Zümrüd Yağmur
Ölkənin siyasi həyatında bir canlanma olan kimi Qərbdən gözləntilər aktuallaşır. Son vaxtlar yenə vərdiş etdiyimiz ritorika ilə “nəyi gözləyirlər, niyə bu qədər dözürlər?” söhbətləri kütləviləşir. Xüsusi ilə müxalif düşərgədə olan sadə insanlar üçün bu mövzu az qala hər kəsin yaralı yerinə çevrilib. Qərbin ölkəmizdəki proseslərə münasibəti cəmiyyətimiz üçünsə siyasi mübarizəyə inamsızlığın əsasına, bəlkə də bəhanəsinə çevrilib. İnsanlar Qərbin hər seçki ərəfəsi təzyiq edib istədiyini alandan sonra müxalifəti meydanda tək buraxıb iqtidarın saxtakarlıqlarına, zorakılığına loyal münasibət bəslədiyi qənaətindədirlər. Bu yanaşma cəmiyyətimizdəki siyasi süstlüyün və dəyişikliklərə inamsızlığın səbəbləri sırasında ilk yerlərdə durur desək yanılmarıq.
Əvvəla Qərbdən gözləntilərin doğrulmamasından da ciddi problem Azərbaycan ictimai rəyinin və mübarizə əhval-ruhiyyəsinin Qərbdən son dərəcə asılı vəziyyətdə olmasıdır. Əslində bu asılılığın yaranmasında müxalifətin də günah payı var. 1993-cü ilin iyun qiyamından sonra Azərbaycanda avtoritar rejimə qarşı mübarizə ilə bərabər həm də Rusiyanın Qafqazla bağlı iddialarına qarşı Qərbin müdafiəsi və təbliği aparılırdı. Bu təbliğat isə Moskva kultundan yenicə qurtarmış ictimai şüurdakı boşluğu Vaşinqton kultu ilə doldurdu və xalqda müəyyən arxayınlıq yaratdı. Müxalifət də insanları mübarizəyə səfərbər etmək məqsədi ilə o zamanlar ABŞ Dövlət Departamentinin adi deklorativ bəyanatları ətrafında ajiotaj yaradan təbliğatla dünyanın Azərbaycandakı rejim dəyişikliklərinə dəstək verdiyinə inam aşılamağa çalışırdı. Lakin illər keçdi və bəlli oldu ki, bu tip bəyanatlar arxasında əməli iş və dəstək durmayınca heç nəyə yaramır. Aydın oldu ki, deyilənlərin əksinə olaraq Qərbin bəyan olunmuş dəyərləri geopolitik maraqlardan sonra 3-4-cü sırada yer alır. Hakimiyyət də bundan yararlanaraq Qərbin birinci və ikinci sırada duran təhlükəsizlik, enerji maraqlarının təminatına imkan yaradıb daxildə demokratiya məsələsində təzyiqləri gücləndirmək üçün “kart blanş” aldı. Demokratik qüvvələrin Qərb dəyərlərinə inamı həm də Qərb dövlətlərinin öz dəyərlərinə sahib çıxacağına ümiddən doğurdu, amma hər saxtalaşdırılan seçki Qərbə qarşı xəyal qırıqlığı, kütləvi məyusluqla müşahidə olunurdu.
Bu gün gəldiyimiz nöqtədə isə Qərbə əvvəlki səmimi inam olmasa da yanlış olaraq belə təsəvvür hələ də hakimdir ki, Qərbin dəstəyi olmadan demokratiya uğrunda mübarizələrin qalib gəlməsi mümkün deyil. O səbəbdən də Qərbə qarşı yaranmış etimadsızlıq həm də mübarizənin perspektivinə münasibətdə inamsızlıqla müşahidə olunur. Halbuki, Misirdə Təhrir meydanında etiraz aksiyalarının başladığı ilk günlərdə ABŞ Dövlət Katibi Hillari Klinton Mübarək iqtidarı ilə müttəfiqlikdən və birgə işləmək istəyindən danışırdı. Lakin xalqın iradəsi və mübarizəni israrla davam etdirməsi ABŞ başda olmaqla, digər Qərb dövlətlərinin xalqı dəstəkləməsinə səbəb oldu.
İndi oturub gözləsək ki, Qərbin iqtidara təzyiqləri cəmiyyətimizdə ruh yüksəkliyi yaradacaq və bu da insanların kütləvi surətdə mübarizəyə qoşulmasına təsir göstərəcək, bu, yanlış olardı. Çünki Qərb ilk növbədə bizim cəmiyyətimizin mübarizə əzminə baxaraq mövqeyini müəyyənləşdirəcək. Düzdür, son illər iqtidarın korrupsioner fəaliyyəti və insan haqlarını boğması ilə bağlı Qərbdə çox böyük kampaniyalar aparılıb və bütün bunlar ölkəmizdə baş verən proseslərə münasibətdə özünü müsbət anlamda hiss etdirir. Təkcə onu deyək ki, ABŞ-ın yeni təyin olunmuş səfiri Morninqstarın H.Əliyevin heykəli qarşısındakı təzimi öz ölkəsində ciddi etirazlara səbəb oldu. Bu da onu göstərir ki, dünya ictimai rəyi hazırkı iqtidara münasibətdə həssasdır və Qərb dövlətləri də əvvəlki kimi loyallıq göstərmək imkanında deyillər. Ancaq bu münasibət hələ ölkəmizdə gedən demokratik proseslərə açıq və birmənalı dəstək verilməsi, rejim dəyişiklikləri ilə bağlı ssenarilərin həyata keçirilməsi istəyi ilə ifadə olunmur.
Ona görə də 2013-cü ilə hazırlıqla bağlı əsas məsələ ilk növbədə cəmiyyətimizdə özünə inam yaradılması və Qərbdən gözləntilərin aradan qaldırılmasıdır. Elə Qərbin dəstəyinə nail olmağın da ən optimal yolu bir xalq olaraq özümüzə inanmaqdan keçir.
musavat.com

Комментариев нет:
Отправить комментарий