Elçin Bayramlı
Düz 2 gün düşündüm - 1 iyunda uşaqların hansı problemini yazım deyə. Bir deyil, iki deyil, hansını seçəsən? Axırda bu qərara gəldim ki, ən dəhşətli mövzuya girişim - uşaq intiharlarına...
Sovet vaxtı intihar faktına, xüsusilə də uşaq intiharı faktına çox nadir hallarda rast gəlirdik. İndi isə hər həftə uşaq intiharı xəbərləri izləyirik. Uşaqlar daha çox özünü asmaqla intihar edirlər. Nə baş verir? Uşaqlar niyə kəndirdə "yellənir"? Buna onları, kim, nə, niyə, necə məcbur edir? Çətin və dəhşətli suallardır.
Mövzuya girmək üçün qısa arayış verək, sonra arxasına baxaq. Son 10 ildə keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda azyaşlıların intiharı geniş vüsət alıb. Hər il bizdə 50 nəfərdən artıq uşaq intihar edir. Bu hələ rəsmi rəqəmdir, məlum olduğu kimi bir çox intiharlar adi ölüm kimi qeydə alınır. Təsəvvür edin ki, özünü asan azyaşlıların 80%-i 10 yaş həddində olanlardır. Bu, çox dəhşətli göstəricidir.
Bəs bu göstəricilərə necə nail olduq? Problemin start götürdüyü vaxtlardan başlayaq. Sosializmin dağılmasından və kapitalizm sisteminin bərpasından sonra cəmiyyətdə anarxiya, xaos, sosial-iqtisadi problemlər baş alıb getdi. Bir yandan da yaraları uzun müddət sağalmayan müharibə.
Cəmiyyət bütün iqtiqamətlərdən təzyiqə məruz qaldı. Azadlıq, demokratiya kimi anlayışları çoxları özbaşınalıq, qanunsuzluq kimi qəbul etdi və belə davrandı. Sonralar stabillik yarandı, problemlər azalmağa başladı, iqtisadi imkan artdı və s. Amma psixoloji zədələr hələ də qalır. Bu müddətdə həmin şəraitdə formalaşmış yeni nəsillər böyüyüb axı. Bu gərgin mühitdə böyüyən uşaq təbii ki, normal psixologiyaya malik olmayacaq, mənəvi problemləri olacaq.
Cəmiyyətlərin, dövlətlərin, quruluşların fərqi əslində, intiharların səviyyəsi ilə ölçülməlidir. Qalan bütün sosial, iqtisadi, siyasi üstünlüklərin heç bir rolu ola bilməz. Məsələn, dünyada intiharlara görə, iri kapitalist dövlətləri - Yaponiya, ABŞ və Skandinaviya ölkələrinin ilk yerləri tutması o deməkdir ki, bu ölkələrdə insan faktoru öndə deyil.
Dövlətin iqtisadi qüdrəti yüksək ola bilər, amma insanlar üçün normal, təhlükəsiz, psixoloji gərginliksiz cəmiyyət sistemi qurulmayıbsa, deməli bu dövlətdə yaşamaq təhlükəlidir. Maddi rifah da hər şey demək deyil. Başqa məsələlər var - gözlə görünməyən, əllə toxunulmayan məsələlər.
Azərbaycanda dünyanın əksər ölkələrinə baxanda daha uyğun həyat şəraiti var. Düzdür, Avropadan, Rusiyadan, Yaponiyadan, ABŞ-dan... geri qalırıq, amma hər halda bura nə Afrika ölkəsidir, nə də Yaxış Şərq. Bəs o zaman bu problemlər hardan qaynaqlanır?
İntiharlarda sosial problemlərin rolunu inkar etmək olmaz. Lakin, etiraf etməliyik ki, indiki dövrdə və bizim kimi ölkədə intiharların əsas səbəbləri arasında təkcə sosial-iqtisadi problemlər deyil, həm də mənəvi-ruhi məsələlər böyük paya malikdir.
Cəmiyyətimizdə intiharlara qarşı formalaşmış stereotiplər var. Məsələn, əgər intihar edən azyaşlı və yeniyetmə qız uşağıdırsa, hamı bir qayda olaraq ona mütləq təcavüz olunduğunu düşünür. Heç kim o qızın ailəsində və ətrafında baş verənləri görmür, onun valideynlərindən zorakılıq gördüyünü, sosia1 və psixoloji problemlər yaşadığını gözardı edirlər.
İntiharların artmasında bioloji və genetik təzyiqləri də qeyd etməmək olmaz. Son vaxtlar uşaqların çoxuna ana südü verilmir, körpələr GMO qidalar, "Coca-cola" kimi təhlükəli içkilərlə böyüyür. Ətrafda isə, daha çox aqressiya, problem, əzab görür. Bir yandan da televiziyalar. Təsəvvür edin, özəl kanallar elə dəhşətli amerikan multfimləri verirlər ki, uşaq bir yana qalsın, 40 yaşda adamın qorxudan, həyəcandan bağrı yarılır.
Uşaqlar cəmi 20 il əvvəlki ənənəvi məkanlarından məktəblərdən, pionerlər evlərindən, yaradıcılqı mərkəzlərindən, istirahət düşərgələrindən, idman salonlarından... ayrılaraq küçələrə tərk edilib. Ən yaxşı halda dəhşətli oyunlar oynadıqları, pornoya, zorlamaya, qanlı döyüş səhnələrinə baxdıqları internet klublara buraxılıb.
Neçə ildir yazılır, deyilir, amma nə eşidən var, nə də tədbir görən. Hər dəfə məsələ gündəmə gələndə aidiyyatı qurumlar "yeni qanun hazırlayırıq", "tədbirlər görürük" filan deyib vəziyyətdən çıxırlar. Soruşmaq ayıb olmasın, bəs nəticəsi hanı??!
Nəticəsi ortadadır- uşaqlarımız həyətlərdə yerində qaraj tikilməsi üçün ləgv edilmiş yelləncəklərdə yellənmək əvəzinə, boğazlarına keçirdikləri kəndirdə yellənirlər... Əslində, kəndirdə yellənən və yellənməli olan bizik - cəmiyyət olaraq. Onları belə dəhşətli "əyləncəyə" sürüklədiyimiz üçün...
Uşaq intiharı uşaqların böyüklərə etirazının ən sərt və ən dəhşətli formasıdır. Bəzi uşaqların intihardan əvvəl yazıb qoyduğu məktublar isə, ən ağır təhqirdir gələcəyini qoruya bilməyən cəmiyyət üçün...
Bizə ünvanlanmış mesajın ümumi məğzi çox qısadır - Tfu sizin üzünüzə...
publika.az

Комментариев нет:
Отправить комментарий