06.08.2012

Narıngül. RƏFİQƏM

Mənim qadınlarla o qədər də aram yoxdur. Müm­­­­­kün qədər onlarla az ünsiyyətdə olmağa çalışı­ram, ancaq aramızda olanlara bir qədər məntiqlə ya­naş­saq,  onu özümə rəfiqə də hesab edə bilərəm.
Əlbəttə, deyə bilmərəm ki, biz əsl rəfiqəyik. An­­caq hər halda o, mənə müxtəlif çeşidli mürəbbələr bi­şi­r­məyin, pomidor duza qoymağın üsulları ilə öyünən, istirahət günlərində içi meyvə-tərə­vəz­lə dolu yük maşınının qarşısında şövq və eh­ti­ras­la növbəyə dayanan qonşu qadınlarından daha ya­xın­dır. 
O mənimlə qonşu binada yaşayır.  Boş vaxtım olan kimi onun yanına qaçıram. Biz, adəti üz­rə mətbəxdə əyləşib, ordan-burdan söz salır, sonr­a əsas söhbətə keçirik. Onun əşyalar ilə dolu, bir qə­dər bası­rıq və pərakəndə görunən evində məhrəm, is­ti bir qadın ruhu, insanı həyata bağlayan sirli bir doğ­ma­lıq, qəribə bir ünsiyyət bağı var.
Mənə elə gə­lir ki,  evin əşyaları bu qadının özünə da­ha çox oxşayır. Biz onun kiçik mətbəxində oturub çay içə-içə, uzun-uzadı söhbətləşir, xüsusilə rəfi­qə­min özünə aid olan spesifik xəbərləri maraq və təm­kin­lə müzakirə edirik.
Rəfiqəm, demək olar ki, səxavətlə bütün sirlərini mə­nə açır, ürəyində olan bütün deyilməli və de­yil­mə­li olmayan mübhəmləri danışır. Sonra məm­­­nunluqla susaraq üzümə baxır, öz əliaçıqlığı mü­qa­bilində məndən də nə isə bir gizlinin açıqlan­ma­sını göz­ləyir, bir növ öz haqqını tələb edir. Ancaq na­haq ye­rə, çünki mən bu sahədə, bəlkə də, qə­də­rindən da­ha çox xəsisəm. Sirr saxlamaq  qa­­pa­lı­lı­ğım­dır, xarakterimin özəlliyidir. “Sirrini dos­tu­na demə, dos­tunun da bir dostu var” – bu mənim prin­sipimdir. Be­lə qənaət bir az yaramazlıq kimi gö­rün­sə də, mən özü­mə haqq qazandırıram, hesab edi­rəm ki, bu ən əl­v­e­ri­şli variantdır.
 Başqa qadınlardan uzaq gəzdiyim halda bu qadınla rəfiqəlik etməyim özüm üçün də müəy­yən qədər açılmamiş qalır. Rəfiqəm də adi qa­dın­lar­dan biridir, o da ətrafdakı qadınların çoxu kimi öz əri­ni sevmir, elə bu sevgi məsələsi ilə də ətrafdakı qa­dın­lardan fərqlənir. Sözsüz ki, sevgi məsələsi, da­ha doğrusu sevgisizlik məsələsi, hissiyatlı qadın üçün heç də az əhəmiyyət kəsb edən məfhum deyil. Məsələ bun­da­dır ki, ətrafdakı qadınlar bu sev­gisiz­liyi bir çox şeylərlə, məsələn, ərinə xüsusi sədaqət gös­tər­­mək, ömürlük sülh müqaviləsinə imza atmaq, ev iş­lə­rinin bütün incəliklərinə yiyələnmək  və sair bu ki­mi şeylərlə əvəz edirlər. Rəfiqəm isə sevgiyə əl­vi­da deməyi bacarmır, bəlkə də bacarar, özü bilə­rək­dən istəmir.
