24.06.2011

Sumqayıtda interaktiv mühazirə


24 iyun - bu gün Yeni Yazarlar və Sənətçilər Qurumu, eləcə də www.kitabxana.net - Milli Virtual Kitabxana, "Sağlam düşüncə" Gənclər Təşkilatı və Sumqayıt Ədəbiyyat Klubu təşkilatçılığı ilə "İnternet və Ədəbiyyat, Elektron kitabxanalar. Dünyanın kulturoloji dərki" mövzusunda Sumqayıtda interaktiv mühazirə-seminar, həmçinin təqdimat oldu.
Tədbir Sumqayıt şəhəri 11-ci mikrorayonda yerləşən Yusif Məmmədəliyev adına 31 saylı orta məktəbin akt zalında təşkil olunmuşdu...
Seminarı Xəzər Universitəsinin müəllimi, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) aparırdı.

Təqdimat-seminarda aşağıdakı maraqlı mövzular haqqında geniş fikir mübadiləsi oldu:

*Qloballaşan dünyada innovativ-estetik silah sayılan mədəniyyət vasitəsilə Azərbaycanımızı necə beynəlxalq aləmdə tanıda bilərik? 

Bu istiqamətdə İnternet, İTK və virtuallaşmanın rolu...

*Kulturoloji düşüncə bizə hansı imkanlar yaradır ki, dünyanı tanıyaq, dünyaya tanınaq!

*Dünyanın kulturoloji dərki...

*Fərdin şəxsiyyət kimi formalaşmasında İnternet və innovasiyanın rolu...

*Elektron kitabxana və virtual - şəbəkə ədəbiyatı...

*Azərbaycan milli elektron resurslarına qısa səyahət...

Aydın Xanın geniş məruzə-çıxışından sonra sual-cavab sessiyası oldu, müxtəlif problemlər ətrafında fikir mübadiləsi aparıldı...
Tədbirdə müxtəlif nəslin nümayəndələri, tələbə-gənclər, ziyalılar, müəllimlər və şagirdlər fəal iştirak etdilər.

Tədbirdə www.kitabxana.net - Milli Virtual Kitabxananın geniş təqdimatı baş tutdu...

Məclisdən şəkilləri təqdim edirik... 









Комментариев нет:

Отправить комментарий