Namiq Sadıqlı
İnternet provayderləri və mobil operatorları gözümüz görə-görə cibimizə girməklə talançılıq edirlər.
İnternet qiymətləri isə ən azı 3-5 dəfə düşsə də buna heç bir internet provayderləri əməl etmək istəmir. Misal üçün internet tarifləri azalmamışdan qabaq da aylıq abunə 18-20 AZN idi, hal-hazırda da əhaliyə bu qiymətlə satılır. Buna görə də haqlı olaraq əhalinin çox hissəsi sürətli internetdən istifadə edə bilmir. Bununla bağlı internet provayderlərilə əlaqə saxladıq, onlarla bu barədə söhbətlər etdik.
Onlar qiymətlərin düşməyi ilə razılaşsalar da qiymətlərin standart qalmağında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini günahlandırdılar. Burdan belə aydın olur ki, qiymətlərin bu civarda qalmasında birbaşa Rabitə Nazirliyi ona görə maraqlıdır ki, əgər qiymətlər düşərsə kütlə daha çox internetdən istifadə etmək imkanı əldə edəcəkdir. Nəzərə almaq lazımdır ki, əhalinin yüksək faizi lazımi məlumatları tv efirlərimizdən ala bilmir. Bütün maraqlı məlumatların internetdə yerləşdirilməsi buna əyani sübutdur.
Ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları vaxtaşırı yeni kampaniyalar təşkil etdiklərini bəyan etsələr də, abunəçilər davamlı olaraq onların fəaliyyətindən narazılıq edirlər. Artıq iş o yerə çatıb ki, bəziləri operatorlarını dəyişmək məcburiyyətində qalıb. Çünki təklif olunan tariflərlə real vəziyyət arasında ziddiyyətlər mövcuddur.
Azərbaycanda iri mobil rabitə operatorlarından biri olan NARMobile isə abunəçiləri ilə açıq şəkildə oyun oynayır. Bir tərəfdən «Unikal» tarif planını təklif edən şirkət bunun müqabilində gündəlik 24 qəpiyinizi hesabınızdan silir. Əvəzində isə ayda 9000 dəqiqə pulsuz danışmaq haqqı tanıyır. Bir tərəfdən baxdıqda bunun cəlbedici olduğunu görmək mümkündür. Amma reallıqla tarif planı arasında zidiyyət istifadəçiyə çevrildikdən sonra üzə çıxır. Məsələn, hər gün 24 qəpik çıxılarsa, bu, ayda 7.2 manat deməkdir. Halbuki bu pula Türkiyədə və yaxın qonşu ölkələrdə xeyli müddət pulsuz danışmaq mümkündür. İkincisi, ayda 9000 dəqiqə, yəni 150 saat danışmaq... Heç bir insanın fiziki imkanı buna çatmaz. Belə olan təqdirdə, məlum olan odur ki, NARMobile abunəçilərinin cibinə şirnikləndirici vədlə girir.
Abunəçilər deyir ki, bu şirkət sözün həqiqi mənasında talançılıqla məşğul olur. Yalan tariflər təklif etməklə insanları aldadıb özünə çəkəndən sonra başlayır onun hesabına girməyə. NARMobilenin bununla bağlı təkliflərinə aldananlar, sonradan peşmanlıq çəkirlər.
Qeyd edək ki, bu vəziyyət təkcə NARMobiledə deyil. Həmçinin «Azercell» və «Bakcell»də analoji qaydada istifadəçilərinin cibinə girərək, böyük pullar qazanmağa çalışırlar. Üstəlik, son günlər kontur kartlarının qiymətinin artırılması da düşünülmüş oyunun tərkib hissəsi olaraq qəbul edilir. Artıq hər bir rabitə operatorunun təklif etdiyi kartlar 10 qəpik bahasına satılır. Rabitə şirkətləri isə bəyanat verir ki, onların məsələdən xəbəri yoxdur. Ancaq di gəl, bu prosesin qarşısını almaq üçün də tədbir görmürlər. Deməli, onların özləri bu məsələdə maraqlıdırlar və verilən bəyanatlar da imitasiya xarakteri daşıyır.
Ekspertlər isə rabitə bazarında belə bir vəziyyətin yaranmasının səbəbini rəqabət prinsipinin olmamasında görürlər. Onlar deyirlər ki, qonşu ölkələrdə az qala mobil rabitə operatorlarının sayı 100-ü keçdiyi halda Azərbaycanda bu rəqəmin 3-dən yuxarı qalxmaması anlaşılmazdır. Sürətli internet paketlərini də eyni qiymətdə saxlamaq, əhalinin çox hissəsinin məlumat bazası toplamağına imkan verməmək məqsədli şəkil daşıyır. Onlar hesab edirlər ki, qiymətlərin yüksək səviyyədə qalması və bu şirkətlərin sayının artmasında maraqlı olmayanlar var. Bu səbəb ölkədəki monopoliyanın olmasına işarə edir ki, səbəbi də böyük pulların oliqarxların əllərində toplanmasıdır . Çünki rabitə biznesi dünyada ən asan yolla ən çox pul qazanılmasına imkan verir. Adətən bunu zarafatyana «danışıqla pul qazanılan biznes növü» kimi də təqdim edirlər.
bia.az

Комментариев нет:
Отправить комментарий