26.02.2014

Günay Ümid - Bir cümlə

Durduq yol ayrıcında,
Aylar ili qoparır.
Kaş gəlib söyləyəsən,
Yol keçmişə aparır.

Rahat gələsən deyə,
Gözlərim hey yol çəkir.
Keçən gün cizgilərə,
İmza atir, qol çəkir.

Çoxaldıqca yaşımız,
Keçəni unudarıq.
Asıb ağ telimizdən,
Yaşları qurudarıq.


Daş səbrimi hörmüşəm,
Ömrün ağ, qarasında.
Bizimçün ev tikmişəm,
Qaşla göz arasında.

Yenə də mən olaram,
Sirrində, sirdaşında.
Bir cümləyə dönərik,
Iki cüt baş daşında.

Комментариев нет:

Отправить комментарий