Arzu Abdulla
“Bizim ruhumuz hələ heç bir çirkinliyin gedib çata bilmədiyi müqəddəs məkanda birləşib...
….müqəddəslik özü özündə qorunmadır, biz çalışsaq da onu nə qoruya, nə dağıda bilərik”.
Zatən həyat bir səhnədir deyənlər düz demiş. Amma o səhnənin pərdə arxasında hər kəsin kiçik bir hücrəsi də var. Bu hücrədə özümüz özümzü aldatmaq üçün xəyalımızda böyük bir taxt qurmuşuq. Yəni “hər könül özünə bir padışahdır”. Amma bu hücrədən lap uzaqlarda nəfsin yetişmədiyi, ünün çatmadığı, yüksək məqamda yer tutmuş bir hücrəmiz var daha.
Bax, bu fani dünya çox yalançı, fırıldaqçı, ən yaxşılarını əlindən qapmağa çalışan bir şeydir yəni. Əsas o müqəddəs hücrəmizdir. Yalın bədənin, bir də niyyətin var o hücrədə. “Ey insan, sən etdiklərinlə deyil, niyyətinlə əzizsən!”. O hücrədə qapısından girməmiş İÇİNİN gün kimi aydın olduğunu görüncə dəli olmamaq, qorxmamaq üçün bu yalançı, fani və fırıldaqçı dünyada üstünə atılan çirkinlərdən qorxma, içinə atacağın çirklərdən qorx. İçində ancaq SEVGİ adlı toxum səp ki, məhsulu o hücrənin işıqlandırsın.
Müqəddəs kitabımızda isə deyilir ki, qadın kişilər üçün əkin sahəsidir. Yəni nə əksən onu da biçərsən. Məncə hər bir insanın daxili onun özü üçün əkin sahəsidir-əkdiklərinin barını dadadcaqsan, yalançı dünyada və müqəddəs hücrədə.
“Bizim ruhumuz hələ heç bir çirkinliyin gedib çata bilmədiyi müqəddəs məkanda birləşib”. O məkana ha can atsalar da çata bilməzlər. Qorxma, bir anlığa gözünü yum və özünü müqəddəs, qalın bir təbəqənin içində təsvir et. Bu müqəddəs qat səni məhrəm sevginin ağuşundakı kimi saxlayacaq. Bu müqəddəs qatın ətrafında dolandığını duyunca sakitləşəcəksən, kimsə sənin qatına keçə bilməyəcək və sən tam arxayın ola bilərsən, çünki sən BÜTÖVSƏN. Bax ha, bəzən “filankəsin qatına keçə bilməzsən” deyirlər. Bu qat, yəni təbəqə zor məsələdir.
“Bizim ruhumuz hələ heç bir çirkinliyin gedib çata bilmədiyi müqəddəs məkanda birləşib”. Bu isə sənə yazdığım essedəndir. Bilirəm, yenə mız qoyacaqsan, axı sən realistsən. Belə məqamlar sənin qatına keçməz. Yenə də qat.
Bir dəfə hansısa təriqət haqqında oxuyanda maraqlı bir fikir çıxdı qarşıma. Sən demə, insan daxilən təmizlənəndə, ruhən müqəddəsləşəndə onun hətta qoxusu da dəyişirmiş. O zaman bizim məmləkətin avtobuslarında adamlardan gələn tər qoxusunun nədən belə dəhşətli olduğunu düşünəcəksiniz.
Istəsəniz səbəbini deyərəm. Baxın, bizim telekanallar səhərdən axşama yemək bişirilər, sonra yeyirlər, sonra bahalı paltarları reklam edirlər, sonra bu paltarları o yağlı, iri ətli xörəklərin təsirindən piy bağlanmış bədənlərə geydirib gözümüzə soxurlar, sonra isə tullanıb-düşürlər və oxuyurlar, sonra, sonra... bu sonralar uzun çəkəcək. Ruhumuz isə darmadağın olacaq. Ən yaxşısı ruhnuzu qorumaqdır. Bunun üçün ilk növbədə televizoru söndürün və üstünə bir dəsmal çəkin. Oxuyun, sadəcə gözəl ruh bağışlayan gözəl kitabları oxuyun. Müqəddəs OXU-nu oxuyun və sizə gərəkli bilgilər verən kitabları oxuyun. Yad ellərdən ruhumuza uzanan əlləri kəsin. O zaman “yurd daşını, yurd quşuna atma qardaş, kərəm eylə!” fəlsəfəsini anlayacaqsınız. O zaman məmləkətimdə insan insanın qaynar qanını axıtmayacaq, o zaman məsum üzlü uşaqlar boğazlarına kəndir keçirməyəcək, o zaman ana arxasınca ağlayan balasının ancaq onun ovudacağını anlayıb ömrünü, ona əmanət verilmiş ömrünü yarıda qırmayacaq.
Bizim ruhumuz hələ heç bir çirkinliyin gedib çata bilmədiyi müqəddəs məkanda birləşəcək o zaman. Haydı gələlim!
“….müqəddəslik özü özündə qorunmadır, biz çalışsaq da onu nə qoruya, nə dağıda bilərik”.
“Gündəlik Teleqraf”

Комментариев нет:
Отправить комментарий