18.09.2012

Şəhriyar Del Gerani - Adsız

başımı qatmışam gülüşlərinnən,
əcəb dolaşdırıb bu xəyal məni…
saçının küləyə gələn yerinnən,
arabir sığal çək,yada sal məni…

hələ sən gedəli qolum qurudu,
itimiz də öldü,yoxdu xəbərin…
qonşumuz Gülbacı nənə var idi,
onu da bu payız yağış apardı…
dalıyca ağlayan kimsəsi yoxdu,
təkcə şüşəbənddə durub boylanan,
yağqabı dibçəklər yoldu gülünü,

mən də yasa batıb saqqal saxladım…
mənə hamı güldü…yoxdu xəbərin.
Hələ sən gedəli qolum qurudu,
itimiz də öldü,
yoxdu xəbərin…

gəlib xatirələr ayağıyalın,
döyər gah qapını,gah pəncərəni,
gözləri üşüyən kor çəkməçiyəm,
bircə pərdəni çək…gör utan məni…
bu iki gözümnən sənə baylanan,
hansısa özünnən xəbər al məni…

Комментариев нет:

Отправить комментарий