Ziba Xəlil
Ahh, mənim yaralı ruhum
Ahh, mənim yaralı ruhum!
Səni sarmağa doktor da yox.
Heç dərmanın kəşf edilməmiş.
Hər kəs bir şeylər önərər.
Kimi otdan, ələfdən
Kimi mahnı, şeirdən
Heç bilməz ki, anlamaz,
Nədi dərdi bu ruhun,
Yanan tonqal nədəndi?
Çıxan tüstü nədəndi?
Kim yaratdı bu dərdi...
Ahh, məim yaralı ruhum.
Özün öz həkimin ol!
Özün sarı yaranı,
Məlhəmini özün qoy.
Bitəcək bir gün acı,
Duracaqsan ayayğa.
Meydan oxuyacaqsan
Acımasız ruhlara,
Səni öz əlləriylə
Yaralayan oxlara.
Ahh, mənim yaralı ruhum!
Hələ pəs eləmək yox.
Həyat gözəl yenə də.
Nə qədər qəddar, acı
Acımasız olsa da...
Sən mənim o bür yarım,
Sən yoxsan mən də yoxum.
Sən varsan mən də varım.
Ahh, mənim yaralı ruhum...
Dur, mənim yaralı ruhum.!
Həyatımız
Həyatımız bir nağıldı.
Sehr dolu, möcüzəli.
Gah quruldu, gah dağıldı.
Durna tək səfi, düzəni.
Həyatmız elektirik.
Yükü müsbət, yükü mənfi.
Üstün gələr hərdən bir yük.
İldırım çaxması kimi.
Həyatımız bir ürəkdi.
Arterial, venoz qanı.
Həyatımız bir küləkdi,
Gəzər dəlitək dünyanı.
Həyatımız bir kinodu,
Hər kəs öz rolunu oynar.
Bir oyundu, dominodu.
Nə udan, nə də uduzan.
Həyatımız təbiətdi
Yağışı, tufanı, qarı.
Gah sakitdi, gah dəhşətdi.
Gözəl olur ilk baharı.
Həyatımız oyuncaqdı,
Sınır - təmir eyləyirik.
Həyatımız bir sandıqdı,
Xatirələr yükləyirik.
Həyatımız məhkəmədi.
Kim cavabdeh, kim günahkar?
Kim hakim ,kim müttəhimdi?
Kimin xeyrinədi qərar?
Həyatımız bir məktəbdi.
Mən şagird, sən müəllimsən.
Həyatımız bir məktubdu,
Sonadək oxuya bilsən.
***
Həyatımız asimandı,
Ayı, ulduzu, buludu.
Günəş istisində yandıq,
İslandıq, yenə quruduq.
Həyatımız bir romandı.
Qəhramanlar ikimizik.
Filmdi, epizoddı, andı.
Bəzən lirik, bəzən komik.
Həyatımız bir qatardı,
Günlərimiz ötür bir-bir.
Nə gətirdi, nə apardı,
Biz bilmərik,Tanrı bilir.
Həyatımız bir sevgidi.
Yaşayaq odu sönməmiş.
Dünyaya qonağıq indi,
Sevək, sevilək ölməmiş.
Qayıt öz sarayına
Könlümün sarayından
kərpic-kərpic qopursan.
De, səfərin haradır,
hara, niyə gedirsən?!
Bu gediş nə gedişdi,
nə əvvəli nə sonu.
Gedir,
gedir, gedirsən
bütün ömür uzunu.
Özün özündən belə
hərdən çıxıb gedirsən.
Dünyanın min üzünü görüb
var-gəl edirsən...
Nə xoşbəxtsən, nə bədbəxt,
hələ-hələ yarımçıq.
Işığın mən olsam da ,
özgədə gəzdin işıq.
Bu yolçuluq üzəcək.
Qayit, qayıt yarına.
Yad daxmaları az gəz
Qayıt öz sarayına...
Balan ölsün
Bu yazını sənmi yazdın?
Fələk sənin balan ölsün.
Bu nə xətdi cızma-qara?!
Yazdıqların yalan olsun!
