvonna 1947- ci ildə azərbaycanlı partizan, cəsur döyüşçü Səməd Şirməmmədovla ailə həyatı quraraq Azərbaycana gəlmişik. Atam italyan, anam isə fransızdır. Qardaşım Pol general Şarl de Qolun dəstəsində faşistlərə qarşı vuruşub. Anam istəməsə də, mən Azərbaycana gəlin gəldim. Yoldaşım Səməd 1950- ci ildə vəfat etdi. Oğlum Rafaelin onda 1 yaşı var idi. Sonra 1954- cü ildə mənim sahibsiz qalmamağım üçün qayınım Şirməmməd məni qəbul etdi. Hazırda 7 övladım, 30 nəvəm, 20 nəticəm var və İmişli rayonunun Murğuzallı kəndində yaşayıram. Oğlum Əli Qarabağ döyüşlərində iştirak edib və müharibə vetereanıdır”.Daha sonra fransalı qadın qeyd edir: “Möhtərəm prezident, 2010- cu ilin sel daşqınları və qrunt suları evimi yarasız hala salıb. Ev çiy kərpicdən olduğundan özülü tökülüb, evə ilanlar doluşur. Nəm, rütubət əlindən evə girmək olmur. Evin betonu 2 yerdən çatlayıb, içəridə də çatlar var. Təəssüf ki, sizin sel daşqınları ilə bağlı keçən il imzaladığınız məşhur sərəncamdan kasıblar deyil, varlılar faydalandı. Bu sərəncamı öz məmurlarınız belə nəzərə almır və bu məmurlar öz vəzifələrindən sui-istifadə edərək İmişlidə varlı, imkanlı adamlara evlər tikiblər, mənim kimi kasıblar kənarda qalıb”.
Məktubunda İvonna xanım dövlət başçısına onun problemlərinə diqqət göstərməsini xahiş etməklə yanaşı ömrünün sonunda Fransaya getməsinə yardımçı olmağa çağırır; “Azərbaycan xalqı qədər gözəl, mərhəmətli xalq dünyada azdır. Məhz xalqınızın bu gözəl keyfiyyətlərinə görə ömrümün 60 ilini Azərbaycanda keçirmişəm və buna çox şadam. Ömrümün sonunda vətənimə - Fransaya gedib əzizlərimin qəbrini ziyarət etmək istəyirəm”.
Комментариев нет:
Отправить комментарий