19.02.2013

Anlayışlı polis məmuru

Mərdan Əzimov

Bir neçə gün bundan qabaq şəhərdə 20 yanvar kimi tanınan, şəhidlərin şərəfinə adlandırılan yeraltı metrostansiyasının yerinin üstündəyim. Sərin hava vardı. Qulağımda qulağcıq “Fly Project” qrupunun “back in my life”mahnısına qulaq asa-asa yol keçməyə hazırlaşırdım. Həmişə istifadə etdiyim bir adətim var, maşın azca sürətlə gəlirsə məndə onun yoluna çıxıram ki, o dayanıb mənə yol versin... Və elə də oldu, yol verdilər, keçdim. Tam mahnının içinə qərq olmuşdum ki, qarşıdakı körpünün altında maşının qarşısında 3 qız, 1 oğlan və 3 polisin dayandığını gördüm. Onların niyə və nə səbəbə manqa şəklində dayanması məndə heç bir şübhə yaratmırdı. Nəhayət yolun yarı hissəsini keçib körpünün altına çatmağa müvəffəq oldum. Körpünün altındakı səkiciyə təzəcə qədəm basmışdım ki, bir polis qarşımı kəsdi. Elə anındaca əlini açıq şəkildə gicgahının üstünə qoyub nə isə deməyə başladı. Amma qulağcıqlar olduğuna görə məlumunuz heçnə eşidmirdim. Mənim fikrimcə özünü təqdim edirdi.
(Mən böyük biriyəm axı qabağıma qaçmalıdılar – M) Polis eşidmədiyimi görüb əlini uzadaraq salamlaşdı və qulağcıqlar qulağdan çıxdı. (Polislə olan dialoqumu olduğu kimi aşağıda qeyd edirəm)
P: yoldaş Filankəsov. Niyə keçiddən istifadə etmirsiniz?
M: burda keçid var ki?
P: niyə yoxdu, metroya girən tərəf keçiddir.
M: mən oranın metro olduğunu bilirdim, keçid yox.
P: şəxsiyyət vəsiqənizi təqdim edin.
M: vəsiqəm evdədir.
P: niyə üstünüzdə gəzdirmirsiniz?
M: əzilib pis günə qalır deyə.
P: hardasa oxuyursuz?
M: universitetdə oxuyuram.
P: tələbə biletinizi təqdim edin.
M: o da evdədir. O lap tanınmaz vəziyyətdədir deyə üstümdə gəzdirmirəm.
P: onda gözlə rəis adını qeyd etsin.
Beləcə danışdıq, razılaşdıq və məndə həmin qızlar kimi növbəyə durdum ki, mənə də protokol yazsınlar. Axı mənim ödəyəcim məbləğ dövlətimizdə köklü dəyişiklər edə bilər... Əlimdə olanı dövlətimizdən niyə əsirgəyim ki. Həmən 3 qız Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin tələbələri idi. Tələbə biletlərinə uyğun olaraq cərimələnirdilər. Həmən bir oğlansa simasından fəhləyə oxşayırdı, polislə durmadan mübahisə edirdi. Qızlardan biri telefonla kiməsə zəng vurduvə telefonu polisə uzatdı. Polis telefonla danışmayacağını qəti sürətdə bəyan etdi və sözünün üstündə durdu, danışmadı...
Qızlara protokol yazılırdı hələ də növbə mənə çatmamışdı. Məndə özümü tam axıra saxlayırdım ki, polisə deyim; “mənim atam Yeni Azərbaycan Partiyasının sədridir. Sən bilirsən kimi tutmusan ay oğraş?!”. Amma sonra qorxdum ki, özümü tutub basarlar içəri arxamca gələndə olmaz... Başqa bir çıxış yolu fikirləşməyə başladım və tapdım. Çarə yalnız gözə görünmədən aradan çıxmaq idi. Amma bir növ qaçmağa ümid yox idi. Diqqət üzərimdəydi. Həm polislərin, həmdə qızların... Nəhayət polislərin ikisi işini bitirib yeni cinayətkar axtarmağa gedirdilər. Məndə bu qarışıqlıqdan istifadə edib uzaqlaşmaq istəyirdim. Tam planımı həyata keçirtməyə başlayacaqdım ki, 30-35 yaşlı polis əlini mənə uzadaraq: “Nə gözdüyürsən?! Ağzına da bir saqqız atmısan oyan-buyana çevirirsən. Gərəy protokol yazım ürəyin sakitləşə. Çıx get dəə get!” Bir anlıq tutuldum, heç yatsaydımda bir polisdən belə sözlər eşidəcəyim ağlıma gəlməzdi. Həmin an bir şeydən tam əmin oldum ki, yaxşıların hələ də nəsli kəsilməyib. Hələ də bir ikisi var. Bir ikisi...
Polisə minnətdarlığımı bildirərək yolun qalan hissəsini də keçərək yenidən qaydanı pozdum. Amma bu dəfə nə rəis vardı, nə cinayət kar...

Комментариев нет:

Отправить комментарий