Nə etsəm qalmadın razı.
Səhv yozdun doğrunu-düzü.
Sənin kimi , insafsızı.
Talan olsun, talan olsun.
Xoşbəxtlik mavi bir quşdu.
Ha tutmaq istədim uçdu.
Köhnə acıları biçdim
Yeni dərdə salan ölsün.
Sevdim, uzaq oldu mənə.
Ac qaldım məhəbbətinə.
Mənim yar adlı dərdimə.
İnanamayıb gülən ölsün.
Fələyi görsən deyirsən.
Hicranı bərabər bölsün.
Məni sənə həsrət qoyan.
Səni məndən alan ölsün!
Qayıtdı
Şükür ki yerinə yetdi dualar.
Qayıtdı gözümün nuru qayıtdı.
Sənin gözlərində sınan şualar.
Mənim gözlərimə geri qayıtdı.
Qayıtdı içimin közü, atəşi.
Sönən ocağıma od gətirənim.
İtirəcəm sənsiz göydə günəşi.
Günəşi göylərdən sən endirənim.
Dolanım başına Yer kürrəsi tək.
Çək öz cazibənlə məni özünə.
Sən şam ol mən də ki , zərif kəpənək.
Yanmayım, əbədi yar olum sənə.
Şükür ki, yerinə yetdi dualar.
Qayıtdı umidlər karvanı sənlə.
Qurumuş səhraydım mən bu aralar.
Yağdı yağışlarım bu dönüşünlə.
Əsintilər
Qəbimdən asılan daşsan.
Ürəyim boş qalar düşsən.
Qalsan...
Qalsan çox ağırsan, ağır.
Ağırlığın bu balaqca qəlbi...
Heç bilmirsən...
Yaman sıxır.
Yaman sıxır...
***
Bəlkə də darıxacağam sənsiz,
Sən bunu bilməyəcəksən.
Bəlkə də ağlayacağam hər gecə
Sən bunu görməyəcəksən.
Bəlkə də...
Bəlkə də unudacağam səni.
Sən...
Sən- "hələ sevir..." -düşünəcəksən...
***
Sənsizləmişəm...
Bəlkə də belə yaxşıdı.
Səni unutmaq üçün.
Nə dünəndən bir imdad.
Nə bir ümid sabaha.
Buraxdım səni tozlu küləylərə.
Xəıyalını-neftlə bulanıq Xəzərə.
Bu bir necə sətri vərəqə
Güclə dəlmişəm.
İnan yazılmırsan daha.
Sənsizləmişəm..
***
Səndən başqa...
Səndən başqa hər kəs anladı məni.
Nə istədiyimi.
Ruhumu, zövqmü,
Təkcə sən.
Təkcə sən bilmədin kim olduğumu.
Oysa bütün dünyaının
məni anlamasını deyil
Sənin duymanı istərdim
Səssiz, sözsüz, baxışla.
Bacarmadın, bağışla!
Anlamadın, bağışla
***
Beynimdə ilan tək qaynaşır sözlər.
Beynimin içində danışır sözlər.
Mən susun, deyirəm, baxmır sözümə.
Qalxıb ürəyimlə dalaşır sözlər.
Nə dilə rəhm edir, nə də ağıza.
Hərdən məğlub olub, əriyib gedir.
Hərdən qalib olub, düşür kağıza.
Qərib ulduzlar tək sayrışır sözlər.
Bu nə pul, nə mal-mülk
Nə də var dövlət.
Eləcə sözlərdi.
Şeirlər, sözlər..
***
O xatirə salxımından
Bir üzüm qopar mənə,
Mən şirələr dəlisiyəm,
Sıx keçən günlərimi.
Süz badəmə, içəcəyəm.
Apar, apar, o günlərə
gizlicə apar məni...
***
Bu çılpaq qayalar.
Səni səndən yaxşı anladırdı.
Səni...
Sevgimizi.
Qulağıma pıçıldamadığın sözləri.
Nəğmələri.
Ruhumu titrədən öpüşləri.
Dalğalar verirdi mənə.
Səninləydim.
