16.08.2012

XIX əsrin mehriban həqiqət maşını: ziyalılar xalqın içinə necə girdilər?

Politoloq, tarixçi, Moskva Ali Məktəbinin professoru Vasili Jarkov “Xalq və rus ziyalılarının xalq barədə təsəvvürləri” adlı müharizə oxuyub. publika.az mühazirədən on ən maraqlı fraqmenti təqdim edir:

1. 1874-cü ildə Rusiyada hamımızın məktəb illərindən çox yaxşı bildiyimiz, mənim və dostlarımın üzündə gülüş yaradan bir hadisə baş verdi.
2. Bu, “xojdeniye v narod” - xalq içərisinə getmədir. Hətta bu adın özündə də gülməli bir şey var. Çünki  “getmə” (xojdeniye) rus ədəbi ənənələrinə görə bir tərəfdən müqəddəs torpaqları ziyarət deməkdir, digər tərəfdən bilinməyən ölkələrə səyahət. İstənilən halda bu, ya hansısa müqəddəsin toxunuşu, ya da hansısa çox ekzotik, naməlum bir şeyi öyrənməkdir.

Xalq heç də uzaq, naməlum ölkələrdə deyil, qonşu kəndlərdədir. Bundan başqa əgər ona diqqətlə baxsaq, onda heç bir müqəddəslik - filan tapa bilmərik. Amma məhz ora gedən insanlar haradasa bunu etməyə çalışıblar. Bu hərəkət etiraz aksiyası kimi qəbul edilmişdi, müxalif fikirli, savadlı gənclərin etiraz aksiyası. Və bu, hakimiyyətdə ciddi neqativ reaksiya yaratdı. Amma, xalqın içinə getməni başdan - sona qədər idarə edəcək, mərkəzi bir təşkilat yox idi. Yeganə az-çox güclü struktur Peterburqda yerləşən “Böyük propaqanda cəmiyyəti” idi ki, onların da proqramını Petr Kropotkin yazmağa çalışmışdı. Bu təşkilata təxminən yüz nəfər daxil idi. Bununla yanaşı Rusiya imperiyasının avropa hissəsində yerləşən müxtəlif şəhərlərində təxminən iki yüz kiçik dərnək də fəaliyyət göstərirdi. Beləliklə, bu insanların hamısı  şəbəkəli fleşmob kimi bir şey keçirdilər.
1874-cü ilin baharında əlaqə saxlamadan, fəaliyyəti tənzimləməyə kömək edəcək heç bir texniki imkan olmadan gənclər kəndlərə axın etdilər, kənd əhalisi ilə münasibət qurdular, insanlarla danışıb, onlara necə pis vəziyyətdə yaşadıqlarını başa salmağa başladılar. Bu aksiyada təxminən iki min, üç min insan iştirak edirdi. İştirakçıların 99%-i 20-25 yaşlı tələbə gənclər idi. (O cümlədən  XIX əsrin ortalarında xüsusi spesifik ziyalı dəstəsi də iştirak edirdi.) (?)
3. Onlar üçün ən qiymətli, vacib  mənbə, həmən dövrdə  mühacirətdə yaşayan rus inqilabçılarının, yaşlı nəslin publisistik  yazıları idi. Ən çox oxunanlar arasında 1874-cü ildə ölmüş Aleksandr İvanoviç Hersenin adı keçirdi.  O, 1861-ci ildə “Zəng qülləsi”ndə (“Kolokol”) bir  məqalə yazmışdı.  Həmin məqalədə tələbə və yarımtələbə  gəncliyə xitab edilmişdi.  Belə ki,Hersen gəncləri xalqa tərəf itələməyə çalışaraq : “Özünü orada ziyalı kimi göstər, xalqı dövlətə qarşı qaldır!”.-deyə yazırdı.
Sonrakı 13 il müzakirələrə sərf olunur  və bu müzakirələrə daha iki mühacir qoşulur. Onlardan biri Mixail Bakunin, avropa inqilabı proseslərini yaşayan professional inqilabçı idi. Bakunin deyir ki,  “rus xalqı- anarxist xalqdır və onların inqilabı üçün hər cür şərait var. Xalq çox pis yaşayır,sadəcə onu hər yerdə inqilaba çağırmaq lazımdır. Rusiyada inqilaba çağırmaq üçün daha çox yer tapılmalıdır, o zaman dövlətin və polisin eyni zamanda baş verən üsyanları yatırmağa gücü çatmayacaq. Nəticədə total puqaçovluq imperialist rejimi devirəcək və Rusiyada çoxdan gözlənilən inqilab baş verəcək.”
