Bu gün ömrümdə ilk dəfə olaraq maaş aldım. Indi bu maaşımı haraya, necə xərcləyəcəyimə bir daha düşünməyə ehtiyac qalmayacaqdı. Çünki hələ altı il əvvəl tələbə kimi universitetə ilk addımlarımı atanda arzulamışdım ki, universiteti başa vurduqdan sonra alacağım ilk maaşıma anam üçün üzük alacağam. Bir vaxtlar pulu olmadığından atamın ala bilmədiyi nişan üzüyü!.. yaxşı yadımdadır, hələ mən balaca uşaq olanda, anam əlimdən tutub bulaqdan su gətirməyə gedəndə bulaq başına yığışan nişanlı qızlar, gəlinlər biri-birilərinə nişan üzüklərini göstərər, hərə öz üzüyünü tərifləyərdi. Onda mən kədərlə anamın heç zaman üzük görməyən barmaqlarına baxar, niyə anamın da üzüyü olmadığına qüssələnərdim.
Anamsa heç kimə məhəl qoymadan, nişan üzüyü olmadığına sıxılmaz, heç bunu vecinə də almazdı. Bir dəfə də böyük bacıma danışanda eşitmişdim ki, atam kasıb olduğundan anam özü razı olmayıb ki, ona üzük alsın. Həm də anam deyərdi ki, sevgi olan yerdə nişan üzüyü olmasa da olar...
Mən dəfələrlə anamın nişan üzüyü taxılan barmağını ölçmüş, hansı ölçüdə üzük almağımı özlüyümdə qət etmişdim. Ancaq bu məqsədimdən hələ ki, anamın xəbəri yox idi.
Lazım olan ölçüdə üzük tapmağa elə də çətinlik çəkmədim. Aldığım üzük çox da bahalı olmasa da sadə və ürəkaçan idi. Yol boyu – şəhərdən kənd evimizə çatanadək, cibimdə anama aldığım nişan üzüyü – qanadlanıb uçurdum...
Atam, anam, bacım, qardaşım,.. bir söz bütün qohumlar məni fərəhlə qarşıladılar. Ilk maaşımı almağımın şərəfinə axşam bizdə qonaqlıq olacaqdı. Qohumlar, qonşular yığılıb gəlmişdilər. Ən çox mənə baxdıqca fərəhlənən isə atamla anam idilər. Hələ onların heç birinin cibimdəki üzükdən xəbərləri yox idi. Nəhayət gözlədiyim an yetişdi. Tost deyənlər kimi məclisin dərinliyindən ayağa durdum. Çox danışmadım. Cibimdəki nişan üzüyünü çixardıb, qısaca məqsədimi anlatdım. Hamı maraq dolu nəzərlərlə mənə boylanırdı... Yaşlarının müdrik çağına, saçlarının ağarmasına baxmayaraq, atam gənclərə məxsus fəhmlə nişan üzüyünü anamın barmağına keçirdi. Anamın da üz-gözündə gəncliyin təravəti sayrışmaqda idi... Hər üçümüzün nəzərləri pəncərəmizə qonan işıqda birləşmişdi. Bu işıq dünyanın ən məsud işığı idi.

Комментариев нет:
Отправить комментарий