Səni dənizin diliylə
Qayalıqda dinləyirdim...
***
Səni necə sevsəm də
İçimdə bir günahsan.
Bəlkə aşkara çıxsan
Savabım olcaqsan.
Necə hiss eləsəm də.
Sevgim aləmə yaddır.
Gizli qalmağı doğru.
Bəlkə aydına çıxsa
Eşqimizə bu dünya
Cəhənnəm olacaqdır.
***
Orucam sənə.
Sənə orucam...
Gündoğandan günbatana.
Günbatandan gündoğana.
İftarım, imsaqım yox.
Nə olar üzülmə!
Müqəddəs bir şey bu.
Orucam sənə...
Səni görməyim yasaq.
Səni duymağım yasaq.
Yasaq sənə toxunmaq.
Səni sevməyim yasaq.
Amma acam sənə.
Acam...
Amma orucam.
Əbədilik orucam.
Orucam...
***
Sənsizlik-səssizlik...
Param-parça həyat, əzik-üzük.
Səssizlik-sənsizlik...
İçimdə hayqırtı, lal bağırtı.
Sənsizlik-səssizlik...
Milyard insan içində
Tək olduğunu düşünmək.
Sənsizlik nə dadlı- xəyalını
İftarda su içər kimi.
Damla-damla, tək-tək..
Səssizlik nə odlu.
Od üzərində ayaqyalın yürümək.
Bu necə bir taledi?!
Nə təhər eşq oyunu.
Sənsizlik-
Uzun bir yol.
Nə əvvəli, nə sonu...
***
Beynim düşünmə, dur!
Heç olmasa bir anlıq.
Görmürsənmi ürəyim
Necə sürətlə vurur?!
Duymursanı sınəmi
Dağıdacaq durumda.
Heç müzakirə etmə!
Heç müqaiysə etmə!
Heç analiz eləmə!
Beynim, düşünmə dur!
Nə olar!
Nə olur...
Fikirləşmə bir anlıq!
Bu anlıq.
Bu odur.
Bu - Odur...
Ahh, mənim yaralı ruhum
Ahh, mənim yaralı ruhum!
Səni sarmağa doktor da yox.
Heç dərmanın kəşf edilməmiş.
Hər kəs bir şeylər önərər.
Kimi otdan, ələfdən
Kimi mahnı, şeirdən
Heç bilməz ki, anlamaz,
Nədi dərdi bu ruhun,
Yanan tonqal nədəndi?
Çıxan tüstü nədəndi?
Kim yaratdı bu dərdi...
Ahh, məim yaralı ruhum.
Özün öz həkimin ol!
Özün sarı yaranı,
Məlhəmini özün qoy.
Bitəcək bir gün acı,
Duracaqsan ayayğa.
Meydan oxuyacaqsan
Acımasız ruhlara,
Səni öz əlləriylə
Yaralayan oxlara.
Ahh, mənim yaralı ruhum!
Hələ pəs eləmək yox.
Həyat gözəl yenə də.
Nə qədər qəddar, acı
Acımasız olsa da...
Sən mənim o bür yarım,
Sən yoxsan mən də yoxum.
Sən varsan mən də varım.
Ahh, mənim yaralı ruhum...
Dur, mənim yaralı ruhum.!
Həyatımız
Həyatımız bir nağıldı.
Sehr dolu, möcüzəli.
Gah quruldu, gah dağıldı.
Durna tək səfi, düzəni.
Həyatmız elektirik.
Yükü müsbət, yükü mənfi.
Üstün gələr hərdən bir yük.
İldırım çaxması kimi.
Həyatımız bir ürəkdi.
Arterial, venoz qanı.
Həyatımız bir küləkdi,
Gəzər dəlitək dünyanı.
Həyatımız bir kinodu,
Hər kəs öz rolunu oynar.
Bir oyundu, dominodu.
Nə udan, nə də uduzan.
Həyatımız təbiətdi
Yağışı, tufanı, qarı.
Gah sakitdi, gah dəhşətdi.
Gözəl olur ilk baharı.