İkinci istiqamətə isə Petr Lavrov rəhbərlik edirdi. O da mühacir idi, ölkədən 1872-ci ildə qaçdığından Rusiyadakı vəziyyəti digərlərindən daha yaxşı bilirdi. O, xalqa müraciət imkanını ehtiyatla vurğulayır:  Lavrova görə, təbliğata başlamazdan öncə, insanlara nəyə can atmalarını izah etmək lazımdır... Həmçinin, insanları ayıltmaq işinə girişməzdən əvvəl, ilk növbədə özünütəhsillə məşğul olmalısan. Bu baxımdan lavrov sistemi iki etapdan ibarətdir: 1.Öncə  dərnəklərdə təhsilin səviyyəsini artırmalı; 2. Bu dərnəklərdə yetişdirildikdən sonra, xalqın  arasına girib təbliğat aparmalı.
Və nəhayət üçüncü istiqamət:
Bu istiqamət, çaykovçular arasında “Böyük propaqanda cəmiyyəti” çərçivəsində idi. Onun əsas tərəfdarı Kropotkin xatirələrində yazırdı ki, “ bəli, mühacirlər bizə çox böyük təsir göstərdilər amma biz həmişə müstəqil hərəkət etməyə çalışmışıq. Bu, üçpilləli sistemdir:“öncə özünütəhsillə məşğul oluruq, sonra kəndlilərin içindən çıxan işçilərlə yaxınlaşırıq, onlar kəndli simasında bizin translyatorlarımız olurlar. Üçüncü etapda isə xalqın içinə gedirik.”
 Bu üç strategiya ümumilikdə,bir fleşmob çərçivəsini əhatələyir.  Bütün insanlar bir ideya ətrafında birləşir:  Rusiyada inqilabı tezləşdirmək, feodal -mülkədar torpaq sahibləri ilə məsələni birdəfəlik çözmək.
4. Xalqçılar nə gözləyirdilər?
5. Bakuninçilər inqilabı payızda gözləyirdilər, 1874-cü ilin baharında onlar xalqın içinə gedir, üsyan dalğasını isə payızda alovlandırmaq istəyirdilər. Lavrovçular daha  ehtiyatlı olmağa çalışırdı, onların gözləntisinə görə üsyanın yetişməsi üçün hələ iki-üç il vaxt lazım olacaqdı. Lavrovçuların planına görə, bütün yayı təbliğat aparmalı,  iki -üç il daha sistemli  hazırlaşmalı və nəhayət xalq üsyanı başladılması ilə imperiyanın dağıdılmasını həyata keçirmək lazımdır.
Aydın məsələdir ki, göstərilən qiymətləndirmələrin  heç biri adekvat olmadı. Biz nə 1875-ci ildə, nə də 1877-ci ildə inqilaın şahidi olmadıq. Yalnız bircə şey görürük:
8 min adamı həbs edən hakimiyyətin panikalı, dəlicəsinə aktiv reaksiyası. Təbliğat məqsədilə çıxan iki min-üç min adamın əvəzinə, səkkiz min nəfəri həbs edirlər. Nəticədə 193 şəxs müttəhimlər kürsüsünə əyləşdirilir; 90-nı bəraət alır, 28-i katorqa işinə göndərilir, qalan minlərlə insan sürgün edilir. Burada bir mühüm məsələni də qeyd etmək lazımdır. “İnkvizator”  adlandırılan şəxsi- Petr Şuvalovu çar bu sözlərlə təqaüdə göndərir:  “Qərar  çıxardım ki, siz bundan sonra Londonda səfir olacaqsınız”. Daxili işlər nazirini bu cür istefaya yollayırlar.  Doğrudur, xalqçılar bunu anında hiss etmirlər, çünki, onların özlərini həbs edir, sürgünə göndərirdilər. Və bu, olduqca diqqətçəkən bir addımdır:  Xalqın içinə girmədən formalaşan hakimiyyət yerdəyişməsi.
