Günel Eyvazlı
Xəfif gülüş. Ağ, bənzərsiz, sədəf kimi ağaran dişlər. Süni qonaqpərvərlik, demokratiya və azadlıq.
Amerika sizi təbəssümü ilə qarşılayır, qonaqpərvərliyi ilə heyran edir, demokratiya və azadlıq kimi məfhumlar başınızı döndürür.
Yəqin Ameirka tarixini çox gözəl bilirsiniz. Mən yenədə xatırladım. Bu qitə hələ Miladdan əvvəl 34-cü minilliklə 30-cu minilliklər arasında dövrünün ən yüksək çağlarında dünya sularının kontinental buz qatından ibarət idi. Amerikaya gəlib çıxan ilk insanlar, demək olar ki, özləri də yeni qitəyə keçdiklərini bilməmişdilər.
Şimali Amerikada ilk ingilis məskənlərinin salınması XVII əsrin əvvəllərinə aiddir.
İngilislər torpaq uğrunda mübarizəni torpaqların əzəli sahibləri olan hindularla aparırdılar. O vaxtlar Atlantik okeanı ilə Missisipi çay arasındakı torpaqlarda 200 minədək hindu yaşayırdı.
1860-ci ildə prezident seçkilərində Respublikaçılar partiyasından Avraam Linkoln prazident seçildi. Gerisini isə hamımız çox gözəl bilirik.
Səslənməsinə öyrəşdiyimiz bir kəlmə həmişə qulaqlarımda cingildəyir. “Bir xalqı məhv etmək istəyirsənsə, ilk növbədə dilini məhv et”. Mən artıq bu deyimlə razılaşmıram. Niyə ? Çünki, bir xalqı məhv etmək üçün düşüncəsini, psixologiyasını mənimsəmək kifayətdir. Sən ona istədiyin idealogiyanı dəbdəbəli şəkildə təqdim et, o da istədiyin şəkildə həzm edəcək.
Azərbaycan gənci ucuz, amma, təhlükəli vertual dünyanın əsirinə çevrilib. Vaxtımızın çoxu bu aləmdə keçir. Üstəgəl ac şərqli təfəkkürümüz, saytlarda yayımlanan porno görüntüləri izləməkdən doymur. Yeniyetmələrin, gənclərin buna alüdə olması, bizi hər gün gələcək təhlükəyə yaxınlaşdırır. Bu Amerikanın və ümumilikdə qərb dünyasının üzərimizdə keçirdiyi birinci təcrübədir.
İkinci – fobiya əməliyyatı. Az qala bütün Hollivud filmlərinin mənfi obrazları, saqqallı, qara dərili insanlardır. İstər-istəməz, belə insanları gündəlik həyatımızda görəndə mənim də ətim ürpəşir. Demək Amerika bu fobiyanı formalaşdırmaqla daha bir gizli planını həyata keçirir.
Bizə maraqlı deyil nə olub, bizə maraqlıdır nə olacaq?
Hər bir Amerikalı belə düşünür. Hər gün tarix dəftərinə yeni fəthlərini yazan, zəbt edilmiş Şərq torpaqları, dünyanın ortasına doğru irəliləmək, gələcək tarixi indidən yazmaq amalı Amerika siyasətidir. Ehtiyatlı olun Amerika gülər üzü ilə Sizi də zəbt edir. Övladlarınızı, atanızı, ananızı. Necə? Bunu özünüz fikirləşin. Deməyə ehtiyat edirəm.
Yadımdadır, Barak Obama hakimiyyətə gəlmə öncəsi bütün şərq dünyası, qara dərili insanlar sevinirdi. Politoloqlarımız ümidverici proqnozlar söyləyirdilər. Qara dərili Obama, dünyanı ağ günə çıxardacaqdı. Amma, nə oldu ?
