Günay Ümid
Gündüzlərin utancından qaralan gecələr
Insanların əvəzinə xarmıs…
Zaman
qum saatından süzüləcək qədər
darmıs, əfəndi…
Küçələrin üzü
ayaq altında qalmaqdan daşlaşdı,
hər gecə evlərin pəncərəsi
pərdələri eynək taxıb gözünə
küçələri seyr etdi…
hər gün otagında
kökdən düşmüş pianonun
xaric səsləri sarı simdə ağladı,
anlamadin, əfəndi… anlamadın!
Otağının divarını bəzəyən
Mona Lizanın portreti
Hər gecə çərçivəsinden asdı
otağının cızmaqara tablosunu…
Əllərini əlinin üstünə qoyub
Səbrini sərdi gördüklərinin üstünə…
Dodağının yalançı təbəssümü
etinasızlığından, guluşsüzlüyündən,
Köynəyinin sinəsi ürəksizliyindən,
Ayaqqabılarının addimları yerişsizliyindən sıxıldı,
Sən anlamadin…
Bos ver, əfəndi, bos ver…
Bu gün də dünənin yetim balası,
Dünən də bu günün ögey anası.
Başını qoy bu günün dizinə
Yat, əfəndi, yat!
Nə də olsa, dəli sair oyaq,
Yatağı varaq…
Bos ver, əfəndi, bos ver,
Anlamasan da olar!
Basını qoy bu günün dizinə,
Yat, əfəndi, yat!
Bu dünyanın yuxuları da boyat…
daşı ömrünü yarınlara
Sabahlara inad!
Gündüzlərin utancından qaralan gecələr
Insanların əvəzinə xarmıs…
Zaman
qum saatından süzüləcək qədər
darmıs, əfəndi…
Küçələrin üzü
ayaq altında qalmaqdan daşlaşdı,
hər gecə evlərin pəncərəsi
pərdələri eynək taxıb gözünə
küçələri seyr etdi…
hər gün otagında
kökdən düşmüş pianonun
xaric səsləri sarı simdə ağladı,
anlamadin, əfəndi… anlamadın!
Otağının divarını bəzəyən
Mona Lizanın portreti
Hər gecə çərçivəsinden asdı
otağının cızmaqara tablosunu…
Əllərini əlinin üstünə qoyub
Səbrini sərdi gördüklərinin üstünə…
Dodağının yalançı təbəssümü
etinasızlığından, guluşsüzlüyündən,
Köynəyinin sinəsi ürəksizliyindən,
Ayaqqabılarının addimları yerişsizliyindən sıxıldı,
Sən anlamadin…
Bos ver, əfəndi, bos ver…
Bu gün də dünənin yetim balası,
Dünən də bu günün ögey anası.
Başını qoy bu günün dizinə
Yat, əfəndi, yat!
Nə də olsa, dəli sair oyaq,
Yatağı varaq…
Bos ver, əfəndi, bos ver,
Anlamasan da olar!
Basını qoy bu günün dizinə,
Yat, əfəndi, yat!
Bu dünyanın yuxuları da boyat…
daşı ömrünü yarınlara
Sabahlara inad!
Комментариев нет:
Отправить комментарий