Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
Ərəb dünyasının qarışdırılması Azərbaycanda siyasi həvəslərə stimul verib. Eynilə Gürcüstanda, Ukraynada törədilən inqilablar zamanı Azərbaycanda mitinqlər keçirildi. Ancaq qısa müddətdən sonra sakitlik hökm sürməyə başladı. Fərq hər şeyi açıq göstərir. İstər Ukrayna və Gürcüstanda, istərsə bu gün ərəb dünyasında küçə aksiyaları başlayır və hakimiyyət dəyişikliyinə qədər davamlı olur. Çünki onların araxasında Qərb durur. Yəni Qərbin “hökm vermədiyi” tədbirlər davamlı olmur. İstənilən dövlət öz içində pərakəndə şəkildə keçirilən tədbirlərin qarşısını almağa qadirdir. Çünki zora əsaslanır, güc strukturları əlindədir. Ancaq tədbirləri Qərb başladanda əvvəl hakimiyyəti psixoloji basqı altına alır, onun amansızlığı, qəddarlığı haqqında sürətli təbliğatlar həyata keçirilir, kütləni ümidləndirən vasitələri hərəkətə gətirir.
Son anda hərbi müdaxilədən belə çəkinmir. Belə olanda müxalif cəbhədə bir araya gələ bilməyən, bölünən qüvvələr də küçə tədbirlərində fəallıq göstərib bir arada addım atmağa başlayırlar. Çünki Qərbin başlatdığı aksiyalarda “uduşun” olduğunu bilirlər. Və heç kim pay bölgüsündən kənar qalmaq istəmir. Xalqın hakimiyyət özbaşınalığına qarşı etirazlarına kölgə salmaq əlbəttə, səhv olar. Ancaq bu uduşda xalqın demək olar ki, heç nə udmayacağını bildiyimiz üçün kənar qüvvələr tərəfindən başlanan siyasi proseslərə sevinmirik. Xalqın öz içində yetirilməyən və Milli Azadlıq prosesinə qədər inkişaf etməyən əməlləri doğru yönəldilməyən enerji hesab edirik. Bəzən müxalif sayılan siyasi zümrələr hesab edirlər ki, yaranan vəziyyətdən yararlanmaq və ölkədə dəyişiklik yaratmaq olar. Biz isə hesab edirik ki, xalqda mütəşəkkil Qüvvə yaranmayıbsa prosesi xalqın xeyrinə yönəltmək mümkün deyil. Bir-birinə nifrət edən təşkilatlar, onların siyasi nümayəndələri Qərbin təsiri ilə bir araya gəlsələr də, fərqli mənafeləri onların vahid gücə çevrilmələrinə imkan vermir. Ən yaxşı halda onlar öz dövlətlərində Qərbdən pay almalı olurlar. Qərb bir-biriylə dil tapa bilməyənləri əvvəlcədən öz təbliğatçısına, icraçısına çevirir. Sabah bizim hakimiyyətimizə gəlməli adamlar xalqı bir araya gətirən müstəqil, qüdrəli şəxsiyyətlər yox, ələbaxan, buyruqçu siyasi kölələr olur. Xalq onlardan nə gözləməlidir?!
İstəkli oxucularımız, bizim məqsədimiz önə çıxmışlarımızı tənqid edərək aşağılamaq deyil. Eyni zamanda hakimiyyətin dəyirmanına su tökmək yanlışına da enmirik. Biz istəyirik ki, önə çıxanlarımız xalqımızın gücünə, qüdrətinə çevrilsinlər. Yalançı siyasi qələbə xatirinə növbəti onillərdə xalqın ümidini puça çevirmək olmaz. Əgər bu gün xalq qruplara bölünür, tayfaçılıq psixologiyası ilə təşkilatlanırsa, qrup rəhbərlərinin hakimiyyətə gəlişi nəyi dəyişəcək ki?! Önə çıxanları idarə edən Qərb də bu vaxta qədər hansı ölkədə sabitlik, əmin-amanlıq, firavanlıq yaradıb ki?! Milli şüurun inkişafı əvəzinə demokratik şüur icad elədilər. Və millət bölündü, parçalandı, həşirə düşdü. Əminliklə demək olar ki, Milli Azadlıq prosesi millətin özünə inamını artırar. Qərbin qoruduğu öndərləri əslində xalq qorumalı idi. Bunun üçün Qərblə işləyən öndərlər xalqla işləməlidir. Qərbə boyun əyməyin adını Qərblə əməkdaşlıq qoymaqla öndər yaranmaz..
