Rafiq Əliyev müsahibəsində vəhhabilər, nurçular və yeni Komitə sədrindən danışıb, o sədrə İslam tarixini öyrənməyi məsləhət görüb
Dini Komitənin sədri Rafiq Əliyev virtualaz.org saytına müsahibəsində Komitənin hazırki sədri Elşad İsgəndərovla bağlı deyib: “İsgəndərov dini tolerantlıq mühitini möhkəmləndirmək üçün müxtəlif tədbirlər həyata keçirsə də nə o, nə də ondan əvvəlki sədr (Hidayət Orucovu nəzərdə tutur-red.) dinin cəmiyyət həyatındakı nəhəng rolunu təəssüf ki, hələ də axıra qədər dərk edə bilmirlər. Bundan başqa, mən İsgəndərova İslam tarixini dərindən öyrənməyi tövsiyə edərdim.
Bunu etməsə, radikal dini sektaların neytrallaşdırılması sahəsində çətinlik çəkəcək. Sələfilik problemini, elə digər sektalarla bağlı problemləri də repressiyalar vasitəsilə həll etmək mümkün deyil. Onlarla konstruktiv dialoqa girmək lazımdır. Bunun üçünsə bütün problemləri bilməlisən. İsgəndərov hələ öz üzərində işləməlidir.”
Bu yazı yayımlanandan sonra islamazeri.az-ın poçt qutusuna maraqlı məlumat daxil olub. Yazıda Rafiq Əliyev haqda şok ittihamlar irəli sürülüb. Yazı Rafiq Əliyevə cavab kimi də dəyərləndirilə bilər.
"Rafiq Əliyev Elşad İskəndərov və Allahşükür Paşazadə arasında yaranmış soyuqluqdan istifadə edir və elə zənn edir ki, dövlət onu yenidən DQİDK-yə sədr gətirə bilər. Amma Rafiq Əliyev çox yanılır. Rafiq Əliyevə bir neçə məsələni xatırlatmaq istəyirəm.
1. Hal hazırda sahib olduğun "İrşad" hotelinin maliyyəsini elə məhz sələfilərin dövləti olan Səudiyyə Ərəbistanının “İslam İnkişaf Bankından” aldığını niyə gizlədirsən? “İrşad Araştırmalar Mərkəzi” adı altında aldın, amma özünə hotel tikdin. ”İrşad” hotelin arxa hissəsinidə özünə şəxsi ev bina etdin və bu günə kimi orda yaşayırsan. Sələfilərin pulu ilə tikildiyi evdə yaşamırsanmı? Sələfilərin pulu ilə tikilən hoteldə yaşamırsanmı? Sələfilər elə belədən sənə bu maliyyəni ayırdılar? Əlbəttə ki yox. Sən DQİDK sədr olduğunda sələfilər 112 ədəd kitab tərcümə etdilər və Azərbaycan dilində komitənin icazəsi ilə nəşr etdilər. Bu həqiqətləri nə üçün gizlədirsən?
2. DQİDK sədr olduğun dövrdə ekspertiza şöbəsinin rəisi Ceyhun Məmmədov deyildimi ki, sələfilərdən və nurçulardan hər kitabın çapına icazə üçün 800 dollar pul alırdı? Bundan xəbərin yoxdurmu?
3. DQİDK sədr olduğun dövrdə sənin köməkçin Elmir Quliyev deyildimi? Elmir Quliyevin, Azərbaycanda İxvan İdeologiaysini yayan şəxs olduğunu bilmirdinmi? Məgər bilmirdin Elmir Quliyev Yusif Əl Qardavinin Azərbaycanda gizli nümayəndəsidir? İndi guya ixvanların təhlükəsindən danışırsan?
