13.08.2011

Ölüm haqda soyuq şeir

Henri Skott Holland 

                               “Ölüm heç nədir”

Sadəcə o biri otağa keçmişəm.
Mən elə mənəm, sən də sən.
Bir-birimiz üçün nə idiysək
Elə həmin cür qalmışıq.

Çağır məni alışdığım adımla.
Danış mənlə həmişə dediyin
Sadə sözlərlə.
Laqeydlik ver səsinə
Qəm və təntənə donu geyinmə.

Gül, elə hər zaman güldüyümüz kimi
Sevdiyimiz kiçik zarafatlara.
Oyna, gülümsə, məni düşün. Dua et mənim üçün.
Adım məişət sözü olsun
Həmişə olduğu kimi.
Heç bir əlavə məna verməsin ona.
Üzərinə kölgə salınmadan gətirilsin dilə.

Həyat sözünün mənası dəyişməyib.
Elə hər zamankıdır.
Dəyişməz və qırılmaz sürəklilikdir.
Niyə könüldən iraq olum,
Gözdən uzaq düşən kimi?

Səni gözləməkdən başqa çarəm yox.
Hələ bir müddət də.
Haradasa. Çox yaxınlıqda.
Küçənin o başında.

Hər şey yaxşıdır. 


İngiliscədən tərcümə: Svetlana QULIYEVA

Комментариев нет:

Отправить комментарий