04.09.2012

Mənim torpağımdır gözə alınan


Surxay SULTAN

Naxçıvanda yol tikintisi ilə məşğul olan, PKK ilə əlaqəsi şübhə doğurmayan, Türkiyəyə məxsus şirkətin işçiləri Ərəfsə kənd qəbristanlığının bir hissəsini dağıdıb, üzə çıxan insan sümüklərini məzarlıqdan kənar bir çalaya töküblər... 

Gördü bəd əməlin mərdiməzarlar,
Bir anda yarıldı bağrı torpağın.
Dağıldı, söküldü köhnə məzarlar,
Haray bizim oldu, ağrı torpağın.

Sonra gözdən uzaq adi çalada,
Üst-üstə qalandı qol, qıç, kəllələr.
Belə cəhd göstərir məni alçalda,
Belə at oynadır yurdda gəlmələr.

Adi bir olaymı? İblis hökmüdür,
Mənim torpağımdır gözə alınan.
Mənim dünənimdir, mənim kökümdür,
Mənim kimliyimdir balta çalınan.

Babamın sümüyün bir əşya kimi,
Əzib keçən gəda, küçə gədası.
Kim ki, insanlığın oldu qənimi,
Onun insanlığa yox iddiası.

Bu gün qanunların yanından ötdün,
Yox, bunu götürməz Allah da, din də.
Tanıdım, zənn etmə üzünü örtdün,
Haqqın, ədalətin divanı öndə.

De axı sən kimsən, de hansı haqla,
Mənim varlığıma kəsildin qənim?!
Get keçmişini bir də soraqla,
Sənin zatına da şübhəm var mənim.

Sənə yer vermişəm, günahım da var,
Bu yerlər mənimdir, sən gedəcəksən.
Dünənim, bu günüm, sabahım da var,
Sən özün özünü məhv edəcəksən!

Комментариев нет:

Отправить комментарий