06.02.2013

Görəcəyi işlər qabaqdadır

Mərdan Əzimov


Bir gün yuxudan durdum, güzgüyə baxıb gördüm ki, çox dəyişilmişəm... Hazırda güzgü qabağında duran mən, axşam paltarını soyunub yatan məndən çox fərqlənirdi. Sanki mənim içimdə uzun müddətli dəyişikliklər gedirmiş... Ama mənim nə bu dəyişikliklərdən nə də ki, onların mahiyyətindən xəbərim yox idi... Paltarlarımı geyinib hamama keçdim, əl-üzümü yudum və çay içdim. Sonrada bir siqaret yanıraraq beşinci mərtəbənin altıncı mərtəbəsindən aşağı düşməyə başladım. Binamızın qapısı sıx küçələrin birinə açılırdı. Ama hal-hazırda o küçədə sıxlıq qalmamışdı... Heç kim yox idi. Sadəcə maşınlar və daş binalar qalmışdı... Ağlıma bir neçə fikir gəlirdi, onlardan biri də bir neçə il bundan qabaq eşitdiyim 2012-ci ildə dünyanın dağılacağı fərziyəsi idi. Doğurdanmı dünya dağıldı?... Amma bir az addımladıqca yerdə çatlar və meyitlər görə bilmədiyimdən bu fərziyyəm əsassız olması mənasına gəldi... Dəli olmağa başlıyırdım... Axı bu insanlar hara getdi?
Onların görəcəyi işlər axı hələ qabaqdadır. Axı hələdə 20 faiz torpağımız işğal altındadır, o torpaqları düşmənə hədiyyə edib bu millət hara getdi?! Bu düşüncələr beynimdəykən birdən anamın məni silkələməsi ilə yuxudan ayıldım və yuxudan ayılan kimi ilk eşitdiyim cümlə: Azərbaycan ordusu daha 5 əsgərini itirdi.
Allah səbr versin!

Комментариев нет:

Отправить комментарий