05.08.2013

Ən xoşbəxt və ən bədbəxt Azərilər

Firudin Gilar Bəg

Xoşbəxtlik nədir? Kimlər xoşbəxt sayılmalıdır? Qədim müdriklər xoşbəxt deyəndə hansı meyarları əsas götürmüşlər? Bu və digər suallara cavab vermək üçün qədim mənbələrdə xoşbəxtlik rəmzinin kimlərə şamil edildiyini və ümumiyyətlə bu rəmzin nə ilə bağlı olduğunu bilmək lazımdır. Mən bu xoşbəxtlik anlayışını araşdırmaq qərarına gəldim və nəticəni oxuculara təqdim edirəm.
İlk dəfə xoşbəxtlik rəmzinə qədim şumer mənbələrində rast gəlinir. Dövrümüzün ən görkəmli araşdırıcısı Devid Rolun yazdığına görə, şumer mətnlərində xoşbəxtlik – ölən insanın ruhunun Dilmun cənnətinə düşməsidir.
D. Rol yazır: “Qədim ədəbi abidələr açıq yazırlar ki, Dilmun - ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yerdir. Beləliklə, burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatıdır… Kramerin oxuduğu bir neçə mətnlər onu inandırdı ki, Dilmun – Allahlar monastırı, Zaqros dağ təpələrinin arxasında yerləşir… Kramer hesab edir ki, Dilmun İran ərazisində yerləşir, çünki, epik rəvayətlərdə o, dağlar arxasındakı uzaq ölkədə, “Günəşin çıxdığı yerdə” yerləşir… Cənnət haqqındakı şumerlərin mifinin öz tərcüməsinə əsaslanaraq Kramer, Dilmunu - “təmiz”, “nurlu” və “şəfəq saçan” torpaq kimi təsvir edir. Bu, “Ölməzlər ölkəsi” olmuşdur, oranın sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər... Qədim Şumer ədəbiyyatının bu yer cənnəti, heç şübhəsiz ki, Adəmin günah işlədənə qədər yaşadığı bağdır və bura xoşbəxtlik, hüzur yeridir və ən əsası təhlükəsiz yerdir (Д. Рол, “Генезис цивилизации. Откуда мы произошли…”, Эксмо, М., 2002, səh.267,271).
D. Rolun yazdıqlarından belə çıxır ki, xoşbəxtlik - Dilmun cənnəti ilə bağlıdır və əsl xoşbəxt insan o insandır ki, öləndən sonra onun ruhu İran dağlarında yaradılmış Dilmun cənnətinə düşür və burada onun ruhu ölümsüzlük qazanır. Deməli, şumerlilərə görə xoşbəxtlik – insan ruhunun cənnətdə ölümsüzlük qazanmasıdır. Ölümsüzlük qazanmış Dilmun Allahlarının kimlər olduğunu bilmək üçün batin (sufizm, ledun) elminə müraciət etmək lazımdır.
Dilmun [DLMN] rəmzi batin elmində Dil-Mun [DL-MN] və Dilum-On [DLM-N] kimi açılır ki, Dil-Mun rəmzinin izahını biz aşağıda verəcəyik. Dilum-On rəmzindəki On rəmzi qədim mənbələrdə İunu/Nu/No və s. kimi yazılaraq, qədim Misirin Gel şəhərinin (Geliopol/İliopol) digər adı kimi qeyd olunurdu. Erməni mənbələrində Ani kimi yazılan On (Gel) şəhəri, qədim Misirdə “Dünya”nın yaradıldığı şəhər kimi tanınırdı. Qədim Misirin “Ölülər kitabında” qeyd edilir ki, Allahların Evi Geliopolda (İunu/On) tikilmişdir və qoca Ra-nın Evi də buradadır. Geliopoldan çıxmış Ptah Allahı da bu günədək orada yaşayır. Usiri/Asar (Osiris) Allahının bədəni də İunu, yəni Geliopol şəhərində uyuyur. Deməli, On/İunu şəhəri qədim Misir Allahlarının göydəki evi, yəni cənnət evi mənasındadır.
