“Axırıncı aşırım”dakı kişilər aşırımda qaldılar
Kinosevərlər Azərbaycan kinosunda bu filmi Azərbaycan kişisinin simvolu kimi qəbul edirlər. Bəy, ağa, kişi məhz belə olmalıdır. Filmdə əsl kişi obrazı Kərbəlayi İsmayılın şəxsində öz əksini tapır. Yəqin, bi filmi sevməyən kişi də az tapılar.
Söhbət “Axırıncı aşırım” filmindən gedir.
Film yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım" romanı əsasında 1971-ci ildə ekranlaşdırılıb. Hadisələr məlum dövrdə ölkəmizdə baş verdiyindən, yəni tarixi faktlara əsaslandığından dəqiq yerin göstərilməsinə önəm verilmir. Önəmli olan film çəkilən vaxtlarda sovet ideologiyasına xidmət etmək idi. Yəni Kərbəlayı İsmayıl, Qəmlo kimi kişilər sovetə düşmən qismində qələmə verilməklə bahəm, həm də öz xalqının, qara camaatın bədxahı kimi təqdim olunmalıydı.
Bəyin qələbəsi
Kinonun qızıl dövrü adlandırılan həmin illərdə güclü kişi xarakterləri verilmiş üç film ərsəyə gətirilib. Tofiq Tağızadənin “7 oğul istərəm”, Hüseyn Seyidzadənin “Dəli Kür” və Kamil Rüstəmbəyovun “Axırıncı aşırım” filmləri. Hər üç film eyni məqsədə xidmət edir. Sovet ideologiyasına görə, Kərbəlayı İsmayıl, Gəray bəy və Cahandar ağa düşməndir. Hər üç film Adil İsgəndərovun kinoya rəhbərlik etdiyi illərdə çəkilib.
Filmlərin hər birində sətiraltı fikirlər ötürülüb. Bu günün nəzəri ilə baxdıqda üç obrazın hər biri, əslində, millətin dayağı, xalqın, vətənin, torpağın azadlığını düşünən, əyilməyi özünə sığışdırmayan əsilzadə bəylərin mükəmməl obrazları göz önündə canlanır. Sovetin qılıncının qəbzəsi də kəsən vaxtlarda bu sətiraltını ötürə bilmək hər kişiyə nəsib olmazdı. Ona görə də cəsarətlə o üç obrazın sırasına Adil İsgəndərovun öz bəyzadəliyini də əlavə etmək ədalətli olar. O da cəsarətlə sovet senzurası ilə vuruşmada qalib gəlib.
Qəmlonu kim öldürdü...
“Axırıncı aşırım” filmi iki nüsxədə müxtəlif sonluqlarla lentə alınıb. Azərbaycan nüsxəsində Qəmlo Kərbəlayı İsmayıl tərəfindən, rus nüsxəsində isə Yədullanın (Yədulla, Kərbəlayi İsmayılın ölən oğludur) məzarının yanında gizlənən bir qaçağın əli ilə öldürülür. Hazırda hər iki nüsxə film fondunda qorunub saxlanılır.
Rejissor Kamil Rüstəmbəyov filmin sonunu belə çəkmişdi ki, Qəmlo Kərbəlayının sözünə məhəl qoymayıb vasitəçilərin ardınca yollanır və danışıqlarda şura hökumətini təmsil edən Abbasqulu bəyi öldürür. Sözü yerə düşən Kərbəlayı isə atını Qəmlonun ardınca çapır, amma gecikir və Abbasqulu bəyi xilas edə bilmir, qəzəbindən Qəmlonu öldürür.
Kərbəlayının belə cəsur göstərilməsi sovet senzorunun xoşuna gəlmir və rejissordan filmin sonluğunu dəyişməsini tələb edirlər. Rejissor məcburiyyət qarşısında qalıb “Axırıncı aşırım”a daha bir epizod əlavə edir. Qəmlonu Xudayarın qardaşı öldürür, film montaj edildikdən sonra ekranlara çıxır. Amma... filmə diqqətlə baxsaq görərik ki, Kərbəlayı İsmayılın adamlarından biri təşviş içərisində gəlib kəndlilərə xəbər verir ki, Kərbəlayı Qəmlonu gəbərtdi. Senzorun gözündən yayındırılıb filmdə saxlanılan bu səhnə milli rejissorun qələbəsidir.
