10.04.2012

Vəhhabilik -5



Hafiz Mirzə


Vəhhabilər yalnız 3 məsçidin ziyarətinin məqbul sayırlar: Mədinədə “Məsçidi-Nəbəvi”, Məkkədə “Məsçidül-Həramı”, Qüdsdə  Beytül-müqəddəsi. Əgər günahdırsa, bu günah hamısına aid olmalıdır. Onlar da materiya deyilmi? Bunlara aid deyilsə, deməli günah deyil və müqəddəs şəxslərin məzarı üstündə tikilmiş məsçidlərin ziyarəti günah hesab oluna bilməz. Üstəlik, müqəddəs məkanlarda toplanan müsbət enerjinin də şəfahət dərəcəsi mümkündür.

İlahi nəzərlərin  müsbət enerji məkanlarına daha güclü yönəldiyini dərk etmək üçün həmin ziyarətgahlarda olmaq vacibdir. Bu həm də müsəlmanın qəlbini nurlandırır və deməli, imanını kamilləşdirir. Bütün bunların əleyhinə olan vəhhabilərin, deməli, həm də müsəlmanların  kamilləşməsinin əleyhinə olduğunu da qəbul etmək lazım. Bax, məhz bu məqamda bunu  yalnız xristianların daha çox arzuladığını düşünməyə dəyər. Çünki onlar bu halda müsəlmanın daha qüdrətli və basılmaz olduğunu anlayırlar. İslamın qüdrətlənməsi isə bütün dünyaya yayılması deməkdir. Söhbətimizin bu məqamında vəhhabi məzhəbində  xristian-qərblilərin barmağı olub-olmadığını araşdıraq.
İNGİLİS BARMAĞI VƏHHABİLƏRİN  VƏ BÜTÜN DÜNYANIN İÇİNDƏ. Vəhhabi məzhəbi ilə ingilislərin arasındakı münasibətlərin hansı səviyyədə olduğunu dəqiqləşdirmək üçün “Mister Hemferin xatirələri” kitabını oxumaq yetər. Bu kitab son illər çox dillərə tərcümə edilmişdir. Peşəkar ingilis cəsusu olan, fars, ərəb və türk dillərini mükəmməl bilən Hemfer İraq, türkiyə və Nəcd vilayətini tamam gəzmişdir. Məqsədi İslam aləmində təfriqə törədə biləcək bir şəxsi tapmaq idi. Bununla    da ingilislərin “Ost-Hind” şirkəti Hindistanı tamam işğal etdikdən  sonra növbə Ərəbistan yarımadasını ələ keçirtməyə  çatırdı. Bu yarımadada isə İslam çox güclü idi və onun müqəddəs məkanları yerləşirdi. Eləcə də Ərəbistan Osmanlı imperiyasının nəzarəti altında idi. Burada qazanılan uğur Osmanlını da sarsıda bilərdi. Amma bir xaricməzhəbin hələ Səlib yürüşlərini unutmamış müsəlmanların arasında inam, etibar,uğur qazanması çox çətin idi. Bu halda onu öz nümayəndəsi vasitəsilə və öz içindən parçalayıb zəiflətmək və tədrici qayda ilə  ələ keçirtmək münasib bilinmişdi. Nəhayət mister Hemfer  belə birisini Mühəmməd ibni Əbdül-Vəhhabın şəxsində, Bəsrə şəhərində tapdı. Onun ideyalarını və şəxsi keyfiyyətlərni öyrəndikcə buna tam əmin oldu ki, məhz bu şəxsin vasitəsilə İslam dünyasını parçalamaq olar. Beləliklə də o,  İbni Əbdül-Vəhhabı Bəsrədən İsfahana, sonra Nəcdə kimi müşahiyyət etdi. Onunla fikir mübadiləsi zamanı onun böyük həqiqət sahibi olduğunu başına saldı və hər yerdə mühafizə və müdafiə etməyə başladı. Onun maliyyəsi ilə İbni Əbdül-Vəhhabın mühafizəsi təşkil olundu, tərəfdarları toplandı, silahlandırıldı və sair. Bu isə başqalarında İbni Əbdül-Vəhhaba inam yaradan, ona valeh edən amillərdən oldu. Beləliklə də o, İslam dünyasında çox şəhərləri xaraba qoya bildi. Ərəbistan yarımadasında baş verən vəhhabi qiyamları çox keçmədi ki, Osmanlı imperiyasını da narahat etməyə başladı. 
Osmanlı yarımadaya qoşun yeritdi  və  öz qələbələri ilə vəhhabi liderlərinin də həbsinə və qətlinə nail oldu.  