08.01.2013

Ramiz Mehdiyev barədə Baş Prokurorluğa müraciət olundu


Elşad Abdullayev akademik Ziya Bünyadovun, akademik Fərəməz Maqsudovun,  Milli Məclis sədrinin müavini Afiyəddin Cəlilovun, general Şəmsi Rəhimovun, polkovnik Fətulla Hüseynovun, kecmiş Bakı meri Rafael Allahverdiyevin,  general Rail Rzayevin, jurnalist Elmar Hüseynovun , Rafiq Tağının qətillərinin Ramiz Mehdiyev tərəfindən edildiyini göstərir

Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu (HAMİ) Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdoyev barədə Baş Prokurorluğa müraciət edib. Bu barədə FaktXeber.com-a qurumdan daxil olan məlumatda bildirilir.
Məlumatda qeyd olunur: “Məlum olduğu kimi, xeyli vaxtdır Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanması, həmçinin Milli Məclis üzvlüyünə seçilməsi ilə bağlı davamlı videomateriallar yayır, həmçinin davamlı açıqlamalar verir.

Baş Prokurorluq həmin materiallara əsasən dələduzluq faktı ilə cinayət işinin başlanması barədə məlumat verilmişdir. Lakin yayılan videomateriallardan və açıqlamalardan görünür ki, ortada yalnız dələduzluq faktı mövcud deyildir. Materiallarda bir çox ciddi cinayət hadisələri barədə ətraflı məlumat verilir. Onların arasında adam oğurluğu, korrupsiya, adam öldürmə və s barədə məlumatlar vardır.
Beləki, yayılmış videomateriallarda  müğənni Mətanət İsgəndərlinin Teymur adlı köməkçisinin və Nüşabə Aqaşovanın şübhəli ölümü, Nüşabə Mirzoyeva adlı şəxsin itkin salınması barədə məlumatlar qeyd olunur.
Elşad Abdullayevin sonuncu dəfə veridiyi açıqlama bu baxımdan daha əhəmiyyətlidir. Beləki, onun KİV-də 2 yanvar 2013-cü ildə dərc edilmiş məktubunda Daxili İşlər Nazirinin mərhum müavini Zahid Dünyamalıyevin öldürülməsi, Binəqədi rayon icra hakimiyyətinin keçmiş başçısı Alı Qocayevin və təhsil Nazirliyinin İdarə müdri İlham Pirməmmədovun ondan alınmış pulların geri qaytarılmasında iştirakı barədə məlumatlar verilir.
Bundan başqa Elşad Abdullayev akademik Ziya Bünyadovun, akademik Fərəməz Maqsudovun,  Milli Məclis sədrinin müavini Afiyəddin Cəlilovun, general Şəmsi Rəhimovun, polkovnik Fətulla Hüseynovun, kecmiş Bakı meri Rafael Allahverdiyevin,  general Rail Rzayevin, jurnalist Elmar Hüseynovun , Rafiq Tağının və başqalarının qətillərindəki oxşarlıqları göstərməklə bunu Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən edildiyini göstərir.
Diqqətimizi çəkən əsas məqam ondan ibarətdir ki, az qala bütün videomateriallarda və yazılı məktublarda Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevin adının çəkilməsinə baxmayaraq, bu günədək Baş Prokurorluq bu barədə ictimaiyyətə bir dəfə də olsun açıqlama verməyib. Halbuki,  Elşad Abdullayev konkret sübutlar göstərir. Bu sübutlara istinad etməklə Baş Prokurorluğun hər hansı araşdırma aparmaması təəccüb doğurucudur”.
HAMİ KİV-də dərc olunan məlumatları və onların yayıldığı linkləri Baş Prokurorluğa təqdim edərək, Prezident Admnistrisiyasının rəhbəri Ramiz Mehdiyev barədə araşdırma aparılmasını tələb edib.

faktxeber.com

Комментариев нет:

Отправить комментарий