05.02.2013

Talışxanovların hərbi məktəbi

Razzaq Xansuvarov Talışxanov

Azərbaycanımızın adlı-sanlı nəsillərindən biri də XXVIII əsrdən tutmuş, indiki dövrümüzə qədər hərbi xadimlər yetişdirmiş, Talış Xanlarının varisləri olan Talışxanovlar nəslidir.
Talışxanovlar nəslini “hərbi məktəb” adlandırmaq olar. Çünki bu nəsildən 31 nəfər hərbi xadim çıxmışdır və şıxmaqdadır.
Təsadüfi deyil ki, Talışxanov hərbi xadimlərindən bir ailədən 4 general çıxmışdı, Moskvada, Qırmızı meydanda məhşur hərbiçilərin adları var, onların sırasında qızıl hərflərlə 2 generalımızın adı var, bunlar Talış Xanları, general-leytenant Mir Mustafa Xan və onun oğlu general-polkovnik Mir Həsən Xandır.
Tədqiqatçı jurnalist Gülməmməd Məmmədzadə Talışxanovlar haqqında yazırdı: “Azərbaycanda Talışlı, Talışxanov və Talışinski kimi tanınan bu nəslin məşhur sərkərdələri, görkəmli hərbiçiləri, böyük təbibləri-alimləri olub. Indi də tayfanın estafetini daşıyan mütəxəssislər bu şanlı ənənəni ləyaqətlə davam etdirirlər.”

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev gənclərin I forumunda demişdi:
"...Azərbaycan çar Rusiyasının tərkibində olarkən xalqımızın çox dəyərli şəxsiyyətləri orduda yüksək rütbələrdə xidmət etmişlər, general rütbələri almışlar. Biz, məsələn general Mehmandarovla, general Əliağa Şıxlinski ilə, yaxud Talışxanovlar, Bakıxanovlar, Agalarovlar, Naxçivanskilər nəslindən olan generallarla fəxr eləyirik. Bizim vaxtı ilə belə sərkərdələrimiz olubdur, generallarımız olubdur. Onlar bizim tariximizə yazılıbdır. Biz onları böyük hörmət və ehtiram hissi ilə xatırlayırıq".
Azərbaycanın ilk general-leytenantı Talış Xanı Mir Mustafa Xan idi.
Mir Mustafa Xanın nəvəsi Mir Əli bəy 4 general atası idi.
Artileriyanın atası sayılan general-leytenant Səməd bəy Mehmandarov da ana tərəfdən Talışxanovlardan idi.
Bu faktlar Talışxanovların hərbi məktəb olduğunu sübut edir.
Talışxanov nəslindən olan hərbi xadimlər:
1. Talış Xanı general-leytenant Mir Mustafa Xan Talışi.
2. Talış Xanı general-polkovnik Mir Həsən Xan Talışi.
3. General-mayor Mir İbrahim bəy Talışinski.
4. General-mayor Kazım bəy Talışxanov.
5. General-leytenant Səməd bəy Mehmandarov (ana tərəfdən).
6. General-mayor Əsəd bəy Talışxanov.
7. General-mayor Xəlil bəy Talışxanov.
8. General Məmmədhəsən bəy Talışxanov.
9. General Məmmədhəsən Talışi.
10. General Rafael Talışxanov.
11. Polkovnik Xansuvar Talışi.
12. Polkovnik Mir Əskər bəy Talışinski.
13. Polkovnik Musa Talışinski.
14. Polkovnik Şəmsəddin Talışinski.
15. Polkovnik Razik Talışxanov.
16. Mayor Haci Mirabbas bəy Talışinski.
17. Mayor İsa Talışinski.
18. Mayor İlyas Talışxanov.
19. Kapitan Mir İsmayıl bəy Talışinski.
20. Podpolkovnik Fuad Talışinski.
21. Asəf Cavadzadə (Talışxanov).
22. Kontr-admiral Arif Talışxanov.
23. Ştaps-kapitan Mir Əli bəy Talışxanov.
24. Ştaps-rotmistr Əliqulu Talışxanov.
25. Ştaps-rotmistr Cavad Talışxanov.
26. Poruççik Mir Hüseyn Xan Talışi.
27. Podporuççik Miribrahim bəy Talışxanov .
28. Praporşik Məmmədəli Talışxanov.
29. Praporşik Məmmədhəsən ağa Talışxanov.
30. Praporşik Əbülfət bəy Talışinski.
31. Poruççik Məmməd Xan Talışi.
Gördüyümüz kimi 31 hərbi xadim. Dünyada hansısa nəsil bu rekordu göstərə bilərmi? Təbii ki yox! Mən inanmıram ki, bu rekord nə vaxtsa təzələnsin. Talışxanovlar nəsli həqiqətən Azərbaycanın hərbi məktəbi sayıla bilər.
Bu gen onlara hardan gələ bilərdi?! Onlara bu gen tarixdə cəsur, qorxmaz və döyüşkən xalq kimi tanınan Talış xalqından gəlmişdir.Talış geni özünü təkcə Talışxanovlarda yox, digər generallarda da göstərir, Azərbaycanın bu bölgəsindən - Astaradan, Lerikdən, Masallıdan, Yardımlıdan, Lənkərandan çoxlu hərbi xadimlər çıxmışlar.Onlar bizim fəxrimizdir. Azərbaycanımızın tarixini bir az da zənginləşdirərək, ona yeni hərbi salnamələr qatırlar.
Biz bu generallarla kifayətlənməyərək, gələcəkdə də böyük tarix yazan generallar gözləyirik!!

Mənbələr:
1. Azərbaycan Mərkəzi Arxivi.
2. Rusiya Mərkəzi Arxivi.
3. Gürcüstan Mərkəzi Arxivi.
4. Razzaq Xansuvarov “Mir Mustafa Xan Talışi”, “Tolışon Sədo” qəzeti, nöm 5.
5. Razzaq Xansuvarov “Mir İbrahim bəy Talışinski”, “Tolışon Sədo” qəzeti, nöm 11.
6. Razzaq Xansuvarov “Əsəd bəy Talışxanov“, “Tolışon Sədo” qəzeti, nöm 14.
7. Razzaq Xansuvarov “Məmmədhəsən bəy Talışxanov”, “Tolışon Sədo” qəzeti. nöm 11(23).
8. G. Məmmədzadə “Lənkəran mahalının sərkərdələri”
9. E. İsmayılov “Geneologiya Talışinskix i Talışxanovıx”

Mənə dəstək olan dostlarım Natiq Abişzadəyə, Aytən Hüseynovaya. Samir Talışxanova və Mübariz Fərəcliyə öz dərin minnətdarlığımı bildirirəm.

Комментариев нет:

Отправить комментарий