Qədim Misir mənbələrində, ruhların göydəki evi – “xoşbəxt, rahatlıq ölkəsi” adlandırılır. Ra günəş Allahına həsr olunmuş himndə isə xoşbəxtlik ölkəsi deyəndə bilavasitə Osirisin (Asar/Azər) şahlığı nəzərdə tutulur (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.317). Tanınmış misirşünas U. Bac yazır ki, misirlilərin inamına görə, Göydəki dünya –– nəhəng düzbucaqlı dəmir lövhədir ki, dünyanın dörd tərəfindəki sütunlar onu saxlayır. Digər mənbələrdə bu sütunlar – Geliopol, Herakl, İrəm, Xozroy və s. sütunları kimi qeyd olunur. Bu dəmir lövhədə Allahlar və ölmüş möminlər yaşayırlar və hər bir halal insan ora düşmək üçün çalışır. Bəzi müqəddəs yerlərdə bu lövhə dağın başına o qədər yaxın idi ki, ölənlər əziyyətsiz ora çıxıb, oradan Göydəki xoşbəxtliyə çata bilirdilər (У.Бадж, “Египетская религия. Египетская магия”, М.2000, səh.213).
U. Bacın yazılarından aydın olur ki, cənnət deyəndə Geliopol göylərində yaradılan ruhlar dünyası təsəvvür olunmalıdır. Bu lövhənin üstü isə Misir mənbələrində Yaru çölləri adlanırdı və mənbələrə görə, insan yerdə “ürəyində Maatla” yaşamışdırsa, deməli günahsız və pakdır. O yenidən dirilib, Yaru çöllərində xoşbəxt yaşayacaqdır (У.Бадж, “Египетская религия. Египетская магия”, М., 2000, səh.358). Maat mənbələrdə - haqq məhkəməsi mənasını da verirdi və hesab olunurdu ki, insanlar “Maatın hesabına, Maatda və Maat üçün” yaşayırlar. Maat imarəti mətnlərdə “İki həqiqətin imarəti” adlanır və biz bu Maat qalasını Midiya qalası kimi tanıyırıq.
Erməni mənbələrində, Midiya ərazisində böyük səhra tikilməsi haqqında geniş məlumat verilir. Tarixçi Arakel Təbrizli yazır ki, paronterlər (fironlar) Yerusəlimdə yaşayaraq, İordan çayının sahillərinə səyahət edirdi və onlar əzəli Ermənistanda, yəni Sünikdə səhra tikib bərqərar etdilər. Arakel, səyahət yerlərini “Ermənistanın Yuxarı vilayəti”  adlandırır ki, bu da göydə yaradılmış Yaru çölləri mənasındadır. Arakel buranı - “mələklərin yaşadığı məskən və müqəddəs səhra” adlandırıb, Taron qavarında yerləşən Lazar (ElAzər rəmzi) monastrı ilə əlaqələndirir. Öldükdən sonra paronterlərin, yəni fironların ruhları, adlarını və qiyafələrini dəyişərək - insan səsinin eşidilmədiyi bu məkana köçürlər. Burada, böyük səhradakı “Atalar monastrı”nda ölmüşlərin ruhları yaşayış üçün bərqərar olurlar. Arakelə görə, ölmüşlərin ruhları bu səhradan çıxanda ölümcül vəziyyətə düşürdülər: “... və yalnız zaman-zaman çıxır, gəzir, sonra yenidən səhraya qayıdırdı, çünki o sudan çıxarılmış, can verən balığa bənzəyirdi və geriyə, suya qayıtdıqdan sonra yenidən canlanırdı: səhradan çıxanda [Vardapet Movses] boğulurdu və geri döndükdə isə canlanırdı” (А. Даврижеци, “Книга историй”, М.,1973, böl.24,51). Bu o deməkdir ki, ölmüş insanların ruhları məhz burada, Sünikdə yaradılmış xüsusi “səhra”da yaşamağa uyğunlaşmışlar. Buradan kənarda isə ruhlar üçün yaşayış yoxdur. Belə cıxır ki, Dilmun cənnəti Sünik (Gelarküni) göylərində yaradılmış Yaru çölləridir.
Dilmun [DLMN] sözündəki Dilum [DLM] rəmzi Sebeosun əsərində Del [DL], Delum [DLM] kimi yazılır və Midiya dağlarında ərazi kimi göstərilir. Sebeos, Del rəmzini Delum rəmzi ilə eyniləşdirir və burada yaşan xalqları mərd, qorxmaz xalq adlandırır (Себеос, “История императора Иракла”, 37, отд. III, böl. 37). Del [DL] rəmzi sufizmdə Ada-El [D-L] kimi açılaraq, Ata-Eli mənasında “Allahların eli” fikrini bildirir. Çünki, Dea/Teo, yəni “D” və “T” samitləri batin elmində yaradıcı, həyat verən mənasındadır ki, bu rəmz altında Misir Allahı Amon və ilkin materiya nəzərdə tutulur. Dilmun, yəni Del-Amon rəmzi də qədim Misirin Amon Allahının eli fikrini ifadə edir.