6. Bəs xalq bu zaman haradadır və nə edir?
Xalqın içinə gedən üzvlərdən biri, məşhur xalq hərəkatı xadimlərindən Sergey Mixayloviç Stepnyak Kravçinski bir kəndli ilə görüşünü belə təsvir edir: “ Bir dəfə biz yoldaşlarla gedirdik. Bir kəndli kişi özünü bizə çatdırdı. Mən ona izah etdim ki, vergi ödəmək lazım deyil, məmurlar xalqı qarət edirlər, müqəddəs yazılarda da haqsızlığa qarşı  üsyan etməyin vacibliliyindən danışılır. ” Görürsüz necə ağıllıdır? Nəyə istinad edəcəyini bilir. Marksdan deyil, müqəddəs yazılardan misal çəkir. Hərəkatçı sözünə davam edir: “ Kişi atı qamçıladı, biz də addımlarımızı sürətləndirdik. O, atı qovmağa başladı, biz də dalınca qaçırdıq. Mən qaça-qaça, nəfəsim kəsilə-kəsilə ona vergilər və üsyan barədə danışırdım. Nəhayət, kişi atın başını buraxdı,  at çox da cəld olmadığından,   kəndlini var gücümüzlə maarifləndirdik...”
Kəndlinin reaksiyasına fikir verdinizmi? O, ümumiyyətlə  bu mövzuda söhbətlərə qulaq asmaq istəmir. O, hazır deyil.
Bir var dəqiq kəndli sifəti, bir də var mülkədar. Mülkədar mülkədar kimi danışır, mülkədar kimi geyinir.  Xalq geyimində olsa belə, qiyafətindən varlı olduğu görünür.  Bu adam bərabərlik haqqında danışmağa başlayanda kəndli deyir: “Eh, sahib, əldə beş barmaq var, axı  heç onlar da bərabər deyil. Siz necə bərabərlik haqda ciddi danışa bilirsiniz?” Tutalım, o adam lap elə  çar haqqında, vergi ödəməmək barəsində, fikir yürüdür , kəndli isə öz ağlında düşünəcək ki, deyəsən bu adam ya nağılbaz, ya da dəlidir.
Təsəvvür edirsiniz, rus kəndində yaz və yay nə deməkdir? Bu fasiləsiz iş deməkdir. Və məhz işin qızmar vaxtı hansısa adamlar gəlir və deyir ki, vergi ödəmək lazım deyil, təcili olaraq, müqəddəs kitabda yazıldığı kimi – (yəqin ki, kəndli heç onu da oxumayıb) -üsyan etmək lazımdır. Kəndli düşünür: “Nə etməli? Bu nəsə qəribə  işdir, bu adam bizim yanımıza başqa dünyadanmı gəlir?  Qoy hökumət özü bu məsələlərlə məşğul olsun. Ona görə də ilk ediləsi iş nədir? Polisə xəbər vermək. Polis onları aparıb dedikləri mövzuda söhbət edər, bizə  belə şey lazım deyil. Bu səbəbdən idi ki, xalqçılar ən çox məhz təbliğat apardıqları kəndlilər tərəfindən polisə təhvil verilirdilər.
7. Daha bir mühüm reaksiya- həmin vaxt aktiv formalaşan və əks ideya irəli sürən konservativ xalqçılığın yaranması: xalq ziyalılardan deyil, ziyalılar xalqdan öyrənməli. Xalq ruhən ziyalılardan daha təmizdir. Xalq bizim müqəddəslərə, bizim həqiqi pravoslav inancına daha yaxındır ona görə də bizim onları öyrətməyimizdən söz gedə bilməz. Biz onlardan öyrənməliyik.
Bu barədə ilk məqalə P.Ç imzası ilə yazılıb. ( Çox güman ki, bu konservativ xalqçılığın ideoloqu Petr Çervinski idi). Məqalə hakimiyyətin razılığı ilə 1875-ci ildə “Nedelya” jurnalında çap edilir. Xalqçılıq ideyası təkcə cəmiyyətin müxalif qisminə, odlu-alovlu inqilabçılara xas deyildi, bu həm də hakimiyyətə aid idi. Hakimiyyət, xalqa müxalif savadlı cəmiyyətin baxdığı nöqtədən baxır. O üzdən onlar arasında fərqli ideoloji nüanslar olsa da, danışıq əsasən eyni dildə aparılır.
Məncə siz xalqçılığın klassik Lenin tərifini xatırlayırsınız. Xalqçılığın üç əsas xüsusiyyəti : Rusiyanın xüsusi yolu, bu xüsusi yol əsasında icma, və bir də   ziyalıların rolu. Lenin bu üç şəraiti olduqca dəqiq ifadə edib, amma nə üçünsə onların yalnız inqilabi, sosial və anarxik xalqçılığa aid olduğunu göstərib . Gerçəkdə isə,  xalçılıq- həmin dövrün düşünən rus cəmiyyəti üçün daha geniş dünyagörüşü sayıla bilərdi. XIX əsrdə Avropada formalaşan  üç əsas ideologiya (sosializm, liberalizm və konservatizm) Rusiyaya gələndə xalqçılıq formasını aldı. Onlar hamısı bu üç punktu özlərində birləşdirmişdilər.
