05.02.2013

Nicat Cəfər - Sevgi istərəm


Vermişəm ömrümü mən bu cür bada
Dostlarda məni heç salmayır yada
Nə olsun hər şeyim vardı dünyada
Təkcə bu dünyada sevgi istərəm

Sevgi olmayanda olursan viran
Görəsən qismətim olacağ haçan
Deyirəm özümə hər gün hər zaman
Təkcə bu dünyada sevgi istərəm

Sevgi ayrı şeydi şəhvət ayrıdır
Məcburu ayrıdır qismət ayrıdır
Tənhalıq ayrıdır həsrət ayrıdır
Təkcə bu dünyada sevgi istərəm

Nicatam sevgisiz zülmət və qəmdir
Mənə dörd divar təkcə həmdəmdir
Yazdığım şeirlər qəzəl məlhəmdir
Təkcə bu dünyada sevgi istərəm

***
Tanrı gənc yaşda ikən açsa bəsirət gözümü,
Çəkmərəm dərdü qəm, örtərsə həqiqət gözümü.

Allahın lütfüdü bu faili-muxtar yaradıb
Həm cəhənnəm həmi cənnət tutub əlbət gözümü

Haqq uğrunda Hüseyn oldu şəhid, ibrət olub
O zamandan oyadıbdır o cəsarət gözümü

Bu gözüm özgəni gözlərsə məhəbbətlə əgər,
Əbədi kor edə mən razı, məhəbbət gözümü

Cəfərəm, hər cümə göz yaşı tökür səslənirəm
Ağa, tez qıl ki zühur dağladı həsrət gözümü.

Комментариев нет:

Отправить комментарий