Rəfiqəm ərində tapmadıqlarını və başqa nələrisə ax­tara-axtara, özü demişkən, ərinin tanışına “ilişib” və son vaxtlar demək olar ki, bu ilişkinin qurbanına çev­rilib, bir sözlə, “yelbeyinlik” edib. Əvvəllər ara­la­rın­da olan dost-tanış münasibətləri başqa    mə­cralara yönəlib. Son vaxtlar onun uzun-uzadı söh­bətləri, hal və əhvalı, gündəlik yaşam tərzi də məhz bu kişinin üzərində qurulub. Bu kişi onu idarə edən, haldan-hala dəyişən mexanizmə çevrilib. Onun­­la aramızda olan bütün müzakirələr məhz bu adamın, mövzunun baş qəhrəmanı olan bu üçüncü şəxsin ətra­fında gedir. Əlbəttə, dil boğaza qoymadan  da­nışan, həvəslə bu əhvalatdan o əhvalata  keçən, an­caq rəfiqəmdir. Mən hadisələri kənardan seyr edən “ağıl­lı” və “soyuqqanlı” seyrçiyəm və başa düşürəm ki, bu qadın artıq bütün ortalıqda sərgilədiyi etiraf­la­rı ilə birlikdə sevdiyi  kişiyə uduzub. Bilirəm ki, o, zəif tərəf­dir, güclülər isə zəifləri sevmirlər, əksinə ram et­mə­yi xoşlayırlar. O da məlumdur ki, kişilər qa­dın­ların həsrətini real varlığından daha çox  sevirlər.
Ancaq bununla yanaşı mən həyatın yazılmamış qa­nunlarının yazılmış qanunlardan daha güclü və mən­tiqli olduğuna inandığımdan, eləcə də, özümə məx­­sus olan bir sıra genetik kodların təsirindən bəh­rə­lənərək, ürəyimdə ona haqq qazandırmaqdan da kənar qala bilmirəm. Ən azı səbrlə ona qulaq as­maqla, başımı yellədərək onun danışdığı əhə­miy­yə­tsiz şeyləri belə təsdiq etməklə güzəştə ge­di­rəm. Hərdənbir isə mənasız və heç bir məntiqi ol­mayan cümlələrlə sohbətə girişir, nə isə mı­zıl­da­nı­ram. Belə ucuzluq məni açmasa da,  düşünürəm ki, hər halda ta­m­a­mi­lə susub kənarda dayanmaq   düzgün olmaz.
Bir sözlə, qısa bir müddət ərzində mən bu qa­dı­nın sirr yoldaşına çevrilmişəm. O, bütün məlumatları hə­vəslə mənə ötürür və bu məlumatlar əsasında  bu kişinin üzünü görməsəm də, demək olar ki, onu əməlli-başlı tanıyıram. Doğrudur, rəfiqəm dəfələrlə mə­ni o kişi ilə tanış edəcəyinə söz verib və hər dəfə də öz qərarından  vaz keçib. Mən rəfiqəmin onu həd­siz dərəcə qısqandığını bildiyimdən bunu üzə vur­mamışam. Ancaq onun məlumatları əsasında bili­rəm ki, bu adam hamıya tanış olan mental cə­hət­lərə malik, necə deyərlər, orta statistik kişilərdən biri­dir. O, tanınmış şirkətlərin birində çalışır, yaxşı ya­şa­maq üçün dəridən-qabıqdan çıxır. Ortabab do­lan­sa da, dolanışığından narazıdır, tez-tez burdakı və­ziy­yətdən şikayətlənir, xaricə gedib daha çox pul qa­zan­maq, adam kimi yaşamaq, bir sözlə, həyatın hər­tə­rəfli dadını çıxartmaq istəyir. Gündə, heç ol­ma­sa, bir dəfə rəfiqəmlə telefonla danışır. Özü də za­ra­fat etməyi xoşlayır. O qədər maraqlı, məzəli əh­val­at­lar danışır ki, rəfiqəm onun danışdıqlarını dönə-dönə xa­tırlayıb, məmnunluqla təkrarlamaqdan yorulmur. Belə mə­qam­la­rda  ona qoşulur, gülməkdən uğunub ged­ir­əm. Rəfiqəmin ürəyini geniş şəkildə izhar et­mə­si­ndən onu da anlayıram ki, bu qadın onun var­lı­ğını illüziyaya çevirib, onu göylərdə axtarır, bu adam­­sa yerdə mövcuddur, lap yaxındadır. Belə uzun müd­dətli illüziyalardan sonra mövcud insanı tap­maq, olduğu kimi qəbul etmək isə çox çətin olur.
Rəfiqəmin məni özünə çəkməyinin bir səbəbi də  çox darıxan adam olmağımdan irəli gələ bi­lər. İnam­la deyə bilərəm ki, darıxmaq mənim həyat tərzimdir.
