"Elə suallar vermə ki, cavab verməli olasan!" (İmişlidən Qafur müəllim)
Bakıdakı xəstəxanalardan birində lift taksi kimi işlədilir: gecə növbəsində ağır xəstəni 2-ci mərtəbəyə qaldırmaq 2 manata, 5-ci mərtəbəyə qaldırmaq 5 manatadı...
Ay Allah evinizi yıxsın, yandım-töküldüm.
Eşşəkarabasını xatırladan köhnə Bakı liftlərindən həmişə qorxmuşam. 5-ə qalxmaq üçün 2 düyməsinə, 7-yə qalxmaq üçün 9 düyməsinə basmağın lazım gəldiyi bu liftlər mənə qarmaqarışıq, məntiqi pozulmuş bir ölkənin modeli kimi görünüb.
Hərçənd sonralar rus şairəsi Vera Pavlovnanın balaca bir şeiri liftlərə münasibətimi tamam dəyişdi: "Liftin divarındakı üçhərfli sözü dörd dəfə oxudum".
Belədi də, bədii tapıntılar törədən hər yer ədəbiyyat adamına doğma gəlir – hətta həmin yer zibilxana olsa belə.
O üçhərfli məşhur rus sözündən dörd dəfə orqazm keçirdiyini açıq-saçıqlıqdan uzaq bir ustalıqla ifadə eləyən Veranı xaricdə oturub "erotik şeirlər" adıyla çılpaq şeylər yazan azərbaycanlı şairəylə müqayisə elədim.
Gəldiyim qənaət bu: Nədənsə, yazılarındakı erotik səhnələrdə azərbaycanın xanım yazarları çadrada, kişi yazarları buxara papaqda görünürlər. Hə, tooba.
Yox, tooba, bunu yazarlarımızın hamısına aid eləmək fikrim yox.
Amma fakt ortada: "qadın azadlığının carçısı" missiyasında Vera Pavlovnanın PIÇILTILARI daha yaxşı eşidilir, nəinki onun bəzi azərbaycanlı padruqalarının BAĞIRTILARI.
Alınmır e, "qadin azadlığı" ciddi paltardı, o, düşük, bayağı qadınların əynində cındır kimi görünər.
Erotik ədəbiyyat Sartrın "İntim" hekayəsidi ki, içində insanın "ayıb" yerlərinə bircə dənə də işarə tapmazsan.
Yalnız istedadca BANAN ölkələrində cinsiyyət üzvlərinin XİYARA, BADIMCANA bənzədilməsiylə tamaşaçıları hırıldatmaq, oxucuları cuşa gətirmək mümkün.
Gör, indi nə deyirəm... Sənətdə bəzi çoxbilmişliklər var ki, dünya onu çoxdan keçib. Dünyanın bir vaxtlar geydiyi o dar donlar köhnəlib yırtığı çıxandan sonra bizə gəlib çatdığındandı ki, həmin yırtıq donlarda bədənimizin çox hissəsi çöldə qalmağa məhkum.
Bu mənada hətta bizdəki sarı ədəbiyyat da "sarı" sözünün "saralmış", "solğun" anlamında başa düşülməli.
Ay-haay, az qala Monqolustan variantıdı ki. Oralarda qadınlarının çılpaq döşlərlə gəzməyə borclu olduğu qanun hələ də ləğv edilməmiş. Bu qanun orta əsrlərdə ona görə qəbul olunmuşdu ki, monqol köçəriləri qadın paltarı geyinən düşmən əsgərlərindən qoruna bilsin.
Beş il qabaq yazıların birində ərköyünlük eləyib bekar psixoloqları, folklorşünasları polemikaya çağırmışdım. Ki, əksər xalqlardan fərqli, nədən sovet xalqları daha çox seksual təyinatlı söyüşlərə meylli? Ki, nədən sovet xalqlarının söyüş leksikonunda insanın "ayıb" yerləri daha çox iştirakçı?
Bu sual beş ildi açıq qalıb. Bu gedişlə sabah kimlərinsə öz "ayıb" yerlərinə and içməyə başlamasına isə şəxsən mən təəccüblənməyəcəm.
Əsəd Qaraqaplanın içində xırda bir intim məqam olan "Halroman" əsərinə aid anons elədiyim ilk cümləni isə bu yazıdan çıxarmalı oldum. Niyəsini sonra deyərəm, üzürlü hesab eləyin.
NÖVBƏTİ YAZIMIN İLK CÜMLƏSİ: Məşədi İbadın məhşur dilemması getdikcə müasirləşməkdə: Başa papağı necə qoymalı ki, Gəncə qumarbazına, "şapka"nı necə qoymalı ki, kənd təsərrüfatına kredit verən bank müdirinə, əmmaməni necə qoymalı ki, İrana işləyən axunda, tacı necə qoymalı ki, Quba xanı Rafael Həbibova oxşamayasan?!
publika.az
Комментариев нет:
Отправить комментарий