Kitabi-Dədə Qorqudda Əmən (Bəkdüz Əmən) kimi qeyd olunan Amon Allahı müqəddəsliyinə görə “Ya-Amon” kimi də yazılır və biz bu rəmzi “Yəmən” ölkə adı kimi bilirik. Yəmən ölkəsinin mənbələrdə “xoşbəxt ölkə” adlandırılması da onun ruhlar dünyası mənasını verməsi ilə bağlıdır. Maraqlıdır ki, bu gün Azərbaycanda yaşayan seyidlər, bəglər - özlərinin Allah nurundan yaranmalarını, ölümsüz olmalarını və əcdadlarının da Yəməndən Azərbaycana gəlmələrini xüsusi qeyd edirlər. Bu isə o deməkdir ki, seyidlər – Amon Allahının göydəki Yəmən elindən, yəni cənnətdən gəlmişlər.
Tanınmış alim A. Oppenheym bildirir ki, Mesopotamiyanın məhşur “Çarlar (şahlar) siyahısı”, yəni kutilər sülaləsinin hakimiyyəti, mifik dövrlərdən – “çar hakimiyyətinin Göydən yerə endiyi dövrlərdən başlanır” (А.Л. Оппенхейм, “Древняя Месопотамия”, М., 1980, səh.146). Ərəb mənbələrinə görə göydən yerə enmişlər, Salman ibn Rəbiənin başçılığı ilə gəlmiş İran əhalisidir («Azərbaycan tarixi üzrə qaynaqlar», B.1989, səh.59). Babil tarixçisi Berossa görə, kutilərin 21 şah sülaləsi midiyalıdır. Əgər biz Del rəmzinin mənbələrdə Delos, Tilos və s. kimi yazılışını və bu rəmzlərin eyni zamanda cənnət mənasında olmalarını da nəzərə alsaq razılaşarıq ki, Talış (Tilos/Atlas) dağlarında yaşayan seyidlər, bəglər – cənnət əhlidirlər.
Ərəb mənbələrində Dilmun rəmzinin Delum hissəsi - Deyləm kimi yazılır və deyləmlilərin zamanı qabaqlamaları və tam xoşbəxtliyə çatmaları qeyd olunur. Əbu əl-Ala İbn Xassul “Türklərin digər döyüşçülərdən üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti” əsərində, Deyləmilərin geneologiyası, onların dövlətləri, ləyaqətləri xüsusi qeyd edilir və onların tam xoşbəxtliyə çatmalarının sirləri və onların zamanı qabaqlamaları vurğulanır. Müəllif burada Ukayl, yəni Gel tayfasını əsil ərəb tayfası kimi qeyd edir (Ф.М.Асадов, “Арабские источники о тюрках в раннее средневековье”, Б., 1993, səh.104-107). Deməli, tam xoşbəxtliyə çatmış Deyləm türkləri elə misirlilərin Geliopol adlandırdığı Gel şəhərinin maqlarıdır.