Az qala Hollivud aktyorlarına məxsus şouları ilə dünyanı barmağına dolayan Obama bir büt kimi kreslosunda əyləşib. Onun yerinə Ameirka siyasəti öz işini görür və bu siyasət ruslara Pyotordan miras qalmış Vəsiyyətindən heçdə geri qalmır. Demək , Amerika Obamanı hakimiyyətə gətirməklə, bizdə bu da mümkündür demək istəyir. Saxta Amerika, irqi ayrı-seçkiliyin olmamasını, hər şeyin demokratik dəyərlər çərçivəsində cərəyanını dünyaya bəyan edir.
Sən düşünmə, mən sənin yerinə düşünəcəyəm.
Mənəviyyatını unut.
Həyatı - mən sənə göstərdiyim kimi dərk et.
Mənim ayaqqabımı geyin, mənim yerişimi yeri, amma, mən olma.
Maddi sıxıntın olduğu anda, bütün yollar keçərlidir. Baxmayaraq sən kişisən, yoxsa qadın.
Qan tökməkdən qorxma. Hətta ən yaxınlarını öldürməklə qəbahət etmirsən.
Valideynini sevmə.
Dünya beş günlükdü, kef elə.
Hər gün baxdığımız filmlər, mahnılar, rəqslər, reklam çarxları gizli kodlarla psixologiyamıza yuxarıda sadaladıqlarımı diktə edir. Hər gün sən də, mən də sanki havalıyıq kimi bu dünyanın üzərində yeriyirik. Öldürülmüş məsum körpələr, aclığa məhkum olmuş qara qitə hər gün, hər gün sənin gözünün önündədir. Bir an yazığın gəlir, psixikana təsir edir. Sonra öyrəşirsən, etinasız yanaşırsan. Ölüm gözündə adiləşir.
Bu gün Azərbaycan əhalisinin 90 faizi psixiki gərginlik içindədir. Hamı əsəbidir, hər gün ailə zəmnində baş vermiş hadisələr, bıçaqlanmalar, güllələnmələr həyəcan təbili çalmağımızın vaxtı gəldiyini söyləyir.
Ən son keyfiyyətli qidalar, dəbdəbəli bağlamalarda mağazalarımızın vitrinlərini bəzəyir. Geni dəyişdirilmiş meyvələr, tərəvəzlər qidamız olur. Uşaqlarımıza bu nemətləri guya çox istədiyimizdən alıb yedizdiririk, onları hər gün ölümə daha da yaxınlaşdırırıq.
AMERİKALILAR HİND TOYUĞUNU NİYƏ SEVİRLƏR?
Əgər ayrı-ayrı xalqların müxtəlif heyvanları özləri üçün əziz və müqəddəs saydıqlarını xatırlasaq, onda amerikalılar üçün belə bir canlının hinduşka olduğunu qətiyyətlə söyləmək olar.
Çünki ən əziz bayram günlərində hər bir Amerika ailəsinin süfrəsinin bəzəyi hind toyuğu - «hinduşka» olur. Birləşmiş Ştatları müstəqillik qazandıqdan sonra dövlət gerbi haqqında məsələ müzakirə olunarkən başqa təkliflərlə yanaşı, gerbdə «hinduşka»nın təsvirinin vedilməsi barəsində də təklif irəli sürülüb.
Hinduşqanı elə-belə xatırlatmadım. Amerika dünyanın o üzünü də, bu üzünüdə qızardıb. Bircə yeməyi qalıb. Ağ, sədəf kimi parıldayan, üzünüzə sünii səmimiliklə gülümsəyən Amerika təbəssümünün, bir gün sizi də parçalayacağına əhəmiyyət verin. Bu dişlərin altında əzilib, yeyilmək istəmirsinizsə, oyanın. Oyanın ki, düşüncəniz, psixologiyanız Amerikalıların qidası olmasın. Yoxsa iştahla yeyiləcəksiniz.
gunel-eyvazli84@mail.ru birlik.az

Комментариев нет:
Отправить комментарий