Həyatımız oyuncaqdı,
Sınır - təmir eyləyirik.
Həyatımız bir sandıqdı,
Xatirələr yükləyirik.
Həyatımız məhkəmədi.
Kim cavabdeh, kim günahkar?
Kim hakim ,kim müttəhimdi?
Kimin xeyrinədi qərar?
Həyatımız bir məktəbdi.
Mən şagird, sən müəllimsən.
Həyatımız bir məktubdu,
Sonadək oxuya bilsən.
***
Həyatımız asimandı,
Ayı, ulduzu, buludu.
Günəş istisində yandıq,
İslandıq, yenə quruduq.
Həyatımız bir romandı.
Qəhramanlar ikimizik.
Filmdi, epizoddı, andı.
Bəzən lirik, bəzən komik.
Həyatımız bir qatardı,
Günlərimiz ötür bir-bir.
Nə gətirdi, nə apardı,
Biz bilmərik,Tanrı bilir.
Həyatımız bir sevgidi.
Yaşayaq odu sönməmiş.
Dünyaya qonağıq indi,
Sevək, sevilək ölməmiş.
Qayıt öz sarayına
Könlümün sarayından
kərpic-kərpic qopursan.
De, səfərin haradır,
hara, niyə gedirsən?!
Bu gediş nə gedişdi,
nə əvvəli nə sonu.
Gedir,
gedir, gedirsən
bütün ömür uzunu.
Özün özündən belə
hərdən çıxıb gedirsən.
Dünyanın min üzünü görüb
var-gəl edirsən...
Nə xoşbəxtsən, nə bədbəxt,
hələ-hələ yarımçıq.
Işığın mən olsam da ,
özgədə gəzdin işıq.
Bu yolçuluq üzəcək.
Qayit, qayıt yarına.
Yad daxmaları az gəz
Qayıt öz sarayına...
Balan ölsün
Bu yazını sənmi yazdın?
Fələk sənin balan ölsün.
Bu nə xətdi cızma-qara?!
Yazdıqların yalan olsun!
Nə etsəm qalmadın razı.
Səhv yozdun doğrunu-düzü.
Sənin kimi , insafsızı.
Talan olsun, talan olsun.
Xoşbəxtlik mavi bir quşdu.
Ha tutmaq istədim uçdu.
Köhnə acıları biçdim
Yeni dərdə salan ölsün.
Sevdim, uzaq oldu mənə.
Ac qaldım məhəbbətinə.
Mənim yar adlı dərdimə.
İnanamayıb gülən ölsün.
Fələyi görsən deyirsən.
Hicranı bərabər bölsün.
Məni sənə həsrət qoyan.
Səni məndən alan ölsün!
Qayıtdı
Şükür ki yerinə yetdi dualar.
Qayıtdı gözümün nuru qayıtdı.
Sənin gözlərində sınan şualar.
Mənim gözlərimə geri qayıtdı.
Qayıtdı içimin közü, atəşi.
Sönən ocağıma od gətirənim.
İtirəcəm sənsiz göydə günəşi.
Günəşi göylərdən sən endirənim.
Dolanım başına Yer kürrəsi tək.
Çək öz cazibənlə məni özünə.
Sən şam ol mən də ki , zərif kəpənək.
Yanmayım, əbədi yar olum sənə.
Şükür ki, yerinə yetdi dualar.
Qayıtdı umidlər karvanı sənlə.
Qurumuş səhraydım mən bu aralar.
Yağdı yağışlarım bu dönüşünlə.
Əsintilər
Qəbimdən asılan daşsan.
Ürəyim boş qalar düşsən.
Qalsan...
Qalsan çox ağırsan, ağır.
Ağırlığın bu balaqca qəlbi...
Heç bilmirsən...
Yaman sıxır.
Yaman sıxır...
***
Bəlkə də darıxacağam sənsiz,
Sən bunu bilməyəcəksən.
Bəlkə də ağlayacağam hər gecə
Sən bunu görməyəcəksən.
Bəlkə də...
Bəlkə də unudacağam səni.
Sən...
Sən- "hələ sevir..." -düşünəcəksən...