Unudulmaz iki epizod
Filmin uğurunun bir-neçə səbəbi var, ən əsası isə Adil İsgəndərov, Həsən Məmmədov, Məlik Dadaşov tandemidir ki, bu da rejissorun tapıntısıdır. Onlardan sonrakı nəsil Həsən Turabov, Hamlet Xanızadə, Şahmar Ələkbərov onların yanında təcrübə keçdilər.
Bəylər obrazının ifaçısı aktyor Əbdül Mahmudov: “İki epizodu danışacağam. Birincisi odur ki, Məlik müəllimin şapalağının izi dodağımda da hələ də qalır. Şillə əslində, Fazil Salayevə vurulmalı idi. Boğazında zobu vardı, dedi partlaya bilər. Şillə epizodu mənim üstümdə çəkilməli oldu. Kamil Rüstəmbəyovla Məlik Dadaşov sözü bir yerə qoyublar. Mənim də əlimə sellofanda mürəbbə suyu veriblər qoymuşam ağzıma ki, şillədən sonra yıxılanda onu da ağzımda dişləyib yayam dodağıma. Sözü bir yerə qoyublar və Məlik Dadaşov mənə həqiqətən tutarlı bir şillə çəkir. Mən də özümü plastik yıxılmağa hazırlamış adam zərbədən arxası üstdə necə gedirəmsə başım dəyir arxadakı pəncərəyə, dodaq həqiqətən partlayır, ağzımdakı sellofan da gedir qarnıma. Özümü güclə ələ alıram.
İkinci epizod isə Abbasqulu bəyin ölüm səhnəsidir. Filmin çəkilişlərinin bir hissəsi Qobustan qayalıqlarında lentə alınıb. Bir hissəsi isə kinostudiyanın həyətində quraşdırılmış “iqamətgah”da. Abbasqulu bəyin ölüm səhnəsi Qobustanda çəkilirdi. Kaskadyor bəzi məqamlarda onu əvəz etməli idi, nə qədər başa salırlar ki, üzünü kameraya çevirmə, xeyri olmur. Axırda Həsən Məmmədov rəhmətlik deyir ki, özüm çəkiləcəyəm. Qayadan aşanda yazığın qolu-qıçı bütün sivrim-sivrim olmuşdu. Kinonun çəkilişləri başa çatınca ona toxunmaq olmurdu, yaraları sızıldayırdı.
Vəli obrazını oynayan Elxan Qasımov: “ Kinostudiyanın ən adi işçisi belə kinonun çəkilişində bu və ya digər formada iştirak edirdi, zəhmət çəkirdi.
Fərman Kərimzadə ilə Vedidə görüşdə olduq. Bir nəfər mənə yaxınlaşdı ki, mənim babamı oynamısan, Vəli mənim babam olub.
Əqidəsindən dönməyən, axıracan Kərbəlayı ilə bir yerdə qalan Vəli olur. Ona görə də oynadığım obraz mənim üçün əzizdir, hərçənd çəkilənlərin ancaq dörddə biri filmə düşüb”.
Adil İsgəndərov öz mükafatını Məlik Dadaşova verib
Film 1972-ci ildə Tiflisdə V Ümumittifaq kinofestivalında uğurla qarşılanıb. Festivalın ən yaxşı kişi roluna görə mükafatını iki aktyor alıb. Aktyor Həsən Məmmədov – Abbasqulu ağa, Adil İsgəndərov isə Kərbəlayı İsmayıl roluna görə. Mükafatı alan Adil İsgəndərov elə tədbirdəcə onu Qəmlo rolunun ifaçısına təqdim edib və mikrofona “o, məndən də yaxşı kişi obrazı yaradıb”, - deyib.
Filmin bəstəkarı və dirijoru Arif Məlikov olub. Redaktoru İntiqam Qasımzadə. Ceyhun Mirzəyevlə Nicat Feyzullayev “Axırıncı aşırım” filmində rejissor assistenti olublar.
“Axırıncı aşırım” filmindən el arasında çox sayda sitatlar dillər əzbəridir:
- “Abbasqulu ağanın nazı ilə çox oynayırsan ha, Kərbəlayı”.
- “Hökumət adamı görəndə əllərim gicişir”,
- “Bir dəli şeytan deyir bunların atlarının ayaqlarının altını tut atəşə, qalxsınlar şahə, çırpsınlar bunları yerə”,
- “Namusumuz, qeyrətimiz var, bəy, dözərik”,
- “Evin kişisini soruşarlar”,
- “Səməd, ay Səməd, adə, ölmüsən?” və s.
Bu qədər bəsdir.
Ramilə Qurbanlı kulis.az

Комментариев нет:
Отправить комментарий