ASTARA GÖMRÜYÜNDƏ RÜŞVƏTXORLUQ TELEFONLA ÇƏKİLİB
Narazi vətəndaş Hikmət Məmmədovun idarəsindən şikayət edəcək
«Dünən uzun müddətdir ki, ürəyindəki problemlərdən əziyyət çəkən qardaşımı İrana aparmaq istəyəndə, Astara gömrükçüləri tərəfindən təhqir olunmuşam». Bu ifadə dia.az-a şikayət məktubu ilə müraciət edən Bakı şəhər sakini Allahverdi Səmədova aiddir.
Narazı vətəndaş bildirir ki, bir həftə Astarada qalmaq məcburiyyətində qalsa da, müxtəlif bəhanələrlə xəstə qardaşının İrana keçməsinin qarşısı əngəllənib: «Gah sənədlərimdə süni problem çıxardılar, hansı ki onu da həll etdim, gah da ümumiyyətlə, məni niyə Azərbaycandakı həkimləri qoyub, İrana getməyimlə bağlı sorğu-suala çəkdilər. Amma əvvəldən də bilirdim ki, onların marağı puldur və mən də pul vermək fikrində deyildim».
Narazı vətəndaş bildirir ki, daha səbri daşdığından və həm də qardaşının vəziyyətinin heç də ürəkaçan olmaması səbəbindən nəhayətdə Astara gömrükçüləri ilə bazarlıq etməli olub: «Məndən əvvəlcə 200 manat istədilər. Mən də pulumun az olduğunu və hələ xəstəyə müalicənin neçəyə başa gələcəyini bilmədiyimi söylədim. Bundan sonra gömrüyün Elşən adlı əməkdaşı məni təhqir etdi. Mən yenə də heç nə demədim və qardaşımın xətrinə hər şeyi uddum. Sonda 100 manat (adambaşına 50 manat) verib, qardaşımla İrana keçdim».
Redaksiyamızın elektron poçtuna daxil olan şikayət məktubunda narazı vətəndaş bildirir ki, bu rüşvətlə bağlı Bakıya dönəndən sonra müvafiq dövlət qurumlarına rəsmən şikayət edəcək: «Mən pulu verəndə, hər şeyi telefonumla çəkmişəm. Əlimdə dəlil-sübutum var».
Onu da bildirək ki, Astara gömrük idarəsinə «Rokfeller» ləqəbli Hikmət Məmmədov rəhbərlik edir və bildirilənə görə, Bakı Baş Gömrük İdarəsinə rəis gəlmək istəyən Hikmət Məmmədov birbaşa olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun himayəsi altındadır, hətta bir ara onun Qubaya icra başçısı getmək niyyətinin olduğu da söylənilirdi.

Комментариев нет:
Отправить комментарий