14.09.2012

Qaçqın qızlar üçün sıraya düzülüblər

haberSuriyalı qaçqın qızlar zəngin ərəb şeyxlərinin hədəfində

İslamazeri.az İnternet Qəzetinin "newshaber"-ə istinadən verdiyi xəbərə görə, Suriyada 18 aydır davam edən terrorçuların iğtişaşları və təhlükəsizlik qüvvələrinin də bu iğtişaşları yatırmaq üçün keçirdiyi əməliyyatlarda Azad Suriya Ordusunun canlı qalxanına çevrilmək istəməyən, qaçaraq qonşu ölkələrə gedən suriyalı qaçqınlarıın vəziyyətləri gündən günə daha da pisləşir.
Bəzi ərəb KİV-ləri qoca ərəb milyonçularının İordaniya başda olmaqla, Livan və Türkiyədəki düşərgələrdə yaşayan suriyalı qızları nağd pulla satın aldıqlarını yazır. Hər qıza görə ödənilən məbləğin 125 dollarla 250 dollar arasında dəyişdiyi yazılıb.
Xəbərlərə görə, zorla ərə verilən qızlar arasında çoxluğu 10-15 yaşında olanlar təşkil edir.

Suriyalı qaçqın qadınlardan bəziləri də euronews müxbirinə bildiriblər ki, "ərəb baharı" onlar üçün "ərəb əzabı" olub.
İngiliscə dərc olunan ərəb qəzeti "The National"-da bildirilir ki, bir çox yaşlı Səudiyyə şeyxləri qaçqın ailələrin bu vəziyyətindən istifadə etməyə çalışır.
"The National"-ın yazarı Hassan Hassan da dünənki köşəsində diqqəti bir daha bu məsələyə yönəldib:"Bu varlı ərəblər, evlənəcəkləri suriyalı azyaşlı qızları tapmaq üçün əvvəlcə internet vasitəsilə əlaqələr qurur, bəyəndiyi xarici görünüşlü qızları tapdıqdan sonra isə qaçqınların yaşadığı həmin düşərgəyə yardım aparmaq adı ilə gedirlər. İnternetdə bütün bunları təsdiq edəcək dəqiq məlumatlar var."
"Əl Qüds" Qəzetinin baş redaktoru Abdulbari Atvan isə Türkiyədəkı və İordaniyadakı suriyalı qaçqınların düşərgələrində olan vəziyyəti "Biabırçılıq, rəzalət!" başlıqlı yazısında diqqətə çatdırır: "Suriyalı qaçqın düşərgələrində azyaşlı qızlara edilən təcavüzlər artıq gizlədilə bilmir. Suriyada hökumətlə vuruşan muxaliflər vaxtaşırı bu düşərgələrə qayıdır və istirahət edirlər. Həmin təcavüz halları da əsasən onların düşərgələrə gəldikləri vaxtlara təsadüf edir.  Türkiyənin Qaziantep vilayətindəki bir qaçqın düşərgəsində əxlaqsızlıq yuvasının fəaliyyət göstərməsi aşkar olundu. Bu isə əsl rəzalətdir. Əsədlə vuruşan mücahidlər adlandırılan müxaliflər əxlaqsızlıq yuvasında pis vəziyyətdə yaxalandılar. Səudiyyədən, Qətərdən, Dubaydan gələn ərəblərin özləri üçün qız satın alıb aparmaları da başqa bir biabırçılıq məsələsidir..."

Комментариев нет:

Отправить комментарий