Hədiyyə Şəfaqət
Daha səni düşünmək istəmirəm, neyləyim?
Çırpındım ki, başımdan çıxarım, atım səni
Ürəyimin hər küncü yara tutub inləyir
Axı sən niyə vardın,
Axı sən niyə yoxsan?
Bəlkə bir də öldürüm
Bir də yaradım səni?
Bu gediş nə gedişdi?
“Əlvida”-sız, “sağ ol”-suz...
Nə mən durdum dayandım, nə sən dalımca baxdın
Bir məhəbbət yaşadıq-
Etirafsız...
Arzusuz...
Qəribə ayrılıqdı, elə sevgimiz kimi
Nə mən təsəlli tapdım
Nə sən mənsiz darıxdın...
...Qorxma, qorxma, bir daha qayitmaz o məqamlar
Yolunda durmayacaq
Qəfildən gəlməyəcəm
Daha maraqlı deyil mənə özgə adamlar....
Yaşa daha özünçün-
Bəsit, sadə, adicə...
Bu savaş sənlik deyil
Agır yükdür məhəbbət-
Sənə çəkdirməyəcəm...
Daha səni düşünmək istəmirəm, neyləyim?
Çırpındım ki, başımdan çıxarım, atım səni
Ürəyimin hər küncü yara tutub inləyir
Axı sən niyə vardın,
Axı sən niyə yoxsan?
Bəlkə bir də öldürüm
Bir də yaradım səni?
Bu gediş nə gedişdi?
“Əlvida”-sız, “sağ ol”-suz...
Nə mən durdum dayandım, nə sən dalımca baxdın
Bir məhəbbət yaşadıq-
Etirafsız...
Arzusuz...
Qəribə ayrılıqdı, elə sevgimiz kimi
Nə mən təsəlli tapdım
Nə sən mənsiz darıxdın...
...Qorxma, qorxma, bir daha qayitmaz o məqamlar
Yolunda durmayacaq
Qəfildən gəlməyəcəm
Daha maraqlı deyil mənə özgə adamlar....
Yaşa daha özünçün-
Bəsit, sadə, adicə...
Bu savaş sənlik deyil
Agır yükdür məhəbbət-
Sənə çəkdirməyəcəm...
Комментариев нет:
Отправить комментарий