Həmişəki kimi bu istirahət günü də darıxıram, evdə oturmağa qə­ra­rım çatmır. Müxtəlif çeşidli mallar ilə do­lu vit­rin­lə­rə baxa-baxa küçələri gəzib dolaşıram və bu xobbimə özlü­yüm­də qiymət də ve­ri­rəm:” mənasızlığı mənasızlıqla öldür­mək!” Hün­dür binaların ətəyindəki ticarət mər­kə­zində adamlar qa­rış­qa kimi qaynaşır. Bu dəfə də marşrut­dan enib məm­nun­luqla bu qarışqa süfrəsinin qo­nağı oluram. Hə­vəs­siz-həvəssiz, bir neçə əşyanın qiymətini soruşuram. Qırımımdan mal almadığımı hiss edən satıcılar mənə soyuq və hirsli cavab verirlər. 
Elə bu anda rəfiqəm əl telefonuma zəng edir və  bazar sərgüzəştlərimə son qoymağa məcbur olu­­ram. O, məni təcili evə çağırır:
– Tez gəl eee... danışılası vacib sözüm var, ürə­yim partlayır.
Evə çatan kimi o, özünü mənə yetirir. Ma­raq məni boğsa da, özümü bir qədər təmkinli sax­la­ma­ğa çalışıram, bazardan, alış-verişdən söz salı­ram.
– Gör bir, vicdansız mənim başıma nə iş açıb. Bilir­sən də iki gündür telefonuma cavab vermirdi. Bu gün qəfildən mesaj yazıb, baxıb görürəm ki, başqa qa­dı­na yazıb. Dünən birlikdə imişlər, səhvən mənim nöm­rə­mə göndərib.
Gülməkdən özümü saxlaya bilmirəm. Rəfiqəm in­cik-incik üzümə baxır:
– İndi baxarsan, mən onun başına nə oyun aça­cam. Nə qədər zəng etsə də, cavab verməyəcəyəm. Bax gör, neçə dəfə zəng edib.
O, kişinin etdiyi zəngləri bir-bir mənə göstərir. Mən bilirəm ki, rəfiqəm bir qədər keçmiş, həmişəki ki­mi yenidən onunla danışacaq, özüylə bacar­ma­ya­caq.­ Bu artıq neçənci dəfədir. Mən zarafatla onun söz­­lə­rini təsdiqləyirəm. Ancaq oyüd-nəsihət ver­mə­yi də özümə borc bilirəm:
– Dəli olma, sənin ərin ondan yaraşıqlıdır, və­zi­fə­li­dir, hər cəhətdən üstündür.
O, heç nə anlamırmış kimi matdım-matdım üzü­mə baxır.
Rəfiqəmin yad kişiylə əlaqəsi uzandıqca, qonşu ar­­vadlar arasında gəzən pıçıltılar da böyüməyə baş­la­yıb və bu pıçıltılar tez-tez gəlib mənim də qulağı­ma  çatır.  Bilirəm ki, bu pıçıltılar özü də az şey de­yil, belə şeylər haqqında ancaq pıçıltı ilə da­nı­şar­lar, gözləməyə dəyməz ki, bu söhbətlər nə vaxtsa yüksəlib sə­sə çevrilsin. Bu o deməkdir ki, mən özüm də bir qə­dər ehtiyatlı olmalıyam, rəfiqəmgilə gediş-gəlişi  azaltmalıyam. Elə etməliyəm ki, qonşular onun­la yaxınlığımı o qədər də hiss etməsinlər.
Düzdür, bu hadisələrin birbaşa mənə aidiyyəti yox­dur, ancaq necə olsa rəfiqəmlə belə ünsiyyət mə­nə də etimadsızlığa gətirib çıxardar. Hər halda, mən ailə­li qadınam və haqqımda bu dedi-qoduların ya­ran­ma­sı yaxşı hal sayılmaz. Rəfiqəmdən fərqli ola­raq mən ehtiyat və qorxu hisslərimi hər an mü­ha­fi­zə­də saxlayıram, öz qoruyucu təbəqəmin çevrəsində ya­şa­mağa üstünlük verirəm.
