Rəfiq Zəka
BAHAR NƏĞMƏSİ
Yenə güllər, çiçəklər açılmış könül kimi,
Seyr et, könlün açılsın çiçək kimi, gül kimi.
Bağlarda, bağçalarda ötüncə bülbül kimi,
İlk bahara nəğmə qoş, sevgilinlə gəz qoşa,
Yurdumuzun baharı tamaşadır, tamaşa!
Dal bir səmalıqlara, maviliklər açılmış,
Göydən yerə şəfəqlər, təbəssümlər saçılmış.
Sanarsan ki, cahanın əzəl rəngi yaşılmış.
Bu firavan yer üzü uğramasın savaşa,
Dünya gözəl dünyadır, dunyada gözəl yaşa!
Bahar ilhama gəlmiş, toydur, büsatdır bahar,
Başdan-başa könüldür, candır, həyatdır bahar.
Kainatın içində bir kainatdır bahar,
Könül verməmək olmaz bu sevdalı sirdaşa,
Yurdumuzun baharı tamaşadır, tamaşa!
Könüldə bahar ki var, qaranlıqdan uzaqsan,
Yamanı da yaxşıdır, varlığa yaxşı baxsan,
Hələ neçə baharla göz-gözə duracaqsan!
Dəysə də başın sənin bu yolda daşdan-daşa,
Dünya gözəl dünyadır, dünyada gözəl yaşa!
Quşlar bahardır deyir, ətirlənib çiçəklər,
Dağlardan gələn duman dərələrdə çisəklər.
Baharı hiss eyləyir qarıncılar, böcəklər,
Bahar zövqü-səfadır, şəfadır başdan-başa,
Yurdumuzun baharı tamaşadır, tamaşa!
Sabahlar Ay batmamış, dan ulduzunu seyr et,
Günəşli kainatı baxışlarınla şeir et !
Bədbinlik hünər deyil, yaşa, nikbinlik öyrət!
Ölümdən söhbət açma dosta, yara, yoldaşa,
Dünya gözəl dünyadır, dünyada gözəl yaşa!
Ölümdən qorxan insan bilməz yaşamaq nədir,
Duymaz kədər ovutmaq, könül oxşamaq nədir!
Həyat nədir, yük kimi onu daşımaq nədir?!
Səadətli ömrünü məhəbbətlə vur başa,
Yaşa, yaşa, əziz dost, hələ ki, sağsan yaşa!
Dünyanın xoşbəxtidir ilham alan dünyadan,
Sevdalılar uzaqdır iftiradan, riyadan,
Sevgisiz bir həyatın fərqi yoxdur röyadan,
Min könüldən könül ver bir gözəl könüldaşa,
Dünya gözəl dünyadır, dünyada gözəl yaşa!
Diləklərin şövqüdür küləklərin şərqisi,
Seyrə dal bənövşəni, yasəməni, nərgizi,
Açılmış göz önündə gözəlliklər sərgisi.
Səttarın fırçasından nur yağıb dağa-daşa,
Yurdumuzun baharı tamaşadır, tamaşa!
Mən bəxtəvər olmuşam şən nəğmələr ötəndən,
Yaşamaq nə üçündür soruşmaram yetəndən,
Həyatın mənasını öyrənmişəm vətəndən!
Vətən eşqi ruh verir, can verir vətəndaşa,
Dünya gözəl dünyadır, dünyada gözəl yaşa!
***
Cəlb eyləyir insanları hər yanda gözəllik,
Tufanda gözəllik duyun, ümmanda gözəllik.
Şairlərə ilhamdır o, rəssamlara ilham,
Bir nəğməyə çevrilmədə bir anda gözəllik.
Quşlar nə gözəl ötmədə, güllər nə gözəldir,
Bir sərgi deyilmidir gülüstanda gözəllik?!
Bir sevgi də bir dadlı gözəlliklə gözədir,
Bir sevgi olur zülfi pərişanda gözəllik.
Mənalı gözəllik özü mənasıdır ömrün,
Ziynətdir əzəldən bəri insanda gözəllik.
BU DÜNYA
Əzəldən belədir işi dünyanın,
Bir ömür dastanı hekayət eylər.
Diləksiz yaşayan yoxdur həyatda,
Hərə ürəyində bir niyyət eylər.
Kimi ömür boyu tale həll edir,
Kimi taleyindən şikayət eylər.
Yüzünə vicdandan dastan deyən kəs
Özü əmanətə xəyanət eylər.
Ata var, oğluyla hörmətlənibdir,
Oğul var atanı xəcalət eylər.
Nə etsin məhəbbət nədir bilməyən,
Nə etsə insana məhəbbət eylər...
Leylini, Şirini görməyən kəslər
Məcnunu, Fərhadı məzəmmət eylər.
Adam var aləmi vecinə almaz,
Di gəl ki, aləmə nəsihət eylər.
Əsəb gərilməsə, ürək sınmasa,
Dünyada xəstəlik nə qələt eylər?!
Hamının könlündə bir cilvə olsa,
Hamı bir məsləkə riayət eylər.
Nə ölkə ölkəylə gələr üz-üzə,
Nə insan insanı əsarət eylər.
Gərəksiz adamlar ürəksiz yaşar,
Nə mərhəmət eylər, nə nifrət eylər.
Dünyada hər şeyi qənimət bilər,
Ziyarət adıyla ticarət eylər.
Mənliyi nəfsinə qul kəsilənlər.
Daima nəfini nəzarət eylər.
Bayquş bülbül ilə qovğaya başlar,
Qarğa tavus ilə rəqabət eylər.
Burnundan uzağı görməyən yazıq.
Günəş gözlülərlə ədavət eylər.
Adam var hələ də daş dövründədir,
Adam var kosmosu səyahət eylər.
Bəşər sərnişinli bu yer kürəsi
Elə öz oxunda hərəkət eylər...

Комментариев нет:
Отправить комментарий