Strabona görə, qədim dövrdən Gel şəhərində fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər yaşamışlar (М. А. Коростовцев, «Религия древнего Египта, М., 1976, səh.58). Ən qədim ovsunlar da Geliopol kahinləri tərəfindən tərtib edilmişdir. Bu isə o deməkdir ki, ölümsüzlük qazanmış Misir Allahlarının nəsli elə Deyləm türkləridir. Mən, türk sözünün qədim Misir mənbələrində teurq kimi yazılmasını və teurqiya, yəni qurban vasitəsi ilə göydə Allah yaradan maq mənasında olmasını – “Türk”, “Türkiyə” nə deməkdir? Ağlasığmaz həqiqətlər” adlı məqalədə yazmışam (http://gilarbek.blogspot.com/2012/06/turk-turkiy-n-demkdir-aglasgmaz-hqiqtlr.html). Hindlərin məşhur “Bxaqavad-Gita” kitabının (Bhaqavad-Gita) ilk cümlələrində bu teurqlar - Allahlar adlandırılır və onlar Dxarmo göylərində qurban mərasimi keçirirlər. Məhz bundan sonra göydə ruhlar dünyası, yəni günahlardan, bədbəxtlikdən kənar brahman dünyası yaranır ki, bu da əbədi xoşbəxtlik dünyası mənasındadır (Упанишады, М., 2000, səh.252). Hind mənbələrində brahmanlar - “bxakti”lər [BXKT] adlanır ki, bu da “bəg-kuti” [BG-KT] mənasındadır. Xalkidli Yamvlix, özünün “Misir sirləri haqqında” kitabında, göydə “Dünya yaradan” teurqları Misir maqları kimi göstərir və bildirir ki, onların son məqsədləri - ruhlarının yaradıcı Allahla vəhdətidir (А.Ф.Лосев, “История античной эстетики”, sayt: http://psylib.ukrweb.net/books/lose007/txt40.htm). Bu isə elə sufilərin tərikə (türklük) yolu deməkdir. Belə çıxır ki, ölümsüzlük qazanmış Deyləm türkləri – Midiya dağlarında yaşayan Gel batiniləri, yəni seyid-bəgləridir.
Tarixçi M. Xorenatsi Gel rəmzini Gelarküniyə aid edir və buradakı tikilini Telami [TLM] adlandırır ki, sufizmdə bu rəmz Delum [DLM] rəmzi ilə eyni mənalıdır (М. Хоренаци, Книга I, böl.12). Batin elmində Telami [TLM] rəmzi isə Milet [MLT] rəmzi ilə eyni məna verir ki, mənbələrdə miletlilər də öz xoşbəxtlikləri ilə ad qazanmışdılar. Deməli, ölümsüzlük qazanmış Deyləm türkləri – qədim dünyanın ən böyük və ən şöhrətli nəsli olan Gelarküni batiniləridir. Qədim Misir mənbələrində Gel kahinləri dedikdə də məhz onlar təsəvvür olunmalıdır.
İslamda Gel elinin sakinləri Gelat (Qulat) ifrat şiələri hesab olunur və onlar batiniliyin əsasını qoyan ismaili-nizariləridir. Bu ismaililərin İsmailiyyə fəlsəfəsi, qədim Misir və Əflatun fəlsəfələri ilə eynidir. Bu haqda mən “Batini-Quran” kitabında geniş izah vermişəm. Maraqlı fakt isə odur ki, batinilikdə İslam [SLM] rəmzi Salam/Səlim [SLM] rəmzi ilə eynidir və bu rəmzdən yaranmış Darussalam rəmzi (Salam/İslam evi) də xoşbəxtlik evi, cənnət mənasındadır. Deməli, İslam dini də göydəki cənnətlə bağlıdır.
Batin elmində Din [DN] rəmzi - Ədn [DN] cənnətinin adı eyni formada yazılır və bu da İslam dininin elə göydə yaradılmış el, yəni Ədn (Eden) cənnəti mənasında olması deməkdir. Quran yazır: “Allah mömin kişi və qadınlara əbədi qalmaq üçün altından çaylar axan bağlar və Ədn cənnətində gözəl yaşayış yeri vəd etmişdir. Allahın bu xoş niyyəti daha böyükdür: bu – böyük xoşbəxtlikdir… Onların Allah yanındakı mükafatı – altında çaylar axan Ədn cənnətidir ki, onlar orada əbədi qalacaqdır…” (Quran, 9:72, 98:8). Bu isə o deməkdir ki, İslam dini elə Dilmun cənnəti mənasındadır.
Sufizmdə İslam rəmzi – “İssi-Aləm”, yəni göydəki “Aləmin ruhu” kimi açıqlanır ki, qədim mənbələrdə “İssi-Aləm” rəmzi - “Aləm-İssi” mənasında Lamassu (və ya İlu – El) kimi yazılırdı və “insanı gözləyən Allah, ruh” mənasını verirdi. Əgər insanın bəxti gətirirsə, deməli ona köməklik edən “Lamassu” və ya “İlu” adlanan ruhu vardır (А.Оппенхейм, “Древняя Месопотамия”, М., 1980, səh.146,210,204). Buradan isə belə nəticə çıxarmaq olar ki, İslam rəmzi qədim Şumer, Misir və s. Allahlarının adlarından biridir.