Rəfiqəmsə bütün ehtiyatları unudub, kiminsə tə­rə­findən qulağına çatdırılaraq, məsələdən üstüörtülü şə­kildə agah edilmiş şübhəyə salınmış ərini də, əri tə­rə­findən məlumatlandırılmış anası və yaxşı vəzifə sa­hi­bi olan qardaşını və onun hədə-qorxularını da. Ev­də əsl müharibə başlanıb. Ürəyinə şübhə to­xum­la­rı düşmüş əri onu addım-addım izləyir. Qardaşı giz­­li eyhamlarla bir şey hiss etsə, onu öldürəcəyi ilə hə­­də­ləyir. Hələ anası... Əgər ciddi bir şey baş ve­rər­sə,   anası üçün bu ölüm deməkdir. Beləliklə, gizli şə­kil­­də əsl mübarizə gedir. Bu məsələnin qırılmayıb han­­sı­sa sonluğa doğru uzanmasının qarşısının hər vəc­h­lə alınmasında bu adamların hər birinin öz dip­lo­­ma­tik m­arağı var. Ehtimal olunan vahiməli son­luq əri üçün xoşagəlməz, məchul gələcək, qardaşı üçün qa­za­nıl­mış hörmətinin və kişilik nüfuzunun üs­tünə sa­lın­mış qatı kölgə, anası üçünsə ölənə qədər da­ş­ı­na­caq ağır iztirablı yük olacaq. Ancaq bütün bu güc­lən­miş və intensivləşmiş təzyiqlər rəfiqəmi yolundan da­­şın­dırmır. Onu tək qorxudan şey bu kişi tərəfindən bir gün atılması və unudulmasıdır. Mən onun göz­lə­rin­­də aşıb-daşan işığı açıq-aydın görürəm və bili­rəm ki, bu qadına bu  işıqdan o tərəfdə yol yoxdur. Olsa da, o yol adidən-adidir. Mən adilikdən oddan qor­xan kimi qorxuram.
Rəfiqəmin vəziyyəti ürəkaçan deyil, amma o ürə­yin­dəkiləri kimlərləsə bölüşə bilir. Bu sahədə hər­­dən ona paxıllığım da tutur. O, öz ürəyindəkiləri ne­cə asanlıqla danışa bilir?!
Rəfiqəmin bu ağır vəziyyətində,  insanlığa ya­raş­mayan, bəlkə də naqislik adlandırılacaq bir hə­rə­kət etmək qərarına gəlirəm. Düşünürəm ki, yavaş-ya­vaş, hiss etdirmədən ondan aralanım, aramızdakı əla­qə­lərə son qoyum.
Səhər tezdən o, məni yanına çağırır. Ərinin ax­şam dava-dalaş salmasından, qohumlarının onu dan­lamasından danışır, sonra göz yaşları içində pı­çıl­dayır:
– Mən onları heç vecimə almıram, əsas odur ki,  kişidən şübhələnmişəm, dünən onu bir tanışımla birlikdə görmüşəm. Əgər ürəyimdəki şübhə düz çıxsa  çətin ki, buna dö­zəm.
Mən məsələnin ciddi olduğunu görüb ba­car­dı­ğım tərzdə ona məsləhətlər, öyüd - nəsihətlər ve­ri­rəm, heç nəyin əbədi qalmadığı və ehtirasın sevginin tü­kən­di­yi yer olduğu haqqında moizələr oxuyuram.
– Mə­nim­ki ehtiras deyil, sevgidir,- deyə o, sa­yıq­la­yır­mış kimi öz-özünə mızıldanır.
Bu dəfə də mən heç nə an­la­mı­ramm­ış kimi onun üzünə baxıram.
Aradan bir müddət keçmiş rəfiqəm daha bir “ağır” xəbəri mənə çatdırır:
– O, sənədlərini hazırlayır, xaricə getmək istəyir.
Hiss edirəm ki, bu xəbər artıq ciddidir, onun əl-aya­ğı hər yerdən soyuyub. Kədərli səslə pıçıl­da­yır:
– Əgər mənə qarşı istəyi varsa, belə etməməlidir, lap elə gedirsə, məni də apara bilərdi.
– Tutaq ki, səni özüylə apardı, bəs uşaqların? –  bu dəfə qəti şəkildə hücuma keçirəm.
O, yazıq-yazıq üzümə baxır. Çıxılmazlıqda çı­xış yolu axtarır. Bu anda mən başa düşürəm ki, rə­fiqəm heç yerə  gedən deyil, çıxıb işə yolla­nır­am. Yolbo­yu beynimə düşmüş  dəli bir fikri ağıl­sızca­sına hey oyan-bu yana fırladıram. “İlahi nə­dən qadınlar uç­ma­ğı bacarmırlar?! Əgər uçmağı baca­rsaydılar yəqin ki, bu qadın çoxdan uçub bu dünyadan getmişdi”.
