22.06.2012

"STALİN DAHİ İDİ..." - DİSSİDENT ALEKSANDR ZİNOVYEV


İndinin "demokratları" komanda-inzibati sistemi bizim əsas fəlakətimiz kimi qələmə verirlər; bu sadəcə axmaqlıq deyil, məhz alcaqlıqdır


“..Gəncliyimdə mən antistalinist idim. Stalinin ölümü ilə mənim ona münasibətim dəyişdi. Lakin mən hec vaxt onu nə isə bir cinayətkar və ya ağılsız adam hesab etməmişəm. Stalin dahi idi.İndiyənə qədər belə hesab edirəm ki, o, bəşər tarixinin ən böyük simalarındandır. XX əsr – Lenin və Stalin əsridir, onlar bu əsrin ən möhtəşəm şəxsiyyətləridirlər…
Mən müharibəni ilk günlərindən görmüşəm, müharibə yollarını kecmişəm, nəyin necə baş verdiyinidə bilirəm. Əgər Stalin olmasaydı, əgər Stalin rəhbərliyi olmasaydı, bizi hələ 1941-ci ildə darmadağın edərdilər. Mən heç də repressiyalara və digər neqativ hallara haqq qazandırmıram. Lakin tarixi şəraitidə yaddan cıxarmaq olmaz… 
Mən bir alim kimi inqilabı və onun nəticələrini, Sovet dövrünü tədqiq edərək bu nəticəyə gəlirəm ki, konkret tarixi şərait , o dövrün insan resursları və.s. nəzərə alınsa, Stalin rəhbərliyi optimal hərəkət etmişdir…
Sovet dövründə Rusiyanın qazandığı nailiyyətlər bəşəriyyət tarixində hec vaxt və hec yerdə qazanılmamışdır.
İndinin "demokratları" komanda-inzibati sistemi bizim əsas fəlakətimiz kimi qələmə verirlər. Bu sadəcə axmaqlıq deyil, məhz alcaqlıqdır.
Müharibənin əvvəllərini götürün.Almanlar bizim xeyli ərazilərimizi işğal etmişdilər. Lakin ölkə duruş gətirdi, dünyada ən güclü ordu qurdu, ən təkmil silahlar yaratdı, birlikdə götürüldükdə bütün Qərb ölkələrinin hamısından cox silah-sursat istehsal etdi. Başqa iqtisadi sistemlə bunu etmək olmazdı.
Bərpa illərində qısa bir müddət nələr oldu. 1947-ci ilədə kartoçka sistemi ləğv olundu. Həyat böyük sürətlə irəli getməyə başladı.”


Bu fikirlərin orjinallığı və cəkisi ondadır ki, bu təhlillər hansısa kommunistin tribuna və propaqanda qovluğundan götürülməyib, bu fikirin müəllifi sovet dövrünün məşhur dissidentlərindən olan sosioloq-filosof Aleksandr Zinovyevdir.İndi siz fikir verin bir zamanların antistalinisti, antisovetisti, bu gün “Stalin dahahi idi” deyəcək qədər dəyişib.Nə ücün? Bəlkə bu cür yazmaqda maddi marağı var? Yox, indi Soveti tərifləyənlərə yox, əksinə söyənlərə qrant verirlər, başqa sözlə bu gün Stalin, Sovet Hakimiyəti haqqında müsbət fikir ifadə etməklə nə maddi qazanc, nədə karyera qazanmaq olmaz.Zinovyevin bu fikirləri uzun həyat təcrübəsinin təhlili dünən və bu gün ki, sistemlərin qarşılıqlı müqaisəli təhlilinin nəticəsidir və bəsit tövbə duası deyil, elmi nəticədir.


http://kommunist.biz/

Комментариев нет:

Отправить комментарий