05.04.2012

Doğruluq vədi yalan


İmarət Cəlilqızı

TƏZAD

Bu bir bardaq təmiz  su...
Hansı yöndən baxılsa,
Su  olduğu  seçilən,
Təmiz yerə  süzülsə,
Saf  olduğu  daha  tez,
Daha  aşkar  bilinən,
Zəm-zəm  kimi  içilən-
                                  Onu  sərxoş  eyləyib
                                 Gözlərinə  qan  salan 
əvvəldən  içdikləri...

Bu bir  aydın, hamar  yol,
əvvəli,  sonu  bəlli,
nə  sağ-solu  uçurum,
nə qaranlıq  döngəli…
                         “Gedər-gəlməz!”  söyləyib
                         onu qorxuya  salan
                        (doğruluq  vədi  yalan)
 əvvəllər  keçdikləri…

    Bu, maraqlı  bir  kitab,
    hamı  ilə  eyni  üz,
    eyni  dillə  danışan,
   uşağa da işnişən,
   böyüyə  də yovuşan,
   hər  kəlməsi  birbaşa,
  kimisinə  bir  sətir, 
  kimisinə min varaq,
  anlayana  güc, dayaq--
                            Onu yoldan eyləyib
                           ucalardan  endirən,
                           yanlış  səmtə  döndərən
                          əvvəllər vərəqləyib
                          əvvəldə açdıqları…
                                 … Əlindən  qaçdıqları…

silueti-tj-scott-26 (700x481, 132Kb)UÇMAQ OLMUR…

Tale, yazı-
hərdən belə
mat qalası
işləri var:
qanad verir,
fəza vermir,
çırpınırsan
dar qəfəsdə-
                 Uçmaq olmur.

Xatirələr-
unudulmur,
dönə-dönə
varaqlanır,
təqib edir
səni hər an,
dünən. bu gün,
son nəfəsdə-
                  Qaçmaq olmur.

Üzüntülər-
bağlı qalmış
könüllərdə
qalaqlanır,
gizli qalır
min illərlə
hər bir kəsdən-
                   Açmaq olmur.

Sərsəm dünya-
hey ara ki,
verdiyi nə,
aldığı nə?
Ayırd etmək
asandırmı?!
sən nə arzu,
nə həvəsdə-
                    Seçmək olmur. 

Maneələr-
qaya kimi
qaba-qaba,
nəhəng-nəhəng,
dəf edirsən
bir həmləyə,
bir kəlməyə…
maneələr
şüşə kimi,
güldən incə,
güldən kövrək
qoyur səni
hey bu üzdə-
                           Keçmək olmur.

Duygular var,
yaşadıqca
əriyirsən
gilə-gilə,
təhlükə var,
üzərinə
yeriyirsən
gülə-gülə,
zəhər var ki,
təşnəsisən,
içirsən
siləbəsilə,
şərbət var ki,
məcbur eylə,
başın kəs də-
                      İçmək olmur!

Восточные мотивы

Комментариев нет:

Отправить комментарий