8. O ki qaldı Rusiyanın xüsusi yoluna, burada alman romantizmi ilə Hegel ideyaları xalq ruhunda birləşir. Tarixi millətin milli, xalq ruhu olmalıdır. Bu və ya digər dövlətin əsas  xüsusiyyəti ondan ibarətdir ki, onlarda milli ruh var, xalq isə bu milli ruhun empirik birliyidir.  Herçen icmanı təsvir edərkən bundan qaynaqlanır. O deyir ki, icma- rus tarixinin “əsas şəxsiyyətidir”, bir sözlə,baş subyektidir. Almanlar roma hüququ və feodalizmin köməyi ilə bu icmanı Qərbi Avropadan qova bildilər. Lakin biz slavyanlar, alman ekspansionizminə və pangermanizmə qarşı çıxdıq,deməli  öz  milli ruhumuzun yaranması üçün icmaların olması vacibdir, o cümlədən sosialist kommuna da buraya daxildir.
Görürsünüz nə gözəldir? Dünya iki min ildə müxtəlif  nailiyyətlər əldə etməkdədir, hüquq, mülkiyyət, idarəetmə və digər sahələrdə sürətli inkişaf  baş verir amma Rusiyada hələ də qonşu icması qalır. Almanlar artıq bu mərhələni aşıb-keçdilər. Lakin biz hələ də yerimizdə sayırıq!  Məhz buna görə, biz indi sosializmə keçəcəyik, yerimizdən durmadan Avropanı qovacağıq. Və  vaxtından əvvəl doğulan dəhşətli Avropa kapitalizminin problemləri də bizdən yan keçəcək.
Bununla yanaşı, Herçen bu icmanın bir sıra mücərrəd xüsusiyyətlərini də sadalayır. Herçenin fikrincə onun əsas yaxşı cəhəti marginalizasiya olmasının qeyri-mümkünlüyüdür, çünki icmanın içində hər bir üzvün öz payı, öz yeri var.
İkincisi: Herçen nədənsə belə hesab edir ki, icmanın hər bir üzvünün icma daxilində səsvermə hüququ var. İcma başçını seçir,  başçı məsul şəxsdir  və  icma daxilində özünüidarə hüququ saxlanılır.
Üçüncüsü: Burada rəqabət ola bilməz, çünki hər kəsin bərabər payı, ədalətli bölgü nəticəsində təmin olunmuş yeri var, ona görə də heç bir sosial problemə rast gəlinmir.
Bu planda Hersenin bir cümləsi daha çox xoşuma gəlir,  onu sizə oxuyacağam  da: “ İnsana torpaq payını verməklə, o (icma) onu hər tərəfli əziyyətdən xilas edir”. Əlbəttə, əgər torpaq varsa hansı baş ağrısı ola bilər ki...
9.  Gəlin baxaq, XIX əsrdə rus kəndində həyat necə idi...
10. Siz rus kəndində XIX əsrdən nə qədər sonra doğulmusunuzsa, bir o qədər bəxtiniz gətirməyib. Əvvəlcə siz hələ doğuşa qədər yaşamalı idiniz. Doğulan hər 1000 körpədən yalnız  450 körpə sağ qala bilirdi. Rus kəndində əhalinin çox hissəsi ölürdü. Məşhur xalqçı, iqtisadçı, rus kəndinin tədqiqatçısı Aleksandr Nikolayeviç Engelhart deyir ki, rus kəndlərində uşaq ölümü mal-qara ölümündən daha çoxdur. Amma bu hələ hamısı deyil.  Beş yaşına qədər uşaqların ölümü səviyyəsi çox yüksək idi. Gənc ana doğuşdan dərhal sonra, səsi çıxmasın deyə uşağın ağzına əmzik verib, yaşlıların qucağına ataraq işləməyə gedirdi. Təsəvvür edin ki, bu uşaq quzuları otarma yaşına çatanadək qədər evdə heç kimə maraqlı deyil. Kəndli ailələrində uşaqlar o zaman yaxşıdırlar ki, onların 16 yaşı var və onlar valideynləri ilə yanaşı işləyə bilirlər. 10 yaşlarında olan uşaqlarınsa heç bir faydası yoxdur.
