"Ya bu adamlar, doğrudan da, ciddi ədəbiyyatın nə olduğunu bilmirlər, ya da onun Azərbaycanda yaranmasını gözləri götürmür"
Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Teleqraf.com-a müsahibəsində AYO rəhbəri, yazar Aqşin Yeniseyin bu il də Milli Kitab Müsabiqəsini boykot etməsinə münasibət bildirib. Nigar Köşərli xüsusilə münsiflər heyətinə etiraz edən gənc yazarın barədə deyib: "Məncə, Aqşin ciddi olsa və yeni bir şey yaratsa, daha yaxşı olar. Bütün münsiflər əsərləri oxuyacaqlar. Axı bu həm də ədəbiyyat müsabiqəsidi. Bizim çox xoş niyyətimiz var və kimsə onu boykot edirsə, yəqin ki, o adamın özünə qarşı bir inamsızlığı var. Ya da başqa nəsə var. Məncə, biz ilk müsabiqədən bu günə kimi çox işlər görmüşük. Keçən il hamını Çingiz Abdullayev və Rəşad Məcid qıcıqlandırırdı. Bu il isə Qaraqanın üzərində dayandılar.
O zaman məndə belə bir sual yaranır ki, bəs Çingiz Abdullayevla Rəşad Məcid unuduldu? Düşünürəm ki, o fikirlərdə qeyri-səmimilik var imiş".
Yazar Aqşin Yenisey isə Teleqraf.com-a açıqlamasında yalnız Nigar Köçərliyə deyil, onunla bağlı tez-tez mətbuatda müxtəlif fikirlər səsləndirən Rəşad Məcidə də cavab verib: "Sözün açığı, məni ciddiliyə səsləyən Nigar xanımın, toyda, yasda yeri gəldi-gəlmədi məni içki düşkünü kimi təbliğ edən Rəşad Məcidin və yaxud əsərlərində bir-biriylə tapançalaşan yalançı dedektivlərdən başqa bir şey olmayan Çingiz Abdullayevin ciddi ədəbiyyat dedikdə nəyi nəzərdə tutduğunu anlamıram. Ya bu adamlar, doğrudan da, ciddi ədəbiyyatın nə olduğunu bilmirlər, ya da onun Azərbaycanda yaranmasını gözləri götürmür. Ciddi ədəbiyyat əgər onların düşündükləri və təbliğ etdikləri kimi, yalnız şəxsi münasibətlər zəmnində mükafatlandırılan ədəbiyyatdırsa, mən pas".
Aqşin Yenisey bildirib ki, öz yazdıqlarımı onların “saxta ədəbi tərəzisi” ilə ölçmək istəmir: "Burda pis nə var ki? Allah işlərini avand eləsin. Əgər onlar hesab edirlər ki, mən ciddi yazar deyiləm, içki düşkünüyəm, məişət pozğunuyam, olsun, mən razı. Qoy onlar ciddi olsunlar, namaz qılsınlar, nümunəvi ailə başçısı olsunlar. Görək axırda kim kimin ədəbi qəhrəmanına çevriləcək".
teleqraf.com

Комментариев нет:
Отправить комментарий