25.02.2014

Nurçular Ceyhun Osmanlıya ayda 5 min dollar maaş veriblər

Məktubda nurçuların liderinin Ceyhun Osmanlıya birdəfəlik 100 min dollar, ayda isə 5000 manat ödənilməsi üçün göstəriş verdiyi əks olunub 

Uzun illərdən bəri mətbuatda Azərbaycanda nurçuların olub-olmadığına dair gedən qızğın müzakirələr artıq yeni mərhələyə qədəm qoyub. Əvvəlki dövrlərdən fərqli olaraq əhatə dairəsi genişlənmiş ciddi mətbuat nümayəndələri artıq faktın özünü əyani şəkildə gündəmə gətirirlər. 
Politika.az xəbər verir ki, bir neçə gün əvvəl yeni müdafiə naziri Zakir Həsənovla nurçuların rəhbəri Fətullah Gülən arasında ciddi ilişkilərin olması ortaya çıxmışdı. Hakimiyyət dairələri israrla bu məlumatı təkzib etsələr də, şübhələr hələ də qalır.
Çünki Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana məxsus «Yeni Şafak» qəzetində bu məsələ ilə bağlı geniş bir yazı dərc olunub və nurçuların Azərbaycanda göstərdiyi fəaliyyətdən, onların hakimiyyətin olimpində təmsil olunmasından danışılır. 
Politika.az-ın əlindəki məlumat isə yetərli qədər sensasiya doğuracaq bir xəbərdir və bu məlumat tam təsdiqini taparsa, bu artıq nurçuların parlamentdə də təmsil olunmaları barədə deyilənlərin boşuna olmadığı anlamına gələcək. Əlimizdəki məlumat nurçuların lideri Fətullah Gülənin Bakıda fəaliyyət göstərən «Çağ Öryetim» Məktəblərinin rəhbəri Ənvər Özerinin məktubdur. 
Həmin məktubu bizə göndərən mənbə qeyd edir ki, bu sənəddir və orada yazılanlar da tam həqiqətdir. Məktubda isə Fətullah Gülənlə deputat Ceyhun Osmanlı arasında münasibətlərdən bəhs olunur. Həmin mətni olduğu kimi təqdim edirik: 

«Sayın Ənvər Özərin! 
Ceyhun Osmanlı məsələsi ilə bağlı tələblərinizi incələdim. Ceyhun Osmanlı qardaşımızın hizmət hərəkatına qatqıda bulunacağına inandığımız üçün millət vəkili seçimlərində qardaşımıza 100 min dollar mənim tərəfimdən hədiyyə olaraq verilməsini uyğun görürəm. 
Əlavətən qardaşımızın hizmət hərəkatına dövlət içərisində fayda və ya yardım göstərməsini izah etmənizi rica edir və qardaşımıza 5000 dollar aylıq verilməsini uyğun görürəm.
Hörmətlə, Allahın acıiz qulu F.Gülən».

Doğrusu, həmin məktubda yalnız imza var və hər hansı bir möhür mövcud deyil. Və bu yazılanların nə dərəcədə həqiqəti əks etdirib-etmədiyi bizim üçün də maraqlı olaraq qalıb. Lakin nurçuların Azərbaycanda hakimiyyət dairələrində təmsil olunmasının sirr olmadığı şübhəsizdir. Elə ötən gün keçmiş komitə sədri Rafiq Əliyevin mətbuata verdiyi açıqlamadan da aşkar görünürdü ki, hakimiyyətdə təmsil olunanlar arasında Fətullah Gülənə xidmət edənlərin sayı az deyil. Elə Ceyhun Osmanlının da adı bu mövzuda dərindən çəkilib və bu gün də onun nurçularla əlaqələrinin varlığını inkar etmirlər. 
Qeyd edək ki, bu məlumatın nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək xeyli çətindir. Yazılı məktubda möhürün olmaması və ya yalnız imzadan ibarət olması onun saxta olub-olmadığına da dəlalət eləmir. Lakin Ceyhun Osmanlının adı dəfələrlə nurçularla əlaqələrdə çəkildiyindən bu məktubun gerçək ola biləcəyi də istisna deyil. 
Deputat Ceyhun Osmanlının da mövqeyini dərc etməyə hazırıq.

politika.az

Комментариев нет:

Отправить комментарий