18 yaşına çatan kimi kişi evlənməlidir. Niyə? Çünki kişinin ailəsinə arvad daxil olur və işçi qüvvəsi artır. Təbii ki, oğlan nə qədər tez evlənsə o qədər yaxşıdır. Qızları isə 20 yaşına qədər saxlamaq yaxşıdır, qoy heç olmasa ona qədər ailəsinə xeyir gətirsin.
Evlənmək yaşına çatmış uşaqların sayı nə qədər çox olsaydı, o qədər yaxşı idi.Çünki onların hesabına əlavə pay almaq olurdu. 20 yaşa kimi sağ qalmısınızsa, deməli hələ 32 il də yaşaya biləcəksiniz. Demoqrafik statistika belədir. 50 yaşınız  tamam olduqdan sonra, heç sahəyə də getməli olmayacaqsınız. Çünki sizin böyük uşaqlarınız var , onlar işləyib sizi təmin edə bilərlər. Bax budur, tam kəndli xoşbəxtliyi!
10. Kəndli dünyasının daxilindəki ierarxiya bir çox mühüm şərait üzərində qurulur. Kim kimi döyə bilirsə, o başçı olur. Ailə başçısı öz uşaqlarını, arvadını, hamını döyə bilər. Amma ona  yalnız nəzarətçi əl qaldıra bilər. Nəzarətçi isə yalnız uryadnik tərəfindən zora məruz qala bilər.  Uryadnikin kəndlinin gözündə əsas funksiyası:  “xalqı barışdırandır”.  Uryadnik nəzarətçini döyür, nəzarətçi ailə başçısını, ailə başçısı da öz oğlanlarını. O uşaqlar da öz növbələrində arvadlarını və  uşaqlarını əzişdirə bilərlər. Qadınlarınsa uşaqlardan başqa kimsəyə barmaq vurmağa belə ixtiyarları yoxdur.
Sən qadınsan. Mən səni niyə alıram? Çünki sən işləyə bilirsən. Sən kişisən. Mən sənə niyə ərə gedirəm? Çünki sən hündürsən, güclüsən, yaxşı yer şumlaya bilərsən. Kişi gözəlliyinin əsas göstəricisi hündür boy idi. Qadın gözəlliyinin əsas göstəricisi sağlam olması. Əgər sən bir balaca korlanmısansa, (pis işləyirsən, xəstələnirsən, tənbəlsən və ümumiyyətlə qəribəsənsə) onda valideynlərin sənə görə ödəniş etməlidir. Burada cehiz məsələsi ortaya çıxır. Əgər gəlin sağlamdırsa, cehiz məsələsi o qədər də önəmli deyil. Gəlinə paltar, cəhrə və ondan ayrılmaz bəzi əşyalar verilir. Əgər o işləkdirsə, əlavə xərclik ödəmək vacib deyil. Əksinə belə bir təcrübə var ki, ərin ailəsi gəlin üçün pul ödəyir, çünki o işçi qüvvəsi alır.
1900-cü illərdə gəlin üçün 7 rubl ödənilirdi.
İndi isə mülkiyyət məsələsinə keçək. Bir tərəfdən mülkiyyət anlayışı yoxdur. Lakin ayrı-ayrı məişət əşyalarına sahiblik hər bir ailə üzvünün  statusuna görə müəyyən edilir. Kişi ata, arabaya, çöl avadanlığına və  evə sahibdir. Qadının ixtiyarına isə ev əşyaları, pal-paltar, qab-qacaq və bu tipli  əşyalara sahiblik hüququ verilir . Bundan başqa, onların hər birinin yaşayış çərçivəsindən kənarda əlavə saxlancları ola bilərdi. Mülkiyyətçilik yaşayış problemi çözüləndə başlayır.
11. Belə bir fikir var ki, xalq qaranlıqdır, kordur, amma inanclıdır. Bu XIX əsrdə ümumi ziyalı təsəvvürüdür. Ona görə də xalqçı öz məqsədini əsaslandırmaq üçün müqəddəs yazılara istinad etməyə məcbur olur. Eyni şeyi konservativ xalqçılara da aid etmək olar.
Allaha qarşı münasibət belə idi: çox sürətlə xaç çəkilirdi, (bu funksional bir şeydir.) Allah kənarda olan gücdür. O cəzalandıra da bilər, bağışlaya da bilər. Ziyalı müşahidəçilər xalqda bu iki şübhəni görmüşdülər.