İslamın ən tanınmış alimlərində olan Mühiddin İbn Ərəbinin yazdığına görə də, İslam dini elə Göydə yaradılmış dünya mənasındadır ki, məhz onu qəbul edən insanın ruhu o dünyada xoşbəxt həyat sürür. İbn Ərəbi yazır: “Böyük Allah dedi: Bu dini İbrahim, oğullarına və Yaquba da vəsiyyət etdi: Ey oğullarım, Allah sizin üçün din seçdi: müsəlman olaraq ölün - yəni Ona tabe olaraq. Burada din sözü dəqiq ifadə etmək və əhd-peyman üçün əlif və lam səsləri ilə (El) qeyd olunmuşdur, çünki bu din, Böyük Allahın dediyi kimi: “Allahda olan bu din – İslamdır”, yəni daha dəqiq tabe olmaq kimi məlumdur və tanışdır. Beləliklə, bu din sənin tabeçiliyindir. Böyük Allahdan isə sənin tabe olduğun qanunun qəbuludur” (Ибн Араби, “Геммы мудрости”, böl.8). Eyni fikirlər Quranda da xüsusi nəzərə çatdırılır (Quran, 3:85,102, 12:101). Deməli, İslam dini ölümlə və ölümdən sonrakı həyatla bağlıdır. Məşhur sufi Qəzaliyə görə də ölüm, insanın bir formadan digərinə keçməsi və əbədi həyat qazanmasıdır. Qəzali bildirir ki, bu dünya, səyyahların o dünyaya keçməyi yolundakı dayanacaq və ya bazar meydanıdır. Kim burada özlərinə səyahət üçün “azuqə” yığarsa, o, öləndən sonra xoşbəxt həyat qazanacaq (Абу Хамид аль Газали, “Эликсир Счастья”, гл.3, сайт: http://www.sufizm.ru/lib/gasali/selected/4/). İbn Ərəbi də nəzərə çatdırır ki, Allah əsl müsəlmanı öldürmür, onun ruhunu qəbul edib, göydəki cənnətdə ona yer verir və o bu göy dünyasında əbədi xoşbəxtlik qazanır. İbn Ərəbi bu cənnəti, Azər oğlu İbrahim peyğəmbərin atıldığı İlahi oddan yaranmış cənnət kimi təsvir edir (Ибн Араби, “Геммы мудрости”, böl.18). Belə çıxır ki, İslam dini Talış dağlarının üstündə İlahi oddan yaradılmış cənnətlə bağlıdır.
İlahi odun xoşbəxtliklə əlaqəsindən Ammian Marsellin də yazır: “Danışırlar ki, əgər buna inanmaq mümkünsə, maqlar özlərində heç vaxt sönməyən və Göydən düşmüş od qoruyurlar. Asiya şahlarına təqdim edilmiş bu odun kiçik hissəsi xoşbəxtlik gətirir”. Avestada və Əhəmənilərin Hörmüzü ilə bağlı təriqətlərdə, xoşbəxtliyin səbəbləri - məhz qüdrətli və ədalətli hökmdar dünyasının olması xarakterikdir. Qatalarda “dünya”, bilavasitə “hakimiyyət”, “güc” (hökmdarın) və s. ilə əlaqələndirilir və xoşbəxt həyatın, inkişafın əsas şərtlərindən sayılırdı” (История Иранского государства и культуры, М., 1971, səh.216,305). Qüdrətli hökmdarlar, şahlar deyəndə, mənbələrdə saklar nəslinin nümayəndələri olan şad-bəglər (seyid-bəg) nəzərdə tutulur. İslamdakı behişt rəmzi də - “bəg-şiyat” kimi açıqlanır ki, şiyat rəmzi qədim mənbələrdə şənlik, xoşbəxtlik, səadət, inkişaf, bolluq və s. mənasındadır. Deməli, behişt – “bəglik səviyyəsində yaradılmış xoşbəxt həyat” deməkdir. Digər tərəfdən dilimizdə “baqi İrəm” ifadəsi var ki, sufizmdə bu rəmz - “bəglik səviyyəsində yaradılmış İrəm” mənasını verir. Batin elmində bu rəmz – “bəqa (Allahla vəhdət) səviyyəsində yaradılmış İrəm bağı”, yəni cənnət deməkdir. Quranda İrəm şəhəri - dünyada bərabəri olmayan “sütunlar şəhəri” adlandırılır ki, bu da elə mənbələrdə Geliopol, Herakl, Xozroy və s. gözəgörünməz sütunlar üstündə yaradılmış cənnət deməkdir (Quran, 89:7).
