24.02.2014

Tofiq Həsənli - Papaq

Başımız üstə əsrlər boyu şelləndi papaq,
Bərk yapışmışdıq, "otuz yeddi"də yelləndi papaq.

Bəxt açılsın deyə, bir tərsinə çöndərdik onu,
Aclıq oldu yedik, axırda qan əndərdik onu.
Kommunistin araba çarxına döndərdik onu,
Yetmiş il partblet eşqiylə diyirləndi papaq.

Şiş dedik, kepka dedik, norka dedik saldıq ələ,
Əllərə qalmışı tərk eyləməmiş qaldıq ələ.
Baş qoyub onda ki, asudəliyi aldıq ələ,
Başı tərk eyləyib asudə veyilləndi papaq.


Bir də gördük papaq altdan kişilər çıxdı üzə,
Kişilər çıxcaq üzə, partiyalar qalxdı yüzə...
Qarşıya qoyduq, oturduq papaqinən üz-üzə,
O qədər susduq, axırda özü dilləndi papaq.

Başa çırpıldı nəhayət şapalaq tək-papaq ox!
Ömrünü sürmədi başlarda papaq tək-papaq ooxx!!
Qazanın ağzına örtüldü qapaq tək-papaq oooxxx!!!
Eblə yelləndi ki, ev küncünə hilləndi papaq,
Elə yatdıq papaq altında ki, yelləndi papaq!

Комментариев нет:

Отправить комментарий