Biz Qərbə qarşı deyilik, Qərbçiliyə qarşıyıq. Qərbçilik isə siyasi terror deməkdir. Bu, göz qabağındadır. Ona görə deyirik ki, hakimiyyət istəyən qüvvələr Qərbin oyunlarını gözardı eləməklə siyasi terrorun dünyanın halına maneəsiz yeriməsinə imkan yaradırlar.
Çox maraqlıdır. 90-cı illərdə Sovet rejiminin respublikalara müdaxiləsini müstəqilliyə qarşı olan əməl kimi pisləyirdilər. Ancaq indi Qərbin müdaxiləsindən ötrü dəridən-qabıqdan çıxırlar. Guya bu müdaxilə müstəqilliyi təmin edir?! Yaxud Azərbaycan iqtidarının Qərbi tənqid edən çıxışçılarının televiziya verilişləri müstəqilliyi qorumaq üçündür?! Bu günə qədər Qərbə hesabat verən İqtidarımızın nədən indi müstəqillik yadına düşə bilər ki?! Bunlar kifayət qədər çılpaq məntiqlərdir. Hakimiyyəti əldən verməyin təhlükəsini yaşayanlar vurnuxurlar. Bu cür narahat mövqeləri Azərbaycan naminə əməl saymaq yumşaq desək, ağılsızlıq olar. Bu gün Azərbaycan iqtidarı ABŞ-ı erməniyə yönəlik davranmaqda suçlayır. Əlbəttə, bu suçlamada dövlət naminə səmimilik görünmür. Əvvəla, ABŞ-ın erməniyə yönəlik davranışları təkcə yaxın tarixi götürsək, 20 ildir var. İkincisi, Rusiya erməniyə ABŞ-dan betər dayaqdır. Ancaq Azərbaycan iqtidarı hər zaman bəyan edir ki, Azərbaycanın Rusiya ilə həll olunmamış problemi yoxdur. Ona görə də ABŞ-ın adını erməniyə bağlı hallandırmaq milli maraqlardan deyil, hakimiyyətçilik maraqlarından irəli gəlir. Xalqın vətənçilik hissləri ilə dəllallıq eləmək yolverilməzdir. Millətin, Vətənin mənafeyini düşünmək, daşıdığı vəzifənin məsuliyyətini anlamaq gərəkdir.
Azərbaycan İqtidarının Rusiyaya meyillənməsi də təbii ki, Azərbaycanı Qərbdən qorumaq üçün deyil. Belə görüntü yaratmaq istəyənlər yanılırlar. Indi hər kəsə bəllidir ki, İqtidarda olanların əksəriyyəti siyasi varlıqları ilə Rusiyaya bağlıdırlar. Əgər onların Avropa banklarında pulları olmasaydı Rusiyanı hər mənada Azərbaycanın içinə buraxardılar.
Çox təəssüf ki, Azərbaycanın iqtidarı və müxalif təbəqəsi kənar qüvvələrə bağlılıqları ilə aralarındakı fərqi minimuma endiriblər. Ona görə də mübarizə milli inkişaf uğrunda deyil, hakimiyyət uğrunda gedir.
Müxalif təbəqənin nümayəndələri deyirlər ki, “demokratik dünya” İqtidarın əməllərini mənfi qiymətləndirir. Axı nə deməkdir demokratik dünya, kimdir “azad dünya”? Əslində “demokratik dünya”, “Azad dünya” anlayışları ABŞ-ın ağalıq əməllərinə örtük salmaq üçündür. Burada bir dövlətin dünyaya qarşı özbaşınalığını gizləmək oyunu var.
Biz yazmışdıq ki, hakimiyyətdə də, müxalifətdə də ABŞ-ın kadrı var, Rusiyanın kadrı var, İranın kadrı var, ancaq Azərbaycanın kadrı yoxdur. Ona görə də ölkədə mənəvi, siyasi anarxiyalar baş alıb gedir. Bununla da xalqın dövlətinə və özünə inamı aradan qalxır. Toplumla onu idarə edənlər, yaxud idarə etmək istəyənlər arasında qarşılıqlı güvəncsizlik, etimadsızlıq yaradılıb. Bunu həll eləmək isə Qərbçilik inqilabları ilə deyil, Milli Azadlıq mübarizəsi ilə mümkündür.
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!

Комментариев нет:
Отправить комментарий