4. Allahşükür Paşazadə həzrətləri səndən elə bir kitab yazmağı istəmişdi ki, kitabın adı “Tovhid” kitabı olsun, amma vahhabilik dolayısı yolla tənqid edilsin. Sən də ərəblərə yaxşı görsənmək üçün əksinə vəhhabiliyi dolayısı yolla normal göstərən kitab yazdın və bu kitab Səudiyyə Ərəbistanı Dini İşlər Nazirliyinin maliyyəsi ilə çap edildi. Bundan sonra Şeyxlə aranda soyuqluq yarandı. Bundan sonra Səudiyyənin Ciddə şəhərində yerləşən İslam İnkişaf Bankı “İrşad Araşdırmalar Mərkəzi” üçün pul ayırdı və sən də fürsətdən istifadə edib hotel tikdirdin. Bəs bunları dilə niyə gətirmirsən?
5. Ərəb dilində yazdığın qısa Azərbaycan İslam Alimləri kitabını Ərəb ölkələrində kim çap etdi? Bu gün terrorçu kimi qələmə vermək istədiyin sələfilər çap etdirmədinmi? Səudiyyə Ərəbistanı “İslam Nicat Təşkilatı”(hal hazırda Azərbaycanda fəaliyət göstərmir, bağlanıb) çap etmələri üçün dəfələrlə xahiş etdin. Bəs “İslam Nicat Təşkilatı” sələfilər, ya da vahhabilər deyildimi?
6. Yaxşı, bəs nə üçün Azərbyacanda, ABŞ senatoru Mit Romninin xahişi ilə Xristiianların qolu sayılan Mormonçular üçün təşkil etdiyin konfransdan danışmırsan? Mormonçulardan müəyyən məbləğ müqabilində onları dini icma kimi qeydiyyatdan keçirmək istəyirdin. Amma dövlət icazə vermədi. Mormonçuların konfransında sənin xahişin ilə iştirak edən iki millət vəkili qatılmışdı və mediada biabır olduqdan sonra qazetlərdə açıq-aşkar müsəlman olduqlaırnı söyləyirdilər.
7. Nurçuların, Səid Nursinin davamçılarının Azərbaycana kanteynerlərlərlə gətirdikləri kitabları gömrükdən daxil edilməsi üçün izacə məktublarını yada sal. İcazə müqabilində Ceyhun Məmmədovun aldığı 38 000 dolları yada sal. Bəlkə xəbərin olmayıb? Sonuncu DQİDK işdən azad olunmağının əsl səbəbini ilk dəfə açıqlanacaq. Bu barədə bir dəfə də olsa danışmırsan. Sən işdən azad olunmağını Şeyx Paşazadənin üstünə atmaqla əsl məsələni gizlətdin. Amma əsl məsələ belə idi: Sənin işdən azad olunmadan 2 ay öncə Azərbaycanda bütün nazirliklər və qurumlara yazılı məktub göndərmişdin ki, namaz qılanları siyahıya alın. Bununla da özünü daha çox İlham Əliyevə göstərmək istəyirdin. Amma anlamırdın ki, İlham Əliyev heç zaman belə siyasi səhvə yol verməz. Çünki o dünya şöhrətli siyasətçi mərhum Heydər Əliyevin yetirməsidir. Prezdent Aparatında məhz nurçu dediyin şəxslər bu məsələ ilə bağlı şəxsən prezdentə məruzə etdilər və işdən azad edildin. Cənab İlham Əliyev isə demişdi ki, mənim məmurum namaz qılırsa özü bilər, sən kimsən ki, onlar barədə siyahı salma qərarı verirsən?! Məmurum səhv edirsə mənə bildir, amma siyahıyasalma nə deməkdir? Onu da deyim ki, işdən azad olunman xəbərini Yevlax rayonundan dönəndə yolda aldın. Halın pisləşdi. Müavinin və yaxın adamın Səməd Bayramzadənin isə komitədə ürəyi getdi və ambulans çağrıldı. Çünki elə bildiridin heç zaman işdən azad edilməyəcəksən. Hələlik bu qədər bəsdir. Lazım olsa Fransa Səfirliyinin Mədəniyyət Mərkəzinin səndən necə istifadə etməsi, toplantılar vasitəsi ilə dini durum barədə məlumat toplaması və sənin sayəndə dini məzhəblər arasında casusluq oyununun aparması barədə də yaza bilərəm”.
P.S. Yazıda adları çəkilənlərin mövqeyini də dərc etməyə hazırıq.
islamazeri.az

Комментариев нет:
Отправить комментарий