15.01.2013

YALTAQBALA

Ağasəfa

Bığları təriflə batıb yağ-bala,
Çıxdı yenə ekrana yaltaqbala.

Gör nə döyüb köksünü yumruqlayır,
Yumrulanıb köksü olubdur çala.

Lovğalanır,yırğalanır dəmbədəm,
Bir belə soldan sağa, sağdan sola.

Gah hətərən, gah pətərən söylənir,
Gaha mıxa çırpır çəkici, gah nala.

Xalqa vəkildir,bunu kimlər seçib?
Astara, Salyan, Şəki ya Neftçala?

Ah!Qovasan, bax, bunu dovşan kimi,
Daldan uşaqlar da baxıb fit çala...

Комментариев нет:

Отправить комментарий