***
Sənsizləmişəm...
Bəlkə də belə yaxşıdı.
Səni unutmaq üçün.
Nə dünəndən bir imdad.
Nə bir ümid sabaha.
Buraxdım səni tozlu küləylərə.
Xəıyalını-neftlə bulanıq Xəzərə.
Bu bir necə sətri vərəqə
Güclə dəlmişəm.
İnan yazılmırsan daha.
Sənsizləmişəm..
***
Səndən başqa...
Səndən başqa hər kəs anladı məni.
Nə istədiyimi.
Ruhumu, zövqmü,
Təkcə sən.
Təkcə sən bilmədin kim olduğumu.
Oysa bütün dünyaının
məni anlamasını deyil
Sənin duymanı istərdim
Səssiz, sözsüz, baxışla.
Bacarmadın, bağışla!
Anlamadın, bağışla
***
Beynimdə ilan tək qaynaşır sözlər.
Beynimin içində danışır sözlər.
Mən susun, deyirəm, baxmır sözümə.
Qalxıb ürəyimlə dalaşır sözlər.
Nə dilə rəhm edir, nə də ağıza.
Hərdən məğlub olub, əriyib gedir.
Hərdən qalib olub, düşür kağıza.
Qərib ulduzlar tək sayrışır sözlər.
Bu nə pul, nə mal-mülk
Nə də var dövlət.
Eləcə sözlərdi.
Şeirlər, sözlər..
***
O xatirə salxımından
Bir üzüm qopar mənə,
Mən şirələr dəlisiyəm,
Sıx keçən günlərimi.
Süz badəmə, içəcəyəm.
Apar, apar, o günlərə
gizlicə apar məni...
***
Bu çılpaq qayalar.
Səni səndən yaxşı anladırdı.
Səni...
Sevgimizi.
Qulağıma pıçıldamadığın sözləri.
Nəğmələri.
Ruhumu titrədən öpüşləri.
Dalğalar verirdi mənə.
Səninləydim.
Səni dənizin diliylə
Qayalıqda dinləyirdim...
***
Səni necə sevsəm də
İçimdə bir günahsan.
Bəlkə aşkara çıxsan
Savabım olcaqsan.
Necə hiss eləsəm də.
Sevgim aləmə yaddır.
Gizli qalmağı doğru.
Bəlkə aydına çıxsa
Eşqimizə bu dünya
Cəhənnəm olacaqdır.
***
Orucam sənə.
Sənə orucam...
Gündoğandan günbatana.
Günbatandan gündoğana.
İftarım, imsaqım yox.
Nə olar üzülmə!
Müqəddəs bir şey bu.
Orucam sənə...
Səni görməyim yasaq.
Səni duymağım yasaq.
Yasaq sənə toxunmaq.
Səni sevməyim yasaq.
Amma acam sənə.
Acam...
Amma orucam.
Əbədilik orucam.
Orucam...
***
Sənsizlik-səssizlik...
Param-parça həyat, əzik-üzük.
Səssizlik-sənsizlik...
İçimdə hayqırtı, lal bağırtı.
Sənsizlik-səssizlik...
Milyard insan içində
Tək olduğunu düşünmək.
Sənsizlik nə dadlı- xəyalını
İftarda su içər kimi.
Damla-damla, tək-tək..
Səssizlik nə odlu.
Od üzərində ayaqyalın yürümək.
Bu necə bir taledi?!
Nə təhər eşq oyunu.
Sənsizlik-
Uzun bir yol.
Nə əvvəli, nə sonu...
***
Beynim düşünmə, dur!
Heç olmasa bir anlıq.
Görmürsənmi ürəyim
Necə sürətlə vurur?!
Duymursanı sınəmi
Dağıdacaq durumda.
Heç müzakirə etmə!
Heç müqaiysə etmə!
Heç analiz eləmə!
Beynim, düşünmə dur!
Nə olar!
Nə olur...
Fikirləşmə bir anlıq!
Bu anlıq.
Bu odur.
Bu - Odur...
Комментариев нет:
Отправить комментарий