Azərbaycan ədəbiyyatı özünün minillik tarixində formalaşdığı zaman və məkanda əsaslı təfəkkür dəyişikliyinə səsəb olub. Müsbət mənada anlaşılan bu dəyişikliklər ədəbiyyatın qayəsindən, ana mövzusundan və toxunduğu problematikalardan bəhrələnib. Klassik Azərbaycan ədəbiyyatının ən ciddi mövzularından biri də mistika və ruhun dərinliyinə səyahət olub. İstər orta əsr ədəbiyyat tariximizdə təsəvvüf, mistika qatı o qədər qabarıqdır ki, o elementləri ədəbiyyatdan ayırsaq, həmin dövrü birbaşa məhv etmiş olarıq. XII əsr Şərq mədəniyyəti məhz Azərbaycan mistizmi , fəlsəfəsi fonunda inkişaf edə bildi. Ruha, mahiyyətə qayıdış insanı daha dərinliklərə aparıb üzünə yeni-yeni üfüqlər açdı.
Heç kimin şübhəsi yoxdur ki, bu ədəbiyyat hələ neçə əsr bundan sonra da yaşayacaq. Bəs indi modern Azərbaycan ədəbiyyatında mistik elementlər öz əksini tapırmı? Bu janr nəyə görə bizim üçün vacibdir? Bu gün bizə Axundovun, Mirzə Cəlilin realizmi daha lazımlıdır, yoxsa həmin dövrün mistismi?
Beləlikə, yazıçı Həmid Herisçi ilə müsahibəni təqdim edirik.
- Mistik ədəbiyyatı qəbul etməyən insanlara sözünüz nə olardı?
- Hər bir yazara, öz şəxsi həyət təcrübəsindən əlavə, şəxsi mistika təcrübəsinin mövcudluğu da vacibdir... Məndə də bu təcrübə var - nəsrimdə, şeirimdə, publisistikamda, teleefir fəaliyyətimdə bu təcrübədən lazımı qədər faydalanmışam... Məncə, yaradıcılığımın məhz elə bu cəhəti məni digərlərindən ayırır...
Təssüf ki, çağdaş yazarlarımız, ədəbiyyatımızın bu vacib cəhətini demək olar ki, tam unudublar... Heyf...
Azərbaycanın ən hündür yaşayış məntəqsi sayılan Xınalıqda xüsusi, tam qapalı, qaranlıq çiləxanalar, təcridxanalar var - ora 40 xurmayla girən qədim dərvişlər, 40 gündən sonra üzə çıxar, telepatik istedad sahibinə çevrilərmişlər... Yəni, mistik istedad da elə-belə, göydəndüşmə olmur, onun da öz tədris ocaqları, mərkəzləri, üsulları var... Minillik Azərbaycan ədəbiyyatının aparıcı xətti də həmişə mistisizmə söykənib. Lakin Axundov, Cəlil Məmmədquluzadə kimi maarifçilər milli mistisizmizi lağa qoydular, onu lazımı dərəcədə tədqiq etməyə mane oldular. Sonrakı ziyalı, yazıçı nəsli də onların bu yanaşmasına sadiq qaldı. Bu “xəstəlik” bizim köşə yazarlarının simasında hələ də davam edir...
- Nəyə görə mistik ədəbiyyatı ən ciddi ədəbiyyat hesab edirsiniz?
- Ədəbiyyat özü sehrdir, yazar isə sehrbaz... Bəlkə ən ciddi siyasi xadimlər də bu istedaddan, yəni sehrbazlıqdan kənarda qalmayıblar. Məsələn, fransız alimi Antuan Lefevr məşhur Napaleonun kəllə sümüyünü tədqiq edərkən ordan yadplanetlilərə məxsus xüsusi çip tapıb. Sonra iddia irəli sürüb ki, bəs Napaleon vaxtilə yadplanetlilər tərəfindən qaçırılıb, beyninə çip yerləşdirilib və s. Guya, Napaleonun dahiliyi məhz bu fenomenlə əlaqəliymiş, zaman keçdikcə həmin əlaqə, çip zəifləyib, nəticədə, Fransa cahangiri ömrünün sonunda məğlubiyyətlərə düçar olub... Burda bir başqa oxşar fərziyyə də irəli sürərdim... Bilirsiniz ki, bizim dahi yazar Nizami Gəncəvinin kəllə sümüyü 30-cu illərdə məşhur alim-paleontoloq Gerasimova verilib ki, o bunu tədqiq edərək şairimizin həqiqi simasını bərpa etsin... Bax bu kəllə sümüyü deyilənə görə Azərbaycana qaytarılmayıb. Şairin canlı, həqiqi siması da ictimaiyyətdən gizlədilib...