Sonra rəfiqəmin sevdiyi kişi haqqında uzun-uzadı düşünürəm. Fikirləşirəm ki, bu kişi də istəyinə çatmış başqa ki­­şilər kimi lovğa və ərköyündür, o da başqa kişilər ki­­mi itirdiyi marağı  özündə yenidən yaratmaq gü­cü­nə malik deyil.    
İşdən sonra  yenə də yolumu ticarət mərkə­zin­dən salıram. Ətrafda qaynaşan adamlar qayğılı və iş­gü­zardırlar, vit­­­rindən adi bir şeyi alarkən ciddi bir mə­sələni mü­za­ki­rə edirlərmiş kimi bir-birləriylə uzun-uzadı məs­lə­­hət­ləşirlər. Yataq dəstləri satılan yer­də yaşlı bir qad­ın dil qəfəsə qoymadan satıcı ilə elə hey mü­ba­hi­sə edir, üstü güllü  yorğan örtü­yünü dəfələrlə aç­dı­raraq o tərəf-bu tərəfinə tək­rar-təkrar baxır. Bir qə­dər naşı görünən cavan sa­tı­cı­ya yüksək əzm və inad­karlıqla başa salır ki, bəs bu örtüklərin gülləri, nə bilim hansısa butasının əy­rili­yinə görə bir-birin­dən fərqlənir. Bunlar mütləq cüt olmalı­dırlar, bir-bi­ri­ndən azacıq da olsa, fərq­lən­di­lər, heç nə, apar qay­tar. Örtüklərin eyni­liyini inad­la sübut etməyə çalışan sa­tı­ciya demək olar ki, vit­rin­dəki malların hamısını tök­dü­rüb-açdırdıqdan son­ra istədiyinə nail olan qa­dının sifətində elə bir qələ­bə təntənəsi dolanır ki, san­ki o hansısa fəht­edil­məz zirvəni fəth edib qayı­dıb. Aldıqlarını qoltuğuna vu­rub fərəhlə gülümsünən qa­dın, ətrafına toplaşmış ta­ma­şaçı kütləsini də sevin­ci­nə şərik etməyi unut­mur:
– Nəvəm üçün cehizlik alı­ram, bizlərdə belədir, gə­rək hər şey dəst olsun, özüm nəzarət edirəm, bir-bir.
Beynimi işə salıb bu yaş­lı qadını həyata bağ­la­yan həvəsin, şövqün kiçicik bir şifrəsini, hansısa ipu­cunu tapmağa çalışıram. Ta­pa bilmirəm, bəlkə də, tapmağa gücüm çat­ma­dı­ğın­dan məyuslaşıram, üzü­mə mənasız bir kədər qonur. Evə qayıdanda eşi­di­rəm ki, rəfiqəm özünə qəsd etmək istəyib və təsa­dü­fən onu xilas etmək müm­kün olub. Dərhal be­y­nim­dən keçirirəm:  “Demək ki­şi xaricə gedib”.
 Mən təngnəfəs xəstəxanaya, onun yanına qaçı­ram, palataya daxil oluram.
Rəfiqəm sakit halda çarpayıda uzanıb, əri  ba­­şının üstündə dayanıb əlini onun alnına qoyub. Uşaq­­ları, qardaşı və başqa qohumları da burdadır. Ha­­mı qayğıkeşdir, hamı ona nəvaziş göstərir. Mən ürə­­yimdə şükür edirəm ki, hər şey öz qaydasındadır,  süst və taqətsiz halda qarşıdakı stula çö­­kürəm.
Hər şey öz qaydasındadırsa, demək, hər şey elə­cə adidir, əgər adidirsə, demək heç nə yoxdur. Mən pal­tarımın üstündə, bədənimin açıq yerlərində qır­mı­zı yum­ru halqavari şəkildə fiqurlar əmələ gətirən gü­nə­şə tərəf boylanıram. Günəş od kimidir, bütövdür. Qar­­­şı­sına çıxan hər şeyi yandırmaq, qarsımaq istə­yir. İstər-istəməz mən də günəş üçün bir obyektəm və bu an  kənardan küt və laqeyd görünürəm. Gü­­nə­şin  məni isitməyə gücü çatmır.
Hər şey heç də göründüyü kimi deyilmiş... Hər şey göründüyü kimi deyil! 

Комментариев нет:

Отправить комментарий