Səməndər Mənsim oğlu Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. Aktyorluqla rayondakı dram dərnəyində məşğul olmağa başlayıb. Azərbaycan Dövlət tetar İnstitutunun aktyorluq fakultəsində təhsil alıb (1964-1968). Sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Ədil İsgəndərov və başqaları olub. Hələ tələbəliyin ilk kurslarından televiziyadakı çıxışları ilə qiraət ustası kimi sevilib. Klassik Azərbaycan şairlərinin demək olar ki, hamısından nümunələr söyləyib. Ömrünün sonunadək radionun “Bulaq” folklor toplusunun Bulaq Dədəsi olub. Son kurs tələbəsi Səməndər elə ilk rolundan kollektivin, teatr ictimaiyyətinin və tənqidin nəzərini cəlb edib.
O, institutu bitirməmiş teatr yaradıcı heyətinin üzvü olub. Tez bir zamanda repertuardakı ən mürəkkəb janrlı tamaşalarda əsas ifaçıya çevrilən Səməndər Rzayevin istedadında “ölçü”, “hədd” yox idi. O, hər tipli personajı asanlıqla özünün yaradıcılıq üslubuna uyğunlaşdırırdı.
Milli və dünya klassiklərindən Hüseyn Cavidin “Xəyyam” (Xacə Nazim), “Knyaz” (Knyaz), “İblis” (İbn Yəmin), Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəlişah” (Hatəmxan ağa), Səməd Vurğunun “Vaqif” (Vaqif), “İnsan” (Valentin), Mirzə Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” (Fazil Küleyni), Cəfər Cabbarlının “Aydın” (Balaxan) pyeslərinin tamaşalarında müxtəlif xarakterli rollarda çıxış edib.
Aktyor “Uşaqlığın son gecəsi”, “Babamın babasının babası”, “Od içində”, “Babək”, “Bəyin oğurlanması” və digər bədii filmlərdə epizod və aparıcı obrazlara çəkilib.

Комментариев нет:
Отправить комментарий