Əgər siz qeyri- stabil torpaq bölgüsünün olduğu şəraitdə yaşayırsınızsa, bir il məhsul olursa, o biri il məhsulsuzluq baş verirsə bu heç də həmişə sizin Allaha münasibətinizlə bağlı deyil, hansısa təbiət dövründən, fiziki hadisələrdən  asılıdır, amma siz bunu mifik inanclarla bağlayırsınız. Sizin düşüncənizcə, hər  bir kəndlinin evində damdabaca yaşayır, özü də peçin altında. Peçin üstündə isə  ailə başçısı yatır, deməli onun damdabaca ilə şəxsi əlaqəsi var...
Kilsə funksional xarakter daşıyır: o nikahı, doğuşu, ölümü qeydə alır. Onun həm də, psixoloji  sakitləşdirici funksiyası var, xüsusən qadınlar üçün. Ağır işdən yorğun qayıdan kişi isə, hansısa ayində iştirak etməyə bilər. Oğlan uşaqları adətən ibtidai təhsil alırlar və ölülərə dua oxuyurlar. Bununla da, bir gecəyə bəzən üç-beş qəpik qazana  bilirlər.
Digər tərəfdən, keşişlə icma arasında mübahisə normal hadisədir. İcmanın öhdəlikləri arasında kənardan göndərilmiş keşişi bütün maddi ehtiyaclarını ödəmək də dayanır. Budur, keşiş gəlib və onun saxlanması, məbədin qorunması eləcə də digər xərclər üçün hansı məbləğdə pul ödənilməlidir, o barədə danışıqlar aparılır. Yığılacaq məbləğ hər bir icma üzvünün cibindən çıxarılır. Bu hadisələrə baxanda anlayırsan ki, 1920-ci illərdə bolşeviklər, tozlu plaşlı komissarlar şeytandılar amma mərkəzi Rusiya kəndlisi heç də kilsədən dəyərli şeylərin oğurlanmasına qarşı deyil. Bəzən dəhşətli fikirlər yaranır: bəs kilsə kənardan gəlmiş yük deyilmi? Axı bura Şimali Amerikadakı protestant icması deyil!  Bu hansısa kənar tikintidir: Budur, mülkədar var, kilsə var, uryadnik var, qonşular var...
12. Semyonova-Tyan-Şanskaya belə bir əhvəlat danışıb: Bir  yetim qız bir mülkədarın evinə sığınır. (bu artıq təhkimçilik hüququnun ləğvindən sonraya, XX əsrin əvvəlinə təsadüf edir). Yetim təsərrüfat işlərində kömək edir, mülkədarın ailəsi onu yedizdirir, təhsil verir. Yetim qız böyüyür və özü kimi  yetim bir oğlana ərə gedir.Cütlük   pis yaşayır, həmişə cürbəcür maneələrlə üzləşirdilər.
Mülkədar isə yaxşı adam idi, özü bağda və sahədə işləyirdi, hesab edirdi ki, belə lazımdır. Mülkədarın onlara yazığı gəlir, kömək etmək məqsədilə qızın ərini yanında işə götürür. Bir dəfə onunla bağda işləyərkən mülkədar yetimdən soruşur ki, niyə kefi yoxdur. Cavabında yetim deyir ki, o zənginlərə, istismarçılara nifrət edir, imkanı olsaydı bütün zənginləri məhv edərdi və s. Mülkədar dəhşətə gəlir, amma gəncin sözlərinə fikir vermir.
Bir neçə gün sonra mülkədarın üç inəyi ölür,  taxıldöyən maşın qəflətən xarab olur. Heç kim boynuna almır, heç kim kimsəni satmır. Qışda isə zəngin kəndlilərdən birinin anbarı yanır və kənd camaatı həmin yetim gənci yaxalayır. Anbarı yanan kəndliyə oradaca xəbər verirlər ki, mülkədarın inəklərini öldürüb, taxıldöyənini xarab edən həmən bu gənc imiş. Hadisəni danışan Semyonova-Tyan-Şanskaya dəhşətlə qeyd edir ki, kəndlilər özlərindən olan gənci məhz onda satdılar ki, gənc onların malına toxundu. Mülkədarın təsərrüfatına zərər verəndə isə, hamı bir nəfər kimi susmuşdu...

slon.ru               Tərcümə etdi: Gülər

Комментариев нет:

Отправить комментарий