08.01.2013

Azərbaycan bayrağı traktorla daşındı – Təhqir


Azərbaycan bayrağına qarşı hörmətsizliyi əks etdirən daha bir fotofakt ortaya çıxıb.
“Qafqazinfo”nun məlumatına görə, Facebook sosial şəbəkəsində paylaşılan bu foto geniş müzakirəyə səbəb olub. Belə ki, fotonun Qazax rayonunda bayraq festivalından sonra çəkildiyi qeyd olunub. Fotolardan göründüyü kimi festivaldan sonra rayon mərkəzindən yığışdırılan bayraqlar traktor vasitəsilə daşınıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının 75-ci maddəsində göstərilir ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir.

Həmçinin Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci və 11-ci maddələrində deyilir:
“Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr.
Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.
“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət.
Azərbaycan Respublikası Dövlət bayrağının bu qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur”

Комментариев нет:

Отправить комментарий