Qurana görə də xoşbəxtlik - şərab, bal çayları axan, süd gölü, müxtəlif meyvəli ağacları və pak zövcələri olan cənnət bağında yaşamaqdır (Quran, 4:57, 9:72, 47:15-17). Quran da bu cənnəti, Azər oğlu İbrahim peyğəmbərin atıldığı ilahi odla əlaqələndirir və bu odda olanları xoşbəxt adlandırır (Quran, 20:10-13, 27:7). Quranda yazılanların təvili (batini mənası) onu göstərir ki, bu kitabda yazılanlar, Dilmun cənnətinin yaradılma prosesi ilə bağlı hadisələrin rəmzləşdirilməsidir. Əgər biz Əflatunun, bütün yazılı və şifahi ədəbiyyatın bir hadisəyə həsr olunmasını iddia etməsini nəzərə alsaq, razılaşarıq ki, Quran kitabında da söhbət, Əhdi-Ətiq və Əhdi-Cədiddəki kimi, firon Amonun Midiya göylərində cənnət yaratmasından gedir.
Qurana görə axirətdə Allah, xoşbəxtlik mənbəyi olan cənnətini öz istədiyi bir nəfərə verəcək və bunun qarşısını heç kim ala bilməyəcək (Quran, 6:134,135, 49:7, 7:184, 39:15). İbn Ərəbiyə görə, “Baldırın açılacağı gün”, yəni Allahın sirlərinin hamıya məlum olacağı o axirət günü yeni cənnət yaranacaq və onun sahibinə iman gətirənlər, yeni cənnətdə xoşbəxtlik tapacaqlar (Ибн Араби, “Геммы мудрости”, böl.14). M. Xorenatsiyə görə, axirətdə, cənnət mənasında olan Albaniya - Gel, yəni Gelarküni nəslindən bir nəfərə veriləcək. Mən, “Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi” adlı məqaləmdə bu haqda geniş məlumat vermişəm (Sayt: http://gilarbek.blogspot.com/2013_03_01_archive.html).
Bütün bunlar o deməkdir ki, Dilmun cənnətində xoşbəxtliyə qovuşan Deyləm türkləri -Azəri seyid-bəgləridir və onlar yaradılış xüsusiyyətlərinə görə, ölən kimi, ruhları birbaşa göy cənnətinə qalxır və burada ölümsüzlük qazanır. Müqəddəslərin ruhlarının birbaşa cənnətə qalxması, onların Qədim Misirin Qor fironlarının (pir) törəmələri olması ilə bağlıdır. Belə ki, qədim Misirin ilk piri, yəni fironu olan Amon, əvvəl göydə ilkin materiyada Ra günəş diskini yaradır. Özü öldükdə isə ruhu göyə qalxaraq bu Ra diski ilə birləşir və Ra-Amon (İslamda Rəhman) Allahına çevrilir. Dilmun cənnətində bu Ra günəş Allahı - Qor qızılquşu kimi ömür sürməyə başlayır ki, onun yerdəki törəmələri də sonradan “Qor yoluyla gedənlər” adlandırılır. Adi insanlardan fərqli olaraq, bu seyid-bəglər nəsli doğulanda, göydə də Ra günəşi mənasında olan ulduz doğulur və bu nəsli ölənə kimi “himayə” edir. Öləndə isə Azəri müqəddəslərinin ruhu göyə qalxaraq bu ulduzla birləşir və rəmzi olaraq Ra-Amon Allahının yaranışı təkrar olunur. Deməli, bütün Azəri (Asar/Osiris) müqəddəslərinin nəsli, Ra-Amon Allahının təqlidi ilə göydə ölümsüz Osiris/Oziri, yəni Azər Allahlara çevrilirlər. “Şəmsu Qor”, yəni Qor Günəş Allahının yolu ilə gedən bu müqəddəs insanlar, elmləri ilə “ölkəni birləşdirənlər” adlandırılırlar ki, bu da onların yerdəki və göydəki ölkələrin əbədi sakinləri olması mənasındadır.