Zaman-zaman  burada  türklər həm də ingilislərə qarşı döyüşdülər. I Dünya müharibəsi zamanı Hicaz büsbütün Osmanlı nəzarəti altında idi. Nəcddə isə 2 hökumət vardı. Digəri ingilis himayəsində  olan və paytaxtı Ər-Riyad seçilmiş Ali-Səud hökuməti idi. 1919-cu ildə ingilislər Nəcdi müstəqil dövlət, Əbdül Əzizin oğlu İbni Səudu isə kral elan etdilər və ona ildə 40 min funt-sterlinq maaş da təyin olundu. Britaniyanın çox təcrübəli cəsuslarından olan Kelnel  Lorens burada çox mühüm işlər gördü və ərəb dünyasını  tamam parçalamaqdan ötrü vəhhabi məzhəbindən və ərəb tamahgirliyindən məharətlə istifadə edə bildi. Hemferin ardıcıllarının barmağı indi də ərəb dünyasını qarışdırmaqda, vəhhabilik hətta ideya baxımından süquta uğramışsa da, onun tamam sıradan çıxmasının qarşısını almaqdadır. İngilislər Şərqdə  düşmən obrazı yaratmaq üçün vəhhabilərin üzv olduğu “Əl-Qaidə” terrorçu təşkilatını yaratdılar. Bu təşkilat Şərqə, İslam ölkələrinə təzyiq göstərmək üçün çox münasib bəhanə oldu. İndi bəzən öz xüsusi xidmət orqanlarının öz ölkələrində törətmiş olduğu terror aksiyasına görə də “Əl-Qaida” və onun lideri Usamə-Bin Laden günahlandırılır. Və onlar da bu ittihamları məmuniyyətlə qəbul edirlər. Azərbaycana vəhhabilərin  ayağı yalnız müstəqillikdən sonra dəyməyə başladı. Ölkəmizə gələn Küveyt və Səudiyyənin yardım fondları burada yardımlarla yanaşı həm də dini ideologiya yaymağa başladıar. Sonra 5 mindən çox qaçqın çeçen ailəsi gəldi və onlar da özləri ilə vəhhabi əqidəsini gətirdilər. Vəhhabi emissarlar özlərinə münasib şəxsləri sünnülərin yığcam yaşadığı şimal ərazisində yerləşən  Zaqatala, Balakən, Quba rayonlarında və Bakıda tapdılar. Sonra Sumqayıta və digər rayonlara da  soxula bildilər. Bakıda “Ləzgi” məsçidi kimi tanınan “Aşurbəy” məsçidində, sonra isə Səudiyyə Ərəbistanının emisarları tərəfindən maliyyələnərək tikilən “Əbubəkr” məsçidində toplanmağa başladılar. Bayramlarda bu məsçidə 20 mindən çox vəhhabi toplaşırdı. Onlar bizim cəmiyyətdə ilk baxışdan xırda bizneslə məşğuldurlar. Onlar üçün Dubay, Qahirə və digər ərəb ölkələrində biznes imkanları yaradılır, kömək və yardımlar olunur. Amma eləcə də onlar öz əqidələrini biruzə vermədən aparıcı sahələrə, xüsusən də Milli Orduya, Huquq-mühafizə orqanlarına, Gömrük, Sərhəd xidməti və nəqliyyat strukturlarına soxulmağa çalışırlar. Strateji cəhətdən maraqları çox uzaqlara, o cümlədən dövləti ələ keçirtməyə hesablanıb. Bundan ötrü onların qarşısına çıxan  şəxsləri  pul-rüşvət və ya terror vasitəsilə sıradan çıxardır, aradan götürürlər. Ötən il Milli Ordu sıralarında bir qrup zabitin vəhhabi olması və çevriliş cəhtləri üzə çıxdı, həbs olundular. Digər ifşa olunan “Meşə qardaşları” terrorçu təşkilatı da vəhhabi yönümlü idi. Guya elə qruplar digər sahələrdə yoxdur? Yəqin ki, var. Yaşadığımız müasir XXI əsrdə də sünnü və şiyə məmləkətlərində gəncləri əvvəlcə hənbəli məzhəbinə çəkirlər. Sonra onların tədricən və hiss olunmadan vəhhabiyə çevrilməsi bir elə çətin olmur. Biznes maraqları vəhhabi emissarlarını öz üzərində ciddi işləməyə sövq edir. Son illər onların arasında müəyyən parçalanmalar yaranmışdır. Sələfilər, ixvanlar, “Əl-təkfir və hicrət əhli”. “Cihad əhli”, “Hizbut-təhrir”  belə parçalanmaların məhsuludur. Aralarında ən radikal və barışmaz mövqedə  “Hizbut-təhrir” durur. O həm də mövcud iqtidara qarşı  radikal, barışmaz  münasibətilə fərqlənir. Nə yaxşı ki, zaman-zaman onları daha böyük parçalanmalara məruz qoya biləcək yeni mütərəqqi kitablar yazılmaqdadır. Ayətullah Cəfər Sübhaninin “Vəhhabilik” və “Vəhhabi məzhəbi”, Seyyid Məhəmməd Həsən Qəzvininin “Vahabi firqəsi”, Cabir İskəndərlinin “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” və bir də Hacı Valeh Lənkəraninin “Ziya” kitabları bu yazını hazırlayarkən müəyyən qədər köməyimizə yetdi. Məncə imkanlı və mömin şəxslər bu kitabları böyük nüsxə ilə alıb pulsuz paylamalı və təkrar nəşr etdirməlidir. Bunun özü də bir mübarizə vasitəsi olardı. Azərbaycanı vəhhabiliyin üzünə bağlamaq lazımdır! Əks təqdirdə vəhhabilik Azərbaycanı gələcək nəsillərin üzünə bağlamış olacaqdır.

Son

Комментариев нет:

Отправить комментарий