26.06.2011

Millət vəkili Gülər Əhmədova ilə fotosöhbət


Gülər Mikayıl qızı Əhmədova 1965-ci il avqustun 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Psixologiya elmləri namizədidir.
1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi, 1996–2000-ci illərdə Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri olub. Hazırda Bakı Dövlət Universitetinin müəllimidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Hazırda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çexiya, Azərbaycan-Rusiya, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür. Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var.


Lap kiçik vaxtlarımdı, anamın qucağındayam
Burda mənim 1 yaşım var
Şəkli mən birinci sinifdə oxuyanda çəkiblər. O zaman digər sinif yoldaşlarım kimi mən də oktyabryat nişanı taxmışdım
10-cu sinifdə oxuyan vaxtlarımın şəklidi, yanımdakı da qardaşımdı
 
Unudulmaz son zəng günü. O vaxtlar da məktəbli formasının üstünü yazıb yadigar saxlamaq ənənəsi vardı. Növbə ilə önlüyümüzə ürək sözlərini yazan sinif yoldaşım indi həyatda yoxdu, şəhid olub
 
Orta məktəb illəri arxada qalıb, artıq tələbəyəm
 
Qrup yoldaşlarımla birlikdə 
 
1984-cü il, bu da tələbəlik illərinin xatirəsidi
 
1995-ci il. Pekin Ümumdünya Qadınlar Konfransına getmişdik. Foyedə Fatma Abdullazadə ilə xatirə şəkli çəkdirdik
 
Respublika Uşaq Təşkilatının sədri kimi uşaqlar qarşısında çıxış edirəm 
  Uşaqların bayramıdı, onların təkidi ilə mən də rəqs meydanına girməli oldum
Yenə uşaqlarla bir yerdəyəm 
  
Bu mənim ən çox xoşladığım şəkillərimdəndir. Artıq Milli Məclisinin deputatıyam
"Exson" şirkətinin dəstəyi ilə uşaqlar üçün bayram mərasimi təşkil etmişdik 

1 iyun Uşaqları beynəlxalq müdafiə günündə 
 
Bu da balacaların şənliyindən yadigar şəkildi 
Deputat həmkarlarımla Brüsselə-Avropa Birliyi əməkdaşlığı komitəsinin iclasına getmişik 

Budapeşt şəhəri. Bektaşinin məqbərəsi önündəyəm 
. 
Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov və parlamentin rənbərliyində təmsil olunan digər şəxslər qadın deputatları 8 Mart günü münasibətilə təbrik edirlər
İkinci dəfə parlament seçkisi marafonuna qoşulmuşam 
Milli Məclisdə
  
Bahar xanımla birlikdə 
 
Zorakılıq əleyhinə kampaniyanın milli koordinatoru kimi cıxış edirəm 
  
Həvva xanım, Bahar xanım və mən kefimizin kök vaxtında fürsəti qaçırmayıb bir şəkil də çəkdirdik 
  
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Milli Məclisin spikeri Oqtay müəllim xanım millət vəkillərini qəbul edib
"Kaktus" restoranında anam Səriyyə xanım və qardaşım Vüqarla toy mərasimindəyik
  
Oğlanlarım Toğrul və Əkbər

modern.az

Комментариев нет:

Отправить комментарий