- Niyə?
- Ola bilsin ki, dahi Nizaminin kəllə sümüyündən də oxşar stimulyator, çip aşkarlanıbmış... Ola bilsin ki, məhz bu çip vasitəsiylə o vaxtkı sovet rəhbərliyi, Stalin yadplanetlilərlə əlaqə qurmağı bacarıblar, nəticədə müharibədə dönüş yaradaraq qələbə əldə ediblər... Bilirsiz, indiyə qədər bunu Teymurləngin kəlləsi ilə əlaqələndirirdilər...
- Deyilənə görə, 21-22 iyun 1941-ci ildə onun məzarı açılarkən bir çox sirli hadisələr qeydə alınıb...
- Bax bunu mən deyil, siz deyirsiz... Digər tədqiqatçı-yazarlar da sizin mülahizəni təkrarlayar bəlkə də... Şəxsən mən bu mövzu ətrafında tədqiqatlarımı davam etdirmək, şəkk-şübhələrə nöqtə qoymaq üçün Moskvaya getmək, Gerasimovun arxivini araşdırmaq istərdim.. Məsələ ətrafında yaxşı film də çəkmək mümkündü... Mövzu tam yetişib... Ədəbiyyat belə mövzulardan qaynaqlanır...
- Paolo Koelye və Den Braun kimi yazarlara münasibətiniz?
- Bu qələm sahibləri elə yuxarıda qeyd etdiyim məsələləri izləri azca bədiiləşdirərək, nəsrə gətiriblər.. Ümumiyyətlə, bestsellerlərin müəllifləri günün trendində olan insanlardır. Əlbəttə ki, mistisizmə olan kütləvi marağı nəzərə alaraq, əsərlərinə mistik bir qat əlavə ediblər. Bu normaldır, əgər sonucda ortaya maraqlı bir əsər çıxacaqsa, demək ki, bu, düz addımdır. Bizim köşə yazarlarının əksəriyyəti də məhz bu yolla gedib, koşədən çıxmaq, yazar olmaq istəyirlər. Epotaj mövzularla diqqəti cəlb etməyə çalışırlar. Buna nail də olurlar. Lakin diqqəti cəlb etməklə iş bitmir, ədəbiyyatda əsas olan tək mövzunu tapmaq deyil, onun bədii həllini verə bilməkdir.
- Ədəbiyyat naminə kim daha yaxşı işlər görür: Paolo Koelye, yoxsa Cəlil Məmmədquluzadə…
- Bəlkə, bu sualın cavabını oxucu versin? Biz öyrəşmişik hazır cavablar qoymağa ortalığa, hazır cavablardan yarımçıq insanlar gördükdə necə istifadə elədilər. Oxucu auditoriya nəinki suallar, həm də cavablar verməyə qadir olmalıdır. Bunu bacarmalıdır. Mən heç kimə ağıl öyrətmək, hazır cavablar göstərmək istəmirəm. Məni düşündürən mövzuları araşdırıram. Doğrusu, bu, ilk növbədə mənim özümçün maraqlıdır. Ona görə də araşdırıram, uzun zaman bu mövzuları işləyirəm. Bəzən hətta o qədər dərinə gedirəm ki, sonra ordan çıxmaq asan olmur. Məni təqib edən oxucum da məcbur olur mənimlə bərabər həmin dərinliklərə düşsün, mən çəkənləri o da çəksin.Yəni mən onlara asan yol göstərmirəm. Adlarını çəkdiyiniz müəlliflər isə, əksinə, oxucularına məhz onların eşitmək və oxumaq istədiklərini verirlər. Özü də çox asan və anlaşılan bir tərzdə. Bu mənada, ilk baxışdan tam fərqli olan bu müəllifləri eyniləşdirmək də olar. Mənimsə yolum ayrıdır
- Çapdan çıxacaq "Portretlər" kitabı barədə bir neçə söz…
- Qələmə aldığım 28 portretin həllini mistik üsullarla həyata keçirmişəm... Çalışmışam portret sahiblərinin həyatında, söylədiklərində nəsə mistik bir tel aşkarlayım, sonra onun nüvəsi üzərində portreti yaradım... Hər kəsin tanıdığı bu məşhurların mistik baxımdan necə gördüyümü təsvir etmişəm. Şükür, deyəsən buna nail olmuşam...
Təklif edirəm, çoxdan “tanıdığınız” bu insanları daha yaxşı tanıyın, onlara bir daha baxın, bu dəfə mənim gözümlə... Hələliksə bu kitabı oxumamış “mən onu tanıyıram” deməyin...
modern.az

Комментариев нет:
Отправить комментарий