I
Bir nəğmə doğuldu
Duyğularımdan yol boyu,
Bir nəğmə qonub
Dodaqlarıma yol boyu,
Bulaqların səsinə
Bənzədi onun səsi,
Dağların boyuna bənzədi
Onun boyu,..
Dodaqlarımda
Bir bulaq zümzüməsi,
Indi dərin dərədən
Keçib gedirəm,
Nəğməm qarışıq
Dərələrin sükutunu da
Içib gedirəm,
Bir cığır tapdım dərədən
Onda uşaqlığımın yaddaşı var,
Uşaqlıq illərimin buralarda
Öz kəsəyi, öz daşı var,..
O daşa söykənib qalmışam bayaqdan
Üzü dağlara sarı,
Mənə tanış gəlir
Dağların sıldırım qayaları,
Qaya başındakı qartal kimi
Duyğularım qanadlı,
Gözlərim nəyə sataşırsa
Yaddaşımın dərinliyindən
Boy göstərir xatirələr,..
Indi dayandığım cığırın
Bir ucunda dərin dərələr,
Bir ucunda başı qarlı zirvələr,
Bu cığır ömür yolumdu mənim:
Müdrikliyi dərələrdən,
Məğrurluğu zirvələrdən öyrəndim...
Nə yaxşı dönə bildim
Bu yerlərə, ilahi!
Duyğularım çevrilib
Nəğmələrə, ilahi!
II
Salam, Çətindərə yaylağı, salam!
Salam uşaqlığım, salam gəncliyim!
Sən mənim anamsan, mən sənin balan!
Sənsiz nə xoş günüm, nə də dincliyim...
Yoxuşun dizimə təpər gətirər,
Enişin səbrimdi, daş dözümümdü.
Şehli çəmənlikdə qalan ləpirlər
Incim, gövhərimdi, ləl düzümümdü.
Mamırlı qayalar min illər keçə,..
Can dedim, səsimi saxlayacaqlar;
Mənim gəlişimlə sevindi necə,..
Qayıtsam, bulaqlar ağlayacaqlar;
Şairim, ilğıma düşən çağındı,
Ən gözəl təbiət şeiridi, bura!
Elə tanrıya da daha yaxındı,
Dünyanın ən gozəl yeridi, bura!
III
Quzum, bax bu yerdə dayanaq elə,
Bu yaşıl çəməndə, bu bulaq üstdə,
Götür çay daşını, xına yax ələ,
Dərib qoy laləni, al yanaq üstdə,..
Burda fürsətini qaçırmaq əbəs,
Burda gözəlliyi görmək gərəkdi!
Burda bala dönür çəkilən nəfəs,
Qəlbini yamaca sərmək gərəkdi!
Uşaq gözlərinə dönüb gözlərin,
Sevda dənizi var dərinliyində;
Isti bir yuvaya dönüb əllərin,
Bu uca dağların sərinliyində;
Bu yerdə hər qarış ömürdən baha,
Qoruyaq vətəni fitnədən, qəsddən;
Deyirsən, heç yana getməyək daha,
Bu yaşıl çəməndən, bu bulaq üstdən.
Gədəbəy. Çətindərə yaylağı.
Bir nəğmə doğuldu
Duyğularımdan yol boyu,
Bir nəğmə qonub
Dodaqlarıma yol boyu,
Bulaqların səsinə
Bənzədi onun səsi,
Dağların boyuna bənzədi
Onun boyu,..
Dodaqlarımda
Bir bulaq zümzüməsi,
Indi dərin dərədən
Keçib gedirəm,
Nəğməm qarışıq
Dərələrin sükutunu da
Içib gedirəm,
Bir cığır tapdım dərədən
Onda uşaqlığımın yaddaşı var,
Uşaqlıq illərimin buralarda
Öz kəsəyi, öz daşı var,..
O daşa söykənib qalmışam bayaqdan
Üzü dağlara sarı,
Mənə tanış gəlir
Dağların sıldırım qayaları,
Qaya başındakı qartal kimi
Duyğularım qanadlı,
Gözlərim nəyə sataşırsa
Yaddaşımın dərinliyindən
Boy göstərir xatirələr,..
Indi dayandığım cığırın
Bir ucunda dərin dərələr,
Bir ucunda başı qarlı zirvələr,
Bu cığır ömür yolumdu mənim:
Müdrikliyi dərələrdən,
Məğrurluğu zirvələrdən öyrəndim...
Nə yaxşı dönə bildim
Bu yerlərə, ilahi!
Duyğularım çevrilib
Nəğmələrə, ilahi!
II
Salam, Çətindərə yaylağı, salam!
Salam uşaqlığım, salam gəncliyim!
Sən mənim anamsan, mən sənin balan!
Sənsiz nə xoş günüm, nə də dincliyim...
Yoxuşun dizimə təpər gətirər,
Enişin səbrimdi, daş dözümümdü.
Şehli çəmənlikdə qalan ləpirlər
Incim, gövhərimdi, ləl düzümümdü.
Mamırlı qayalar min illər keçə,..
Can dedim, səsimi saxlayacaqlar;
Mənim gəlişimlə sevindi necə,..
Qayıtsam, bulaqlar ağlayacaqlar;
Şairim, ilğıma düşən çağındı,
Ən gözəl təbiət şeiridi, bura!
Elə tanrıya da daha yaxındı,
Dünyanın ən gozəl yeridi, bura!
III
Quzum, bax bu yerdə dayanaq elə,
Bu yaşıl çəməndə, bu bulaq üstdə,
Götür çay daşını, xına yax ələ,
Dərib qoy laləni, al yanaq üstdə,..
Burda fürsətini qaçırmaq əbəs,
Burda gözəlliyi görmək gərəkdi!
Burda bala dönür çəkilən nəfəs,
Qəlbini yamaca sərmək gərəkdi!
Uşaq gözlərinə dönüb gözlərin,
Sevda dənizi var dərinliyində;
Isti bir yuvaya dönüb əllərin,
Bu uca dağların sərinliyində;
Bu yerdə hər qarış ömürdən baha,
Qoruyaq vətəni fitnədən, qəsddən;
Deyirsən, heç yana getməyək daha,
Bu yaşıl çəməndən, bu bulaq üstdən.
Gədəbəy. Çətindərə yaylağı.
Комментариев нет:
Отправить комментарий