Sevda SULTANOVA
5-6 il əvvəl “Türkiyə - təzadlar ölkəsi” adlı yazı yazmışdım. Onda bu, Türkiyəyə uzaqdan baxış idi.
Türk toplumuyla yaxından tanışlıq zamanı əmin oldum ki, Türkiyə doğrudan da ziddiyyətli, anlaşılması asan olmayan ölkədir...
Ankara küçələrində tez-tez başı bağlı, amma vücudlarınını bütün incəliklərini bəlli edən dar köynək, dar cins şalvar geyinən gənc qızlarla rastlaşmaq olar. Hətta bəzi xanımlar baş yaylığı örtməsinə rəğmən açıq geyinirlər.
Təzadlı məqamı orda yaşayan tanışlarıma soranda cavab verməkdə çətinlik çəkdilər.
Bəzi qadınların baş örtüyündən istifadə etməsinin isə dinlə heç bir əlaqəsi yoxdur.
Məsələn, tanış olduğum bir xanımdan nədən baş örtüyündən istifadəsinin səbəbini soruşanda o, ərim “belə istədi” deyə cavab verdi.
Anlaşıldı ki, səbəb sadəcə, ərinin qısqanclığı imiş.
Adətən, türk kişiləri qadına maksimum sahiblənməyə can atırlar.
Amma bəzi hallarda sahiblənmək hissi elə xəstəhal həddə çatır ki, nəticəsi faciə ilə bitir.
Təsadüfi deyil ki, Türkiyədə az qala hər gün bir qadın əri və ya sevgilisi tərəfindən tərk edildiyi, qısqanıldığı və ya xəyanət etdiyi üçün qətlə yetirilir. İş o yerə çatıb ki, məsələ dövlət səviyyəsində müzakirə olunur.
****
Türk kinosunun son illərdə inkişafına, dünya kinematoqrafiyasında yerini tutmasına rəğmən, ölkədə kinotənqid çox aşağı səviyydədir.
Kinotənqid, əsasən, filmin mövzusunun təsviri ilə şərtlənir.
Azərbaycan rejissorları dünya kinosu haqda mükəmməl bilgiləri olduğu halda ortaya zəif film çıxarırlar, nəzəri bilgilərinin uğurlu praktik həllinə nail ola bilmirlər.
Bilgiləri Azərbaycanlı həmkarından daha az olan türk rejissorları isə daha keyfiyyətli film çəkirlər.
Düzü bilmirəm, kimin qəbahəti daha böyükdür?
Dünya kinosunun böyük adlarının yaradıcılığına az bələd olub və ya onlaq haqda bilgisi olmadan yaxşı film cəkmək, yoxsa çox şey bilib ortaya urvatlı film çıxarmamaq?
****
Müşahidələrimə görə, Türkiyədə sol əslində, heç də əsl sol deyil. Daha doğrusu, imitasiya olunmuş, pis şəkildə korrektə olunmuş soldur.
3-4 il əvvəl “Hürriyet” qəzetinin köşə yazarlarından biri, solçu Yalçın Doğandan müsahibə almışdım. O, müsahibəsində Fidel Kastronun siyasətini dəstəklədiyini demişdi.
Ölkədə diktatura rejimi quran, insan haqlarını pozan birisini dəstəkləmək sol ideyalarına uyğundurmu?
Solun ölkədə nüfuzunun böyük olmamasının bəlkə də birinci səbəbi onların uzun müddət dinə vecsiz yanaşaması idi.
Əgər söhbət demokratiyadan gedirsə, insanların vicdan azadlığına müzakirəsiz hörmət edilməlidir.
Əhalinin sola inamsızğlığının bir səbəbi həm də sosialist dövlətlərin – keçmiş SSRİ-nin, Çinin, Şimali Koreyanın, Kubanın diktatura imicinə bağlıdır.
Şübhəsiz ki, ölkədə əsl sol ideyalarını anlayan, sol partiyaların siyasətindən narazı qalan intellektual sollar da var.
Heç bir patiyanı dəstəkləməyən insanlar isə istər MHP-nin sola yaxın ideyaları, istərsə də AKP-in solyönümlü islahatları olduğunu deyirlər.
*****
Türkiyədə bəzi məqamlarda gərəksiz demokratiya, söz azadlığı var.
“Şəhidlərin sayı 5-dən az olursa, bizim üçün bu xəbərin dəyəri yoxdur” deyən məşhur teleaparıcı Mehmet Ali Birant heç nə olmamış kimi teleməkanda at oynadır. Halbuki sayğısızlığına görə ona nəinki kəskin ictimai qınaq olmalı və ümumiyyətlə, o, efirə həsrət qalmalı idi.
Və ya kürd millət vəkilləri əsgərləri öldürən hansısa terroçu qadının şəklini başları üzərində asaraq ona sayğı duyduğunu dilə gərtiməklə dövlətə meydan oxuyurlar.
*****
Türkiyə daim qazan kimi qaynayır. Hər gün ölkədə gündəmi məşğul edən hadisələr baş verir. Düşündüm ki, yəqin, bu dinamika, hərəkətlilik ölkənin yerləşdiyi ərazinin enerjisinə bağlıdır.
Ərazinin əskidən sivilizasiyaların mərkəzi olmasını, 3 qitənin yaxın olduğu məkanda yerləşməsini nəzərdə tuturam.
*****
Türkiyədə nə zamansa dini dövlətin qurulacağına inanmıram. Çünki ölkədə pis-yaxşı oturuşmuş demokratik sistem və dini dövlətin qurulmasına qarşı dayana biləcək güclü müqavimət var.
Əgər ortabab rejissor Sinan Çətin canlı efirdə “CHP-in siyasətini bu seçkilərdə bəyəndim, belə davam edərsə, növbəti dəfə onu dəstəkləyə bilərəm” - deyirsə, hər gün efirdə hakimiyyət sərt tənqid olunursa, ölkə rəhbərliyi müxalifətlə hesablaşıb ona qarşı addım atırsa, dekolte geymiş qadını kişiləri təcavüzə təhrik etməkdə suçlayan Konya Universitetinin AKP-li professoru sərt təpkiylə üzləşib üzr istəyirsə, o halda dinin diktaturası haqda iddialar əsassızdır.
kulis.az

Комментариев нет:
Отправить комментарий