14.04.2013

GÜNƏŞ SƏNİ ATIB GEDƏ

Faiq Balabəyli

Bir içim su da yoxdu
Dodağının çatı gedə.
Qarın doya, göz doymaya
susuzluğun dadı gedə.

Dörd tərəf susuz səhradı,
Bombozdu, quduz səhradı.
Oyunda üç tuz səhradı
uduzanın kartı gedər.

Kollar bitib təkəmseyrək
olmur orda kölgələnmək.
Zülmət düşə, qalasan tək
Günəş səni atıb gedə..

Türkmənistan. Çiləkən şəhəri. 1989.  

Комментариев нет:

Отправить комментарий