Devid Rol “İtirilmiş Əhd” kitabında yazır ki, sivilizasiyanın əsasının qoyuluşu qədim Misir rəvayətlərinə görə, Nil vadisi ilə bağlı olmamışdır. Bunlar “Qor yoluyla gedənlər” olmuşlar ki, uzaqdan gələrək öz elm və mədəniyyətlərini qədim Misirə gətirmişdilər. D. Rol əfsanəvi “Qor yoluyla gedənlər” nəslinin soykökünü, Mesopotamiyanın böyük qəhrəmanlarından başlanmasını bildirir. Misirin yaranış haqqındakı rəvayətlərində bu yer, günəşin doğduğu şərqdəki uzaq yer adlanır ki, bura ilkin sonsuzluq sularından qalxmış Od adasıdır. Od adası dedikdə isə göyləri təşkil edən ilkin materiyadan yaranmış, ada formalı ərazi təsəvvür olunmalıdır ki, bu da Talış dağlarının üstündə yaradılmış Dilmun cənnətidir.
Talış dağlarında bu ərazi Gelarküni adlanır ki, bu da Adəmin, yəni qədim Misirin Atum Tanrısının məhz bu ərazidə, Allahın “Kün!”, yəni “Ol!” əmri ilə yaradılmasına işarədir. M. Xorenatsi Gelarküni (Gel) rəmzini eyni zamanda Qarni adlandırır və bu - “Nu (Gel) şəhərindəki Qor” deməkdir (М.Хоренаци, «История Армении», Кн. I, böl.12). Belə çıxır ki, Qor pirlərinin (firon) vətəni Gelarkünidir. Lakin Qarni [QRN] rəmzi eyni zamanda Quran [QRN] kimi də oxunur.
Sufi dahilərindən olan Əl-Əşariyə görə, əsl Quran kitabı elə “Lövhi-Məhfuz”dur: “Böyük Allah demişdir: “Bu – həqiqi Qurandır – hansı ki Lövhi-Məhfuzdadır». Quran - Mühafizə olunan lövhədədir, lakin eyni zamanda o, bilik verilmiş adamların ürəyindədir. Böyük və qüdrətli Allah dedi: “Əksinə, bu – aydın ayələrdir, kimə ki bilik verilmişdir, onun ürəyində saxlanılır” (Абу аль-Хасан аль-Аш‘ари, “Разъяснение основ вероисповедания”, böl. 3,  sayt: http://d1.islamhouse.com/data/ru/ih_books/single/ru_Ibana_in_asul_diyana.pdf). “Ürəyinə bilik verilmiş” deyəndə imam Əli nəzərdə tutulur ki, bildiyimiz kimi Məhəmməd peyğəmbər imam Əlini “Danışan Quran” (Natiq Əli-yel Quran) adlandırmışdır. Belə çıxır ki, imam Əli - Gelarkünidən olmuşdur. Əli rəmzinin qədim mənbələrdə El, İlu, Alu (Albaniya) və s. kimi yazılışını nəzərə alsaq, razılaşarıq ki, Ra-Amon Allahının göydə yaratdığı Dilmun Eli məhz Gelarküni ilə bağlıdır. Bakuviyə görə İmam Əli – Kusdan olan nəbatidir ki, rəmzlər dilində bu - “Xaosda yaradılmış Beyt”, yəni göydə yaradılmış cənnət evi mənasındadır. Başqa sözlə, İmam Əli obrazı Göydə yaradılmış El, Vilayət, yəni cənnət mənasındadır (Ал-Бакуви, «Сокращение [книги о] «памятниках» и чудеса царя могучего», М.,1971, 30a).
Digər tərəfdən, “Lövhi-Məhfuz” – olub və olacaqların yazıldığı kitabdır ki, mənbələrdə bu kitab Kronos Allahı ilə əlaqələndirilir. Beros yazır ki, Kronos Allahı Babilin 10-cu şahı Ksisutrusa tapşırır ki, dünyanın yaranmasının başlanğıcından yazıb, Günəş şəhəri olan Sipparda, yerin altında gizlətsin və subasma zamanı xilas olmaq üçün gəmi düzəltsin. Subasmadan sonra isə Babilə gedib, adamlarla Sippar yazılarını çıxartsın (Дж.Фрезер, «Фольклор в Ветхом Завете», М., 1990, səh.70). Deməli, günəş şəhəri olan Sippar elə Gelarkünidir və əsl Quran da bu ərazidə saxlanılır.
