Xatirə Xatun
Bu necə taledi, bu necə baxtdı,
Əlində acizəm gör neçə vaxtdı,
Ömrün payızında qarşıma çıxdı,
Mən bu məhəbbəti neyləyim, Allah!
Apardım dənizə qumda basdırım,
Ağladı, gözünün yaşını sıxdı.
İstədim dərədə, dağda azdırım,
Qayıtdım- qapıda qarşıma çıxdı.
Mən bu məhəbbəti neyləyim axı,
Nə ata bilirəm, nə uda onu.
Elə də kövrəkdi ürəyim axı,
Gücü də şatmır ki unuda onu.
Mən bu məhəbbəti neyləyim, Allah!
Ömrümə, günümə, həyatıma yük.
Sevsəm qəbahətdi, sevməsəm günah,
İsgəncə olarmı bundan da böyük?
Yetməzmi çəkdiyim bunca qəm, kədər?
Nə olar, yadına sal məni, tanrım!
Könlüm bu əzabı çəksin nə qədər,
Bu zülmün əlindən al məni, tanrım!
Bu nə alov idi, bu nə od idi,
Bu nə atəş idi yandırdı məni.
Mənə ki bu hisslər çoxdan yad idi,
Şaxta vuran gül tək dondurdu məni.
Haranın külünü töküm başıma,
De, kimə söyləyim bu sirri indi?
Gör hansı çağımda çıxdı qarşıma
Oldum bu sevginin əsiri indi.
İşgəncə olarmı bundan da böyük?
Sevsəm qəbahətdi, sevməsəm günah.
Ömrümə, günümə, vicdanıma yük,
Mən bu məhəbbəti neyləyim, ALLAH!
*Misra Musa Yaqubundu
Bu necə taledi, bu necə baxtdı,
Əlində acizəm gör neçə vaxtdı,
Ömrün payızında qarşıma çıxdı,
Mən bu məhəbbəti neyləyim, Allah!
Apardım dənizə qumda basdırım,
Ağladı, gözünün yaşını sıxdı.
İstədim dərədə, dağda azdırım,
Qayıtdım- qapıda qarşıma çıxdı.
Mən bu məhəbbəti neyləyim axı,
Nə ata bilirəm, nə uda onu.
Elə də kövrəkdi ürəyim axı,
Gücü də şatmır ki unuda onu.
Mən bu məhəbbəti neyləyim, Allah!
Ömrümə, günümə, həyatıma yük.
Sevsəm qəbahətdi, sevməsəm günah,
İsgəncə olarmı bundan da böyük?
Yetməzmi çəkdiyim bunca qəm, kədər?
Nə olar, yadına sal məni, tanrım!
Könlüm bu əzabı çəksin nə qədər,
Bu zülmün əlindən al məni, tanrım!
Bu nə alov idi, bu nə od idi,
Bu nə atəş idi yandırdı məni.
Mənə ki bu hisslər çoxdan yad idi,
Şaxta vuran gül tək dondurdu məni.
Haranın külünü töküm başıma,
De, kimə söyləyim bu sirri indi?
Gör hansı çağımda çıxdı qarşıma
Oldum bu sevginin əsiri indi.
İşgəncə olarmı bundan da böyük?
Sevsəm qəbahətdi, sevməsəm günah.
Ömrümə, günümə, vicdanıma yük,
Mən bu məhəbbəti neyləyim, ALLAH!
*Misra Musa Yaqubundu
Комментариев нет:
Отправить комментарий