Könül Səid
Fransız yazıçısı və filosofu Laroşfuko Fransua deyirdi ki, fəlsəfə keçmişin və gələcəyin dərdinə qalib gəlir, amma bu günün dərdi isə onu məğlub edir. Bir an adama elə gəlir ki, filosof bu gün Azərbaycanda insanlar arasında olan münasibətləri yüzillər öncə görüb, yazıb. Çünki laqeydliyin və hərcayılığın baş alıb getdiyi günümüzü məhz bu aforizm tam əhatə edə bilir.
Adamlar doğmalarından, dostlarından, sevdiklərindən o qədər uzaqlaşıblar, o qədər uzaqlaşıblar… fəlsəfə və dünya elmləri belə gəlib qapını kəsdirsə bu düyünü aça bilməz, sanki… Adamların bu günləri açılmaz bir düyündü elə bil… Bəlkə də səbəbsiz və məzmunsuz boşluğa qərq olmuşuq bir çoxumuz…
İşdə, yolda, dərsdə, yerin altında (metroda), lap elə evinizdə olan insanların gözlərinin içinə, dərinliyinə bir baxın… – Nələri görə bilirsiz?.. – Gördüyünüz kədər, iztirab, yalnızlıq və qorxudumu?.. Bu adamların qorxuları o qədər dərinləşib, o qədər dərinləşib, ətraflarında olan əziz insanlarına belə yad olmağa başlayıblar. Bu adamlar əzizlərinin hər cümləsindən söz çıxardan, aqressiv olub dalaşan, bəzən özünü idarə etməyi belə bacarmayan, bəzənsə sadəcə susan və yad olan doğmalara çevriliblər. Bəzən də bu susqunluqlarını (necə deyim) ovuclarında sıxıb evdən baş alıb gedərlər.
Baş alıb gedərlər. – Hara?..
Doğmalarından uzaq olan bir məkana və bəlkə də özlərini belə itirəcəkləri bir burulğana doğru.
Yol boyu fərqinə belə varmazlar ki, onlardan ayrılan mənfi enerji hər addım da bir gülü soldurur, bir ağacın belini bükür, bir daşın qüdrətini əridir…
Fərqinə belə varmazlar ki, özlərini belə hər addımda itirilər. Hər saniyə belə onları yadlaşan insanlıqlarından uzaqlaşdırır.
Arada da “ovuclarında sıxdıqları susqunluq” dilə gəlir, imdad diləyir. Azadlığa qovuşmaq istəyir. Sözlərini qorxmadan, titrəmədən hayqırmaq istəyir, hayqırmaq..!
Bax beləcə hər addımda insan olduqlarını belə unudurlar… Sadəcə addımlar… addımlar…
Biz bəlkə də bilmədən fəlsəfənin qurbanlarına çevrilirik. Bu da bizi düşüncələrin içində bir saman çöpündən yapışmağa vadar edir, amma yapışdıqca da daha dərinlərə və çıxmazlara dalırıq, dalırıq və batırıq…
(Arada düşünürəm ki, fəlsəfə ögey bir övlad kimi daima bizdən uzaqda boynubükük və küskün gəzir. Amma fikirləşmir ki, bu günü düşünmədiyi üçün biz də ondan küsmüşük.)
Fəlsəfə, axı sən niyə keçmişə və gələcəyə yaxın olursan? Bəs səni dünyanın mərkəzində gözləyən bu günü niyə unudursan? Bəlkə insanların sənə doğru əlacsız şəkildə açılan əllərini görmürsən?..
Yenə də suallar, suallar… Axı Fəlsəfə elə suallardan, fərqli baxışlardan doğur. Nə zaman biz suallarımıza cavab tapsaq, əminəm, elə həmin gün də fəlsəfə bu günün dərdinə qalib gələcək. İnsanların da üzü təbəssüm və sevgi dolu işıq saçacaq. Daha “yad olan doğmalıq” statusu da öz önəmini itirəcək.
O gün gələnə kimi isə suallardan ibarət cild-cild kitablar yazılacaq, bəlkə …

Комментариев нет:
Отправить комментарий