Bütün bunlar o deməkdir ki, Azəri müqəddəsləri yeganə xalqdır ki, Allah onlara, bu dünyada və göydəki cənnətdə əbədi həyat vermişdir və onlar dünyanın ən xoşbəxt insanları sayılmalıdırlar.
Hədislərə görə, Hz. Məhəmməd bildirmişdir ki, yəhudi, xristian və müsəlmanların hərəsinin yetmişdən çox olan təriqətlərinin yalnız biri Cənnətə düşəcəkdir və onlar da Mənim və Səhabələrimin yolu ilə gedənlərdir. Bu o deməkdir ki, yeganə bir xalq var ki, onlar hər üç dinin müqəddəslərinin nəslidir. Bu xalq da, qədim mənbələrdə “Qor yoluyla gedənlər” adlanır ki, Hz. Məhəmməd onları “Mənim və Səhabələrimin yolu ilə gedənlər” adlandırır.
İslamın yetmiş üç təriqətinin yetmiş ikisinin cəhənnəmə düşməsi mənbələrdə Adəmin cənnətdən qovulması kimi qeyd olunur. Tövrata görə Adəm, Allahın əmrini pozaraq, “yaxşı və pisi anlama ağacı”nın barını yediyi üçün cənnətdən qovulmuşdur. Batin elmində bu rəmz – Allahın ilahi elminin, insan məntiqi ilə dərk edilməsi və həqiqəti təhrif etməsi mənasındadır. Bu, bizim bu gün Qurana verdiyimiz zahiri məna anlamındadır ki, bu da insanların həqiqi batin elmindən uzaq düşməsi deməkdir. Deməli, Adəmin cənnətdən qovulması, onun Allah həqiqətlərini təhrif etməsi və zahiri məntiqi əsas tutması deməkdir ki, bunun nəticəsində insan haradan gəlib hara getdiyini bilmir. Bilməmək isə qeyri müəyyənlikdir və heç yerə aparmır. Nəticədə adi və qarışaraq adiləşmiş insanlar öləndə, ruhları cənnətin qapısına gedib çata bilmir və işıqda parçalanaraq (Arakelə görə boğularaq) məhv olur. Bu haqda mən “Cəhalət mömin müsəlmanları da cəhənnəmə aparır “ adlı məqaləmdə geniş məlumat vermişəm (Sayt: http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1181).
Digər tərəfdən, Qor pirləri nəslinin cənnətə getməsi, onların bu dünyadakı əməlləri ilə də bağlıdır ki, yaranış xüsusiyyətləri, ölümündən sonra onların ruhlarını Cənnətin qapısındakı məhkəmə zalına aparır. Orada isə bu ruhları 42 hakim mühakimə edir: şərəf və ləyaqətlilər əbədi xoşbəxtlik məskəni olan cənnətə, günahkarlar isə cəhənnəmə göndərilir. Ağır cinayətləri olanların ruhu isə elə məhkəmə zalında Sebek timsahına yem olur və o birdəfəlik məhv olur.
Əbədi xoşbəxt həyat üçün yaradılmış Azəri müqəddəslərinin bu günkü həyatı onu göstərir ki, bu gün çox insanlar Ra-Amon Allahının yaratdığı bu Dilmun cənnətində xoşbəxtlik qazanmırlar. Axirətdə yeni yaranacaq cənnətə də çoxlarının düşmə ehtimalı azdır. Çünki müasir insanlarımızın həyat tərzi, kamil insanların əksi olan adi insanın həyat tərzinə uyğundur. Yəni bu günkü Azəri müqəddəslərinin həyatı, heyvani nəfs olan şəhvət və qəzəb qüvvələrinə əsaslanır. Bu isə cənnətə aparmır. Xoşbəxtlik üçün xüsusi yaradılmış bir xalqın həyatının digər canlılardan fərqlənməməsi məncə ən böyük bədbəxtlikdir.
Qədim Misir yazılarına və Əflatuna görə, yerdə olanların hamısı göy cənnətində də mövcuddur və oranın əhalisi (ruhları) yerdəki insanlarla yuxugörmə və s. telepatik yollarla əlaqə də saxlayırlar (Platon, «Fedon» 110, 111). İnsan həyatı cəmi 70 il, cənnətin xoşbəxt həyatı isə minillər davam edir. Qurban verməyə dəyərmi? Hər halda bu haqda düşünməyə dəyər.

Комментариев нет:

Отправить комментарий