07.02.2013

İçində bir İnsan yaşasın

Qadir Cəfəri

Təxminən 2 saat öncə İTV (İctimai kanal)-də Əkrəm Əylislinin Huzuruyla keçirilən, qalmaqala səbəb olan, "Daş yuxular" romanının tənqid verlişinə maraqla baxdım. Birincisi, Azərbaycan ədəbi mühitinə eləcə xalqına və telvizyalarına beləcə söz azadlığı imkanını yaratdığı üçün sağ ollar düşür. Orhan Pamuk olmaq imkanını vermədilər Əkrəm Əylisliyə. Azından sanırdım Ə.Əylisli özünü qane edə bilən səbəblər ortaya qoyacaq. Maraqlıydı Xocalı faciələrindən danışılanda, özünü elə aparırdı, sankı heç bunları görməmiş və ilk kəzdi qulağına, Ərmənilərin törətdiyi bu cinayət deyil. Hər bir xalqın yaxşı-pisi olmuş və olacaq. Genəlliklə nə bütün Azərbaycanlılar yaxşı adamdı, nə bütün Ərmənilər pisdi. Dünən adını qeyd etmək istəmədiyim o taylı əziz birisi, Əylislidə keçmişdən belə baxışlar olduğunu dedi. Ardınca Volterin məşhur cümləsini yazıb, indi söz azadlığı naminə Əylislini savunmaq məcburiyyətindəyik dedi. Əlbəttə biz söz azadlığını savunuruq və bu səbəbdən Ə.Əylisliyə olunan tənqidlərdə söz azadlığı naminə yazılmalıdı.
İçimdə bir Ərməni yaşayır yazan yazar bunu iki xalqın dostluğu uğrunda atılan bir addım kimi hesab edirdi. Deməliyəm, mənim içimdə yalnız bir İnsan yaşayır. Həmin bu sandığınız barış addımı, xalqımızı aşağılyıb, tarixi saxtalaşdırıb, həqiqətlərin inkarı ilə ələ gələcəkdirsə, bu heç də barış addımına bənzəmir. Barış üçün Ərmənilər Qarabağdan geri çəkilməlidi. Xalqımızda bu bir mənalı xəyanət kimi alınmış. Digər yöndən təssüf ki bu romanı oxumağa Rusca bilmirəm, ama roman ətrafında danışılanları az çox izlədiyimdən, əsər ədəbi baxımdan da keçmiş yazılarıyla qiyasda güclü olmamış, eləcə təssüflə öz dilimizdə yazılmamış. Azından özümüzü söysək də nə yaxşı öz dilimizdə söyək. Bolluca söyüş sözlərimiz bə nə zaman dərdə dəyəcək? Ə.Əylisli bu gün tənqid olunursa onun bir tür insani dəyərləri taftalamasına görədi. Azərbaycan-Ərmənistan savaşında heç birimizə dünyada gedən siyasətin necə Ərməniləri dəstəkləyib, Xiristiyanlıları məzlum göstərməyə çalışdığı gizli deyil. Belə bir zamanda ki, Xocalı soyqırımını yaşamışıq, güneydə isə Salmas, Xoy və Urmuda Ərmənilər əli ilə qətlə, təcavuza məruz qalmışıq, Xalq yazarımız həmin cinayətləri tərsə göstərməyə çalışacaqsa burda təbii ki milli vicdanımız onu suçlayacaq. Ama o qədər gəlişmiş şüura sahibik ki Ə.Əylislinin ədəbiyyat və dilimizə çəkdiyi zəhmətləri də görməz deyilik. Keçmiş yaradıclıqları onu müdafiə etmir. Yazıçı faciəni göstərməlidi. Heç bir xalqı aşağılamağa heç bir yazıçının haqqı yox. Azərbaycanlılar Ərmənilərə nifrət edirlərsə bunun səbəbi Qarabağdı. Bunun səbəbi bizə qarşı törətdikləri cinayətdi. Ərməni milləti də bu cinayətdə susub etiraz etmədiyi zamana qədər əlbəttə suçludu. Güneydə genəlliklə fars ziyalıları da dilimizi yasaqlamaqda suçlu olduqları kimi. İçimdə bir insan gizlənib sayın Ə.Əylisli və bu insan səni həqiqəti yozlaşdırdığın üçün, eləcə insanlıq vicdanını taftadığına görə, həm də bir xalqı aşağıladığın üçün suçlayır. Səni alqışlayan cinayətkarlar, bəlkə də Qarabağda dinc əhalinin biri olsaydın, qarnına güllələr boşaldacaqdılar. Ama arxayınlıqla istədiyini yazırsan. Çün bu xalqın daha anlaqlı olduğunu sən hamıdan yaxşı bilirsən. Biz eyni Ərmənilər kimi davranmarıq, və xoşbəxtliklə heç də bu fikirdə deyilik. Belə sivil tənqidlər qonunun daha yersiz şişməyinə yerindəcə mane olacaq və bu sevindiricidi. Çün əslində iddia sahibinin heç bir qane edici səbəb ortaya qoymadığını göstərməklə, yazarın da məntiqsizliyini dünyaya bəlirtəcəkdir.

Комментариев нет:

Отправить комментарий