15.09.2012

Qaxda tarixi əşyalar tapılıb

Qaxda tarixi əşyalar tapılıbQaxın Lələli-Torpaqqala yaşayış məskənində və Lələli nekropolu ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı 10 müxtəlif məişət əşyası aşkar edilərək rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib.
Bu barədə muzeyin direktoru Mahir Əfəndi məlumat verib.
M.Əfəndinin sözlərinə görə, Lələli kəndi yaxınlığında yerləşən, eramızdan əvvəl I minillikdən eramızın XVII əsrinədək olan tarixi dövrü əhatə edən “Lələli-Torpaqqala” yaşayış məskənində və Lələli nekropolu ərazisində arxeoloji kəşfiyyat işləri aparılarkən ərazidən 10 ədəd müxtəlif məişət əşyası aşkarlanıb.

Arxeoloqlar maddi-mədəniyyət nümunələrinin muzeyin əsas fondunda nümayiş etdirilməsinə qərar verib. M.Əfəndi bunların Yaloylutəpə mədəniyyətinə (eramızdan əvvəl III-I əsrlər) aid edilən üçayaqlı vazalar, novalça boğazlı gil qablar, içərisi cızma xətlərlə naxışlanmış boşqab və digər əşyalardan ibarət olduğunu bildirib.
Qeyd edilir ki, tapılan  məişət əşyaları həmin ərazidə yaşayan əhalinin oturaq həyat sürdüyünü, əkinçilik və maldarlıqla məşğul olduğunu sübut edir.

Gün.az